İnsanı çürüdən xəstəlik

İnsanı çürüdən xəstəlikToxumaların, yaxud bədənin hər hansı bir üzvünün qidalanması tamam və ya qismən pozulduqda bu hissədə çürümə - qanqren başlayır. Qarşısı alınmadıqda qanqren ətraflara yayılır, xəstəliyi yaradan mikroblar qana keçir və intoksikasiya nəticəsində xəstə dünyasını dəyişir.

Qazlı qanqren

Cərrah Ayxan Səmədov açıqlamasında deyir ki, qanqrenin üç əsas növü var - qazlı, yaş və quru. Onlar arasında ən geniş yayılanı isə qazlı qanqrendir. Qazlı qanqreni anaerob mikrobu əmələ gətirir. Bu mikrob toxumaların içərisinə daxil olaraq orada inkişaf etməyə və öz pozucu, dağıdıcı təsirinə başlayır. Ölü və ya əzilmiş toxuma isə mikrobların artması üçün əlverişli şərait yaradır. Anaerob əzələ toxumasında daha sürətlə inkişaf edir: "Qanqrenin inkişaf etməsini göstərən birinci və əsas əlamət ödemdir (şişkinlik). Ödem toxumaların bakterial toksinə qarşı reaksiyası nəticəsində əmələ gəlir. Ödem toxumaları sıxışdırmaqla onlara yalnız mexaniki təsir göstərməyib, infeksiyanın yayılmasına da səbəb olur. Ödem mayesi infeksiyanın harada yerləşməsindən asılı olaraq müxtəlif rənglər alır. Qazlı qanqrenin ikinci əlaməti qazın əmələ gəlməsidir. Qaz ödemdən sonra mikrobların təsiri nəticəsində əmələ gəlir. Qaz xüsusilə əzələ toxuması və əzələ qlikogeni əzildikdə daha sürətlə yaranır. Qaz əmələ gəldiyi yerdən, toxuma florasından asılı olaraq iyli və iysiz ola bilər".

Mərmər dəri

A.Səmədovun dediyinə görə, qazlı qanqrenin üçüncü əlaməti dəridə əmələ gələn dəyişikliklərdir. Toksin damarları çox sıxıldığı üçün dəri, demək olar ki, həmişə solğun olur. Ödemdən gərilmiş dəri parlamağa başlayır. Xəstənin dərialtı venaları arterial və venoz sistemlərdə olan durğunluq halları nəticəsində şişir. Dərialtı venaların durğunluğu nəticəsində dəri öz rəngini dəyişir və mərmər kimi parlaq və ləkəli olur (mərmər dəri). Qazlı qanqrenin digər əlaməti dərialtı toxumada olan dəyişikliklərdir. Dərialtı toxuma yarıldıqda oradan üfunətli və köpüklü maye çıxır, bəzən əksinə, dərialtı toxuma quru, qazla dolmuş olur. Qaz fışıltı ilə kənara çıxır. Qazlı qanqren nəticəsində damarlarda tromb əmələ gəlir və onlar tutulur, qan damarların daxilində soyuyur. Toksinlərin təsirindən damarlar daralır, sap şəklini alır və qansızlaşır: "Qazlı qanqren zamanı yara, əsasən, quru olur və basıldıqda şəffaf maye ilə qaz buraxır. Yaradan bişmiş ətə oxşayan əzələ parçaları ayrılır. İrin olmur, sümüküstlüyü sümükdən aralanır. Xəstə daim şiddətli ağrıdan şikayət edir. Ağrılar o qədər şiddətli olur ki, hətta ən güclü ağrıkəsici belə kömək etmir. Qazlı qanqrenin inkubasiya (gizli) dövrü 3-13 gündür. Qanqrenin bu dövr ərzində diaqnozunun qoyulması vaçibdir. Gec qoyulan diaqnoz səbəbindən qanqrena daha da inkişaf edib xəstənin vəziyyətini ağırlaşdırar".

Quru qanqren

Cərrah bildirib ki, əksər hallarda quru qanqren kəskin ürək ağrıları ilə müşayiət edilir. Xəstə daim halsız, yorğun, əzgin olur. Bədəninin bütün hissələrində ağrılar hiss edir: "Quru qanqren zamanı toxuma nekrozu mumyalaşır və ya tələf olan üzvlərin səthindəki maye sürətlə quruyur. Qan təchizinin tamamilə kəsilməsi və dəridə epidermisin (dərinin üst qatı) geniş miqyasda aralanması mayenin buxarlanmasına kömək edir. Zahiri görünüşü etibarilə mumyalaşma kömürləşmiş dördüncü dərəcəli yanığı xatırladır. Bəzən nekroz dayanmadan yayılıb getdikcə yeni nahiyələri əhatə edir, sürətlə artır, təkrar ikinci infeksiya ilə birləşir və xəstə ağır ümumi intoksikasiya nəticəsində tələf olur. Bəzən də orqanizm prosesin qarşısını alaraq onu zəiflədir, toxumaların nekrozlaşmış hissələrini məhdudlaşdırır. Qanqrenanın bu növu, əsasən, əl və ayaqları əhatə edir".

Ölü barmaq

A.Səmədovun sözlərinə görə, xəstəliyin əlamətləri onun inkişaf dövründən asılı olaraq dəyişir. Xəstəliyin birinci dövründə "ölü barmaq" əlaməti meydana çıxır. Çox vaxt yuxarı ətrafın barmaqları birdən-birə solub ölgünləşir. Əvvəlcə barmağın ucu qansızlaşır, sonra bütün barmaqlar tədricən qansızlaşmaya başlayır. Arteriyaların intensiv spazmı bir müddət davam edir, xəstə, barmağının heç bir şeyi hiss etmədiyindən, bəzən sancmasından şikayətlənir. Spazm tədricən çəkilir, solğunluq göyərmə ilə əvəz olunur. Xəstəliyin ikinci dövründə "ölü barmaq" əlaməti getdikcə az görünür, barmaq bəzən ağarır, lakin göy rəng getdikcə davamlı olur və uzun müddət qalır. Barmaqlar və hətta bütün əl, yaxud ayaq göy-boz rəngə boyanır, ətraf azacıq şişir".

Yaş qanqren

Cərrah vurğulayıb ki, yaş qanqren, əsasən, yara səthindən yara mayesinin axması və təbəxxür etməsi çətin olan yerlərdə şişmiş toxumalarda inkişaf edir. Bu yerlərdə yaş nekrozdan əvvəl iltihab prosesi meydana çıxır və irinli, yaxud çürüdücü infeksiya inkişaf edir. Belə hallarda, ilk növbədə, laxtalanmış qan çürüməyə başlayır, hemoqlobin eksudatla dolmuş toxumalarda parçalanıb, boz ləkələr əmələ gətirir. Dəridən sonra əzələlər və birləşdirici toxumalar da parçalanır. Dərinin üst qatının azacıq qalxması nəticəsində şişmiş qabarcıqlar bəzən üfunətli maye ilə dolur, bəzən isə bir qədər pis qoxu verən qazlar tərəfindən şişir.

Kişilər təhlükədə

A.Səmədovun söylədiyinə görə, öz-özünə əmələ gələn qanqrenə isə, əsasən, kişilər arasında təsadüf olunur. Xəstəlik tədricən, yavaş-yavaş inkişaf edir. Əvvəlcə xəstələr ətraflarda üşütmə hiss edirlər, tez yorulurlar, sonra hərəkət zamanı əzələlərdə şiddətli ağrılar başlayır. Xəstəlik inkişaf etdikcə ağrılar şiddətlənir. Xəstəliyin ən şiddətli dövrü isə gah bir barmağın, gah da bir neçə barmağın nekrozlaşması dövrüdür. Təsadüfi hallarda qanqren baldıra yayılır: "Xəstəlik yavaş-yavaş inkişaf edərkən birdən-birə kəskinləşir, müəyyən ətrafda proqressiv sürətdə artan qanqren başlayır. 1-2 ay ərzində xəstə bir, yaxud bir neçə barmağını və ya hətta ayağını, baldırını itirmiş olur. Sonra xəstəlik dayanır, xəstə hətta özünü əvvəlkindən də yaxşı hiss edir. Lakin təxminən bir ildən sonra xəstəlik yenidən kəskinləşir və xəstənin vəziyyəti pisləşir".

Diabet qanqreni

Cərrah deyir ki, diabet qanqreni diabet xəstəliyinə tutulanların infeksiyaya qarşı müqavimət göstərə bilməməsi və ayaqlarda trofik yaraların əmələ gəlməsi nəticəsində inkişaf edir. Xəstəliyin əvvəlində xəstələr arabir sakitləşib yenidən başlayan axsamadan şikayət edirlər. Diabet qanqreninin ilkin əlamətləri ətraflarda göyərmələr, dərinin solğunlaşması, ağrı və nəbzin itməsidir. Diabet qanqreni inkişaf etdikdə də onun əlamətləri başqa növ qanqrenlərin əlamətləri kimi qalır. Lakin burada əsas fərq onun yaş şəkildə inkişaf etməsidir: "Diabet qanqreni zamanı qanda şəkər yüksələndə damarların keçiriciliyi pozulur və nəticədə toxumaların qanla təchizatı azalır. Qan axını zəiflədikcə toxumalarda qan dövranı çətinləşir. Ayaqlar daim soyuq olur, keyləşir, hissiyat itir. Tədricən sıyrıqlardan, əziklərdən, kiçik ölçülü yaralardan sağalmayan, dərin, irinli yaralar əmələ gəlməyə başlayır. Qanda şəkər daim çox yüksək olan zaman qanqrena bir və ya ən uzağı 6 ilə inkişaf edir. Ancaq şəkərin miqdarı normal həddə saxlanıldıqda bu müddət uzanır".

Diaqnoz

A.Səmədovun sözlərinə əsasən, qanqrenin bütün növlərinin inkunasiya (gizli) dövrü fərqlidir: "Orqanizmə düşən qanqren mikrobları tədricən özünü biruzə verir. Növündən asılı olaraq qanqrenin inkubasiya dövrü 3 gündən 1 aya kimi ola bilər. Yəni qısa, orta və uzun sürən inkubasion dövr. Əlamətlər - yaranın vəziyyəti, ödemin, xəstənin şüurunda əmələ gələn dəyişikliklər və sair əsasında xəstəliyə diaqnoz asanlıqla qoyulur. Qanqren vaxtında müəyyən edilməsi və xəstənin ciddi şəkildə həkim nəzarəti altında saxlanılması vacibdir. Bu müəyyən qədər xəstəliyin ağırlaşmasının qarşısını alır".

Son çarə amputasiya

Cərrah deyir ki, yüngül keçən qanqren zamanı, əsasən, konservativ müalicə üsulundan istifadə olunur. Həkim tərəfindən müvafiq dərman preparatlarından ibarət müalicə kursu təyin edilir. Yaralar təmizlənir, əzilmiş, nekrozlaşmış toxumalar kənar edilir. Ancaq qanqrenin dərin diffuz şəkli inkişaf etdikdə, yəni ağır hallarda amputasiya etmək məsləhət görülür. Yalnız bu yolla qanrenin ətraflara yayılmasının qarşısını almaq və xəstənin həyatını xilas etmək mümkündür.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 2857   Tarix: 16 yanvar 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Həddən artıq tərləmənin SƏBƏBLƏRİ

Tərləmə fizioloji prosesdir. Tərləmənin köməyi ilə bədənimiz öz normal hərarətini saxlayır. -a istinadla bildirir ki, mütəxəssislər bununla bağlı maraqlı məlumatlar verir:. - Bundan əlavə tərlə birlikdə orqanizmdən artıq və ziyanlı maddələr (toksinlər, şlaklar və s.) ifraz olunur. İnsana isti oland

18.08.2021 1367
.

Saç tökülməsi sizi qorxutmasın! Çarə TAPILDI!!!

Dəmir, zülal və sinkin orqanizdə çatmamazlığı saçların tökülməsiinə səbəb olur. Hamiləlik, tiroid, şəkər, qaraciyər və böyrək xəstəlikləri də saçı tökür. Həddindən artıq diaeta, xərçəng xəstəliklərinin müalicəsində istifadə edilən bəzi dərmanlar da saçları tökər, həmçinin rənglənmədə istifadə edilə

17.09.2021 1439
.

Günəşlənmənin xeyri və ziyanı - Diqqətli olun!

Hamımız bir az günəşi sevirik. Lakin işıq şüalarına daha çox məruz qalsanız səhhətinizə həqiqətən ziyan vura bilərsiniz. Xeyri. Günəş şüaları bədənimizə dəydiyində D vitamininə çevrilir. Bu güclü sümüklər və dişlər üçün çox əhəmiyyətlidir. Ekzema və sızanaq problemləri olanlar günəşdən faydalanırlar

29.08.2021 641
.

Stress, həyəcan və yuxusuzluğa qarşı 10 ÇARƏ

Əgər təşviş, stress sizi içdən yeyirsə, yuxunuz ərşə çəkilibsə, əsəbləriniz dincəlmirsə, o zaman stressə qarşı bitki yığnaqlarından istifadə etməklə, əsəb sakitləşdiciri çay hazırlayın. -a istinadən sakitləşdirici bitkililəri təqdim edir. Mütəxəssislər çay üçün bunlardan ikisini seçib qarışdırmağı tövsiy

01.09.2021 1893
.

ŞOK: Uşaqların müalicəsində istifadə olunan dərmanın tərkibində də "patı" var

Son zamanlar dillərdən düşməyən, xüsusilə gənclər arasında yayılan və "patı", "şüşə" adı ilə tanınan metamfetamin digər narkotik vasitələrdən nə ilə fərqlənir? Eyni zamanda "patı"dan asılılığın müalicəsi nə dərəcədə mümkündür?. xəbər verir ki, Bakı Şəhər Narkoloji Mərkəzi

07.09.2021 3113
.

Soyuqdəyməyə qarşı mübarizədə balın faydaları

İngiltərənin Oksford Universitetinin alimləri, balın soyuqdəymə simptomları və tənəffüs yoluxucu xəstəliklərlə mübarizədə, antibiotiklərdən və həddindən artıq dərmanlardan daha çox və daha faydalı ola biləcəyini göstərib. Mütəxəssislər 1761 nəfərin iştirak etdiyi 14 araşdırmanı nəzərdən keçirib. Balı

15.08.2021 780
.

Yayda qripdən qorunmaq üçün həkim MƏSLƏHƏTİ

Payız-qış və yaz-yay aylarında insanlar tez-tez qripə yoluxurlar. BİG.AZ bildirir ki, -a açıqlama verən həkim-terapevt Şücaət Həşimov bildirir ki, qripə yoluxmaq təhlükəlidir. "Yaz-yay aylarında vitaminli meyvələr tam yetişmədiyinə görə orqanizmin ressusu aşağı düşür. Bu zaman orqanizmdə vitami

29.08.2021 879
.

Yoluxucu xəstəliklərdən qorunmaq üçün belə qidalanın

Payızda immuniteti yaxşılaşdırmaq və bədəni gücləndirmək üçün sitrus meyvələrindən istifadə etmək məsləhət görülür, çünki tərkibində olan efir yağları əhval-ruhiyyəni yüksəldir. Bundan əlavə, faydalı yağlar unudulmamalıdır, onları qoz-fındıq, zeytun yağı, avokado və yağlı balıqdan əldə etmək olar. B

12.09.2021 1388
.

Sağlam üz dərisi üçün 8 "qızıl" QAYDA

Üz dərisini təmiz, sağlam və parlaq etmək üçün əmək verməli, xüsusi olaraq qulluq göstərmək lazımdır. BİG.AZ -a istinadən üz dərsini təmiz edən 8 qızıl qaydanı təqdim edir:. 1 - Günəş qoruyucu kremi evdən çıxmazdan əvvəl çəkin. Günəş kremi günəş yanığı, dəri xərçəngi və erkən qocalmağa qarşı dərini qoruyur

17.08.2021 1695