QMİ: "Facebook"da qızla oğlanın sevgi yazışmaları haramdır

QMİ: "Facebook"da qızla oğlanın sevgi yazışmaları haramdır"Peyğəmbərimizin xanımı da bu suallara onların başa düşə biləcəyi şəkildə cavab verirdi".

İranın ali dini rəhbəri Ayətullah Əli Xamneyi yad kişi və qadınların internetdə bir-biri ilə söhbətini qadağan edən xüsusi dini fərman imzalayıb. Naməhrəm qadın və kişilərin internet vasitəsilə söhbətini əxlaqsızlıq hesab edən Xamneyi bununla bağlı öz saytında da bəyanat verib.

Qeyd edək ki, müvafiq dini qanun İran hakimiyyəti tərəfindən sosial şəbəkələri dəstəkləyən smartfonların bloklanmasından bir neçə gün sonra qəbul edilib.

Bəs Azərbaycanda islam dini naməhrəm kişi və qadınların internetdə yazışmasına necə baxır?

BiG.AZ xəbər verir ki, məsələ ilə bağlı Modern.az Azərbaycanın tanınmış ilahiyyatçılarının mövqeyini öyrənib.

QMİ rəsmisi: ""Facebook"da sevgi mövzusunda bir-biri ilə yazışmaq haramdır".

Qafqaz Müsəlmanları İdarəsi Qazilər Şurasının üzvü Hacı Mirəziz Seyidzadə:

"Xamneyi düz deyib. O, Ali dini liderdir. O deyibsə, əxlaqsızlıqdır, deməli əxlaqsızlıqdır. Ancaq işlə əlaqədar yazışmaq, məlumat axtarmaq olar. Bu əxlaqsızlıq sayılmır. Bir də var məhəbbət macərası. Bu, olmaz. Ümumiyyətlə, dində məhrəm və qeyri-məhrəm adamların sevgi, məhəbbət macərası mövzusunda bir-biri ilə yazışması, danışması olmaz, bu haramdır. Qaldı ki, qalan məsələlərə, əgər işlə bağlıdırsa bunun ziyanı yoxdur".

Məşədi Dadaş məscidinin axundu Hacı Şahin Həsənli:

"İnsanların istər sosial şəbəkələrdə, istər canlı ünsiyyəti haqqında dində göstərişlər var. Yəni, naməhrəm kateqoriyasına aid olan insanlar var. Bir-birinə məhrəm olmayan kişi və qadının ünsiyyəti zərurətdən doğarsa və günaha səbəb olmazsa, icazə verilir. Əsas ünsiyyətin mövzusudur. Mövzu əxlaqa zidd olmazsa, insanı günaha təhrik etməzsə o zaman ünsiyyət saxlamağın eybi yoxdur. Zəruri həddə ünsiyyət saxlamağa icazə verilir".

İlahiyyatçı Elşad Miri:

"Xamneyi elə bir fitva veribsə, mən indi durum nə deyim. Ora İran İslam Respublikasıdır. Orada qadınlar ayrı avtobusda, kişilər ayrı avtobusda gedir. Onlarda qadınlarla bağlı ayrı, bizdə ayrı hökmlər var. Məsələn, bu gün mənim bir ilahiyyatçı olaraq səhifəmdə 10 000-dən çox insan var. Onların arasında qadınlar da var, suallarını yazırlar. Mən neyləyim? Cavab verməyim? Mütləq bir qadın professor tapım gətirim, otuzdurum burada. Peyğəmbərimizin vəfatından sonra onun xanımı Ayşənin yanına kişilər də, qadınlar da gəlib peyğəmbərimizin ailə məsələləri, digər məsələlərlə bağlı suallar verirdi. Peyğəmbərimizin xanımı da bu suallara onların başa düşə biləcəyi şəkildə cavablar verirdi.

Sadəcə, qadınla kişi bir-birinə eşq, sevgi formatında deyil, işgüzar danışıq formasında yazışırlarsa, problem yoxdur. Günah sayıla biləcək bir məsələ deyil. Bununla bağlı heç bir qəbahət yoxdur".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1397   Tarix: 08 yanvar 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024