• Sübh namazı 05:20
  • Gün çıxma vaxtı 06:58
  • Zöhr namazı 13:40
  • Əsr namazı 17:25
  • Axşam namazı 20:22
  • İşa namazı 21:55
 Bakı
  • Gündüz +23
  • Gecə +9
AZN məzənnəsi
USD
0.7843
EUR
1.0854
RUR
0.0218

Ayrılıqdan sonra

Ayrılıqdan sonra


Hər şeydə, hətta sevdiyin insanla ayrılıqda da hansısa müsbbət nüansları tapmaq mümkündür. Zaman keçəcək və sən başa düşəcəksən ki, bu, həqiqətən də belədir.

Ayrıldınız - sən göz yaşları axıdırsan. Öz şikayətlərinlə rəfiqələrini bezdirirsən, köhnə dostlarını dəng edirsən. Bəs sakitləşməyin üçün sənə nə deyək?
Özünüzü necə də xoşbəxt hiss edirdiniz. Təəssüf ki, hər şey birdən-birə məhv oldu. Həyatda belə hallar da olur. Amma mən sizə başqa bir variant təklif edirəm. Əgər düzgün aydınlaşdırsanız, ayrılığın özündə də müəyyən müsbət cəhətlərin olduğunu görərsiniz. Gəlin onları birlikdə tapmağa çalışaq.

ONDAN ÖZ QİYMƏTİNİ AL

Başa düşməyə çalış hər şeydən möhkəm qəlbini sıxan sənin indiki vəziyyətindir. Səni kəskin günah hissi bürüyüb. "Ayrılığımızda yalnız mən günahkaram. Deməli onun sevgisinə layiq deyiləm. Kifayət qədər incə, ağıllı, gözəl olmadığıma görə o, məndən üz döndərib".
Sənin bu cür kiçik çatışmazlıqların siyahısı kifayət qədər uzana bilər. Özünü belə qamçılamağın səbəbi ondadır ki, qadınların böyük əksəriyyətinin özünə qiymət verməsində əsas meyar onların həyatında istənilən bir kimsənin olmasındadır, qoy hətta ən fərsiz bir kişi olsun.

Onun olmaması isə qadının özünü layiqincə qiymətləndirə bilməməsinə gətirib çıxarır. Çünki kişi qadını tərk edib gedərkən təkcə avtomobilinin hissələrini, kompüter disklərini və uşaqlıq şəkillərini aparmır, həm də onun özünə olan qiymətini aparır. Ancaq başa düş, həyat yoldaşının getməsi heç nəyi dəyişmədi, sadəcə, sənin əhval-ruhiyyəni korladı. Sən özün isə əvvəlki kimi qaldın - eləcə ağıllı, gözəl və cazibədar.

BƏLKƏ, SƏN TƏNHALIQDAN QORXURSAN?

Həm 17, həm 20, həm 30 yaşlarında qadınlar tənhalıqdan çox qorxurlar. Xüsusən də o vaxt ki, bütün rəfiqələrin öz dostlarının, bütün dostların isə sevgililərinin yanındadırlar...
Bəs görəsən, tanışlarının birgə həyatları doğrudanmı belə buludsuzdur? Bəlkə, rəfiqən gecələr səhərə kimi qısqanclıqdan yata bilmir və əbəs yerə gözləyir ki, nə vaxt sevgilisi rəhmə gəlib ona zəng edəcək? Bəlkə digər rəfiqən hər addımına görə sevgilisinə izahat vermək məcburiyyətində qalır?

İndi isə fikirləş: sənin özünün birgə həyatında hər şey yaxşı idimi? Yadına sal, hələ az müddət bundan əvvəl sevgilin sənin telefonla danışmağına da sərbəstlik vermirdi, futbol başlayan kimi səni televizorun qarşısından kənara itələyirdi, rəfiqələrinlə görüşə buraxmırdı.. Azmı belə hallar baş vermişdi? Əlbəttə ki, az olmamışdı. Deməli, boş yerə ayrılmamısınız. Beləliklə, başa düş. İndi sən azadsan və hər şeyi öz istədiyin kimi edə bilərsən. Amma heç nə istəmirsən? Yuxarıdakı səbəbdən əhval-ruhiyyən tamamilə pozulub? Onda təqvimə baxaraq özünü sakitləşdirməyə çalış - ayrılığın kəskin ağrısı 40 gündən artıq etmir. Deməli, lap tezliklə sənin həyatında hər şey qaydasına düşəcək.

ÖZÜNÜ QURBAN VERMƏYƏ DƏYMƏZ

Statistika göstərir ki, qadınların 70 faizinin əsəb xəstəliyinə tutulmasının səbəbi onların sevgi cəbhəsində uğursuzluğa düçar olmalarındadır. Əgər özünün ruhdan düşməyinlə, qəmginliyinlə sərbəst bacara bilmədiyini hiss edirsənsə, heç olmasa onu yadına sal ki, sən bu həyatda tək deyilsən. Bu birincisidir. İkincisi isə özünə qapılıb oturma, mütləq psixoterapevtə müraciət et. Onun məsləhətlərindən sonra hiss edəcəysən ki, sənin həyatının qiyməti yoxdur və onu heç kimə görə məhv etməyə dəyməz. Ayrılıq əzabını yaşayan bütün qadınlar gec-tez bu nəticəyə gəlirlər. Həsrət nə qədər ağrılı olsa da, onu gələcək ümüdsizliklərə qarşı bir dərmana çevirməyi bacarmaq vacibdir.

Bütün yuxarıda sadalananların hesabına sənin birgə yaşamaq təcrübən yarandı, vacib məişət qayğılarından xəbər tutdun, başa düşdün ki, sevgi heç də həmişə gözəl ətirlər qoxumur - məgər bunlar sənin xeyrinə deyil. Eləcə də sən artıq yeni tanış olacağın tərəf müqabilinin hansı çatışmazlıqlarını bağışlamağın mümkünlüyünü, hansını isə heç cür əfv etmək olmadığını bilirsən.

Bir daha əmin olursan ki, "sevməyə tələsin!" deyimi heç də düzgün deyil, amma "yüz ölç, bir biç!" deyiminə həyatı boyu əməl etmək lazımdır. Və nəhayət, sən ayrılmaq və bu ayrılığa dözmək bacarığını qazanmısan. Amma, hər halda, ümüd edirəm ki, bu daha heç vaxt sənə lazım olmayacaq...
Paylaş:
Bölmə: Müəllif: _DreaM_ Oxunub: 6302 Tarix: 29.11.2010
Mobil telefonlardan sayta daxil olmaq və şərh yazmaq üçün Wap.BiG.Az-a daxil olun !
Fikrini bildir !
Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
SAYTA GİRİŞ
Bölmələr
Pulsuz elanlar sayti

Mobil pulsuz yukleme sayti