Kəmalə Rəhimli: "Gözlərim kor olub, yeriyə də bilmirəm, ayaqlarım ağrıdan az qalır ki, partlasın"

Kəmalə Rəhimli: "Gözlərim kor olub, yeriyə də bilmirəm, ayaqlarım ağrıdan az qalır ki, partlasın"Əməkdar artist, sevilən sənətçi Kəmalə Rəhimlinin səhhətində ciddi problemlər yaranıb.

O, müsahibəsində vəziyyətinin çox ağır olduğunu deyib:

- Gözlərimdə ciddi problem, qlaukoma xəstəliyi var. Bu xəstəlik gözdaxili təzyiqin artmasından yaranır. Yüksək qan təzyiqim var, üstəlik iflicəm. Ayaqlarımı ağrıdan qucaqlayıb otururam. Yeriyə bilmirəm, ayaqlarım ağrıdan az qalır ki, partlasın.

Öncələr toya gedə bilirdim. Maddi imkanım var idi, özümü müalicə edirdim. Amma hazırda çox pis vəziyyətdəyəm. İndi dil açıb deyirəm ki, özümü müalicə edə bilmirəm. Uzun illərdir ki, şəkər xəstəliyindən əziyyət çəkirəm. Səhhətimlə bağlı aidiyyəti olan qurumlara müraciət etmişəm ki, mənə kömək etsinlər.

Bir gözüm tamam tutulub, digəri isə 1 faiz görür. 2013-cü ildə də Milli Oftalmologiya Mərkəzinə getdim. Müayinədən sonra Həkimlər mənə dedilər ki, qlaukomanı müalicə eləmək mümkün deyil.

Bu xəstəlik bərpaolunmaz korluğa səbəb olur. Şəkərim qalxıb, gözlərimi kor edib. İnsan nə qədər əzab çəkər axı?!

- Səhhətinizdə ağırlaşma nə zamandan başlayıb?

- Artıq 17 ildir ki, şəkərli diabetdən əziyyət çəkirəm. Oğlumun 10 yaşı olanda bu xəstəliyə tutuldum... 1996-97-ci illər idi. Özümü pis hiss edirdim. Həkimə gedib, müayinə olundum, mənə şəkərli diabet xəstəliyi diaqnozu qoyuldu. Həkim mənə müalicələr yazdı.

"Diabeton" qəbul edib, xəstəliyimi gizlətdim. Sonradan şəkərim daha da yüksəldi, poliklinikamıza müraciət etdim. Mənə insulin inyeksiyası edildi. Bilirsiniz, ayaqlarım göyərirdi, şişirdi, ayaqqabı geyə bilmirdim, dırnaqlarım ağrıyırdı. 2011-ci ilin iyulunda isə qan təzyiqim qalxdı, başım hərləndi.

Müsahibə verməyə getmişdim, evə qayıtdım, gördüm ki, üzüm tərpənmir iflic olmuşam.

- Maddi imkanınız xəstəliklərinizin müalicəsinə imkan verir?

- Çatdıra bilmirəm. Mən insulin iynəsi qəbul edirəm. Normal qidalanmalıyam. İnsulini azaldıram, şəkər çoxalır, çoxaldıram, yeməliyəm ki, qanda şəkərim normallaşsın... İki yüz manat pulla bu problemləri necə həll etmək olar?

Şəkər dərmanları çox bahadır. İldə 3 dəfə müalicə kursu keçməliyəm. Ürək, qaraciyər, mədə-bağırsağımdakı yaralar üçün dərmanlar... Bütün bunları almağa maddi imkanım çatmır. Bilirsiniz, mənə nə əzab verir? İndi üzdə olan, qiymətləndirilən müğənnilərdən nəyim əskikdir axı?

Onlardan daha yüksəkdə dayanan ifaçıyam. Onlar başqa şeylərdə məndən artıq ola bilərlər, başqa işlərdə... Mən hər zaman onlardan yüksək olmuşam. Mən səhnədə olanda həmin müğənnilər tanınmırdılar.

P.S. Kəmalə Rəhimli bizimlə söhbətində xəstəliyi ilə bağlı bəzi aidiyyəti qurumlara müraciət etdiyini, məktublar yazdığını, lakin kömək üçün ağız açdığı heç bir yerdən müsbət cavab almadığını söylədi.

Gün.Az olaraq bizim əlimizdən yalnız ağır xəstəliyə tutulan sevimli sənətçimizin səhhətindəki problemləri işıqlandırmaq və aidiyyətli orqanların nəzərinə çatdırmaqdır.

Allah şəfa versin!


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 7256   Tarix: 25 yanvar 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi

12.09.2021 5476
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz

BİG.AZ -a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir. İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhəti

11.09.2021 2055