Kamil Şərifov: O qız məni necə döymüşdüsə, qorxumdan bir də karateyə getmədim

Kamil Şərifov: O qız məni necə döymüşdüsə, qorxumdan bir də karateyə getmədim"Atam demişdi ki, uduzsan evə gəlmə".

BiG.AZ xəbər verir ki, "Oyundan kənar" rubrikasının yeddinci qonağı 10 dəfə azərbaycan çempionu olmuş, K1 turnirinin qalibi, dünya kubokunun sahibi, 4 qat dünya çempionu və beynəlxalq dərəcəli idman ustası Kamil Şərifovdur.

- Prins, yoxsa Kamil? Necə müraciət edək?

- Hər ikisi. Məni Kamil Şərifov kimi tanıyırlar, prins isə sonradan dedikləri ləqəbdi. 2004-cü ildə Dünya çempionatı zamanı Afinada ispan idmançılar vardı və onlar məni o yarışda prins deyə çağırmağa başladılar. Elə o vaxtdan mənə prins dedilər və o vaxtdan bəri prinsəm (gülür).

- Bildiyimə görə, kikboksinq təhlükəli və çətin idman növü sayılır. Necə oldu ki, Kamil bu idman növünü seçdi və kikboksinqdə qalıb inkişaf etdi?

- Bir işlə məşğul olursansa, onu mütləq sevərək etməlisən, yəni yola verməməlisən. İdman da çox məsuliyyət tələb edir. 10 yaşında ilk dəfə getdiyim idman növü karate olub. İdman mənə həmişə maraqlı idi. Deməli, karateyə başladım, müəllimimiz də Vahid müəllim idi. Onun Vüsalə adlı qız tələbəsi vardı. O qız məni necə döymüşdüsə, qorxumdan bir də karateyə getmədim (gülür).

1998-ci il idi. 12 yaşım vardı. Qardaşım Xəqani məni Neftçi bazaya apardı və mən məşqlərə başladım. Kikboksinq, əlbəttə, təhlükəlidir. Bu idman növü ilə məşğul olursansa, hər zədəyə hazır olmalısan.

- Zədə, əməliyyat idmançı üçün gözlənilən bir şeydir. Sən karyeran boyunca neçə dəfə əməliyyat keçirmisən və yaxud zədələrinin sayını bilirsən?

- Əməliyyat keçirməmişəm, amma zədələrin sayı hesabı yoxdur. Bədənimdə, demək olar ki, qırılmamış, sınmamış yer yoxdu, amma üzümü qoruyuram həmişə.

- Döyüşlərində ən çox marağıma səbəb olan məqam erməni hakimin səni uduzdurmamağa çalışması olub. Belə bir döyüş baş vermişdi, ümumiyyətlə?

- Bəli, olub. Döyüşü udmuşdum, sonuncu isə rus idmançısı idi. Onunla döyüşürdüm və belə oldu ki, son sözü hakim deməli idi və o da yalan, hiylə işlətmədi, döyüşü mənə verdi. Təbii ki, o hiylə işlədib xalı rusa versəydi, o zaman haqqım yeyilmiş olardı. İdmanda hər şey baş verə bilər, haqsızlıq və s. Ona görə də hər şeyə özünü hazırlamalısan.

- Son vaxtlar səni az görürük. Əslində, çox adam deyir ki, Kamilin başı biznesə qarışıb. Doğrudur?

- Desinlər mən də bilim hardadı o biznes, gedim heç olmasa məşğul olum, bir az da inkişaf etdirim (gülür).

Döyüşlərə gəldikdə isə nə döyüş olur çıxıram və planım var ki, bu ilki bütün döyüşlərə hazırlaşım çıxım.

- Səni indiyənə kimi nə təəccübləndirib?

- Döyüşlərdən birində hamını udmuşdum, axıra erməni idmançı qalmışdı və çox da güclü idi. Amma mən ona qalib gəldim. Həm sevinirdim, həm də təəccüblənmişdim. Çünki həddindən artıq güclü biri idi və bizim idmançıların hamısını udmuşdu. Atam demişdi ki, uduzsan evə gəlmə, hara gedirsən get, amma evə gəlmə (gülür).

- İdmanda olan mütləq sistem işində olmalıdır, yoxsa sistem işində olan mütləq idmanda olan birisi olmalıdır?

- Mən idmançıyam, idmanla məşğulam. Həm də DİN-in Nərimanov rayon polis idarəsinin polis leytenantıyam. Özümdən deyərdim ki, sistem işində olan birisinin idmanla məşğul olmağı yaxşıdır. Sən sistem işində hər tip insanla qarşılaşırsan. Bütün tədbirlərə hazır olmalısan.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 6419   Tarix: 15 yanvar 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704