"Anam ciddi olmayan kişiyə vurulmazdı" - Müsahibə

"Anam ciddi olmayan kişiyə vurulmazdı" - Müsahibə"Atam deyirdi ki, əgər bilsəm aktrisalığı seçmisiniz qəbirdən çıxıb sizi öldürərəm"

Bir neçə aydan sonra bu Azərbaycanın görkəmli sənətkarı Lütvəli Abdullayevin 100 illik yubileyi olacaq. Sənətkarın qızı Xurşud Abdullayeva müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

- Böyük sənətkarımız dünyasını dəyişəndə ilk dilimə gələn kəlmə Şıxəli Qurbanovun illər öncə Lütfəli Abdullayev haqqında dediyi "Gülüş kralı" ifadəsi oldu. Dünyada bu gün də adları çəkiləndə üzlərdə təbəssüm yaranan komik sənətkarlar olub ki, onlar ailədə çox ciddi, hətta bəzən həddən ziyadə ciddi olublar. Maraqlıdır ekranlarda ani görünüşü ilə əhvalımızı müsbət enerjiyə kökləyən Lütfəli Abdullayev evdə, ailədə hansı ampulada idi?

- Atam evdə tamam başqa insan idi. Uşaq vaxtı atamla tez-tez gəzintiyə çıxardıq.Yoldan keçənlərin atama baxıb gülmələri mənə o qədər pis təsir edirdi ki, evə gələndə. "axı onlar niyə atama baxıb gülürlər. O gülməli deyil axı" deyib ağlayırdım. Çox ciddi olsa da nə mənə, nə də bacıma heç vaxt "yox" sözü deməzdi. Bütün "yoxlar" anamdan gəlirdi. Anam da çox ciddi xanım olub. Anam tərəfdən elə münasibətlər qurulmuşdu ki "atanız icazə vermir" deyib bizi inandırırdı. Atam rəhmətə gedəndən çox sonra anamla söhbətlərimdə bildim ki atam anama "lsun" deyərmiş. Tez-tez qonaqlarımız olardı, qonaqla bir süfrədə əyləşmək, ucadan danışmamışıq. Bəlkə mən tez köçdüm bu dünyadan, qızlarımın toyunu görmədim, qoy bütün "yox"lar sən tərəfdən olsun. Evimiz həmişə qonaqlı-qaralı olub. Ancaq nə həddimizə ki, onlarla bir masada əyləşək, səsimiz çıxsın. Qonaq üçün pionoda çalıb, şeir deyib öz otağımıza çəkilərdik. Atam baxıb fərəhlənərdi bu səhnədən.

- Lütfəli Abdullayevin vəfatının 40 ili tamam oldu. Həmin günü necə xatırlayırsınız?

- Həm uşaq vaxtı həm də indi paradları çox sevirəm, özü də hərbi paradları. Atamın heç səhər tezdən qalxması ilə arası olmazdı. Parad doqquzda başlayırdı, seçilmış yerlərdə əyləşənlər saat səkkizdə orda olmal idilər. Atam düz doqquzun yarısına qədər yatardı. Hər dəfə gecikərdik. Hər dəfə əsgərlər iri yük maşınıarıyla yolu bağladıqları səmtdən keçməli olurduq. Mən və bacım maşınların altıdan, atam isə əsgərlərin qolları üstə küçənin o biri səmtinə keçirdərdilər. Birinci katibə qədər hamı tribunada olardı biz yerimizə keçəndə. Ancaq birinci şəxsdən tutmuş digər vəzifəlilər də gəlib bir-bir atamla görüşərdilər. Gecikməyimizə göz yumulardı həmişə.

- Demək ki tez-tez xatırlayırsınız.

- Günüm yoxdur.....(kövrəlir)

- Ailədən söz düşmüşkən. Sevda xanımla Lütfəli müəllimin sevgisi dillərdə əzbər olub. Uzun zaman elçilərə " yox" cavabı verilsə də, bir-birilərinə qovuşmaq nəsib olub. Bu sevgi axıra qədər öz yerində möhkəm oturdu, yoxsa illər sonra sadəcə qarşılıqlı hörmətə çevrildi? Nə qədər yaşınız az olsa da isti yaxud soyuq münasibətləri hiss etməmiş olmazsınız...

- İnsan yaddaşı qəribədir. Keçən il nə olub yadımda deyil, ancaq otuz il əvvəl, atamla, anamla bağlı nə varsa, hamısı yadımdadır. Anam deyərdi ki, məni axırıncı günə qədər qısqanırdı və biz bir dəfə də aralarında söz- söhbət eşitmədik. Anam ümumiyyətlə heç vaxt səsini qaldırmayıb, onun bir baxışı bəs edirdi ki, mən otaqdan "rədd olum".

- Övladlarından heç olmasa birini teatr sənətində görmək arzusu var idimi?

- Yox. Atam deyirdi ki, əgər bilsəm aktisalığı seçmisiniz qəbirdən çıxıb öldürərəm. Atam bilirdi ki, aktrisa necə deyim çox çətin, asılı bir sənətdir. Rejissordanmı, şəraitdənmi, uğurdanmı... Qadın üçün səhnə çox mürəkkəb bir yoldur. Ancaq o istəyirdi biz sənətdə olaq. Mənim beş yaşım var idi, apardılar fortopionoya. İstəyirdi ki, peşəkar musiqiçi olaq. Mən də, bacım da. Ancaq bacım səkkizinci sinfə qədər Bülbül adına musiqi məktəbində oxudu, sonra qəti şəkildə dedi ki, getməyəcəm daha.....

- Azərbaycan teatr sənətində Lütfəli müəllim yeganə adamdır ki, sənətə on dörd yaşından başlayıb. Bu bir təsadüf idi, yoxsa içdən gələn sevgi, teatra vurğunluq idi?

- Həmişə deyirdi lap uşaq vaxtından dərnəyə gedərdi. Şəkinin mərkəzində yaşayırdılar. Anam deyir ki, bir gün Mərziyə Davudova və Əhməd Anadolu Şəkiyə qostrola gəlirlər. Atamın on üç yaşı var idi. Tamaşadan sonra atam onlara yaxınlaşıb arzusunu bildirir. Ə.Anadolu deyirki."belə olmaz, aktyor olmaq istəyirsənsə Bakıya gəlib oxumalısan". On dörd yaşında gəlir Bakıya Üzeyir bəyi tapır və atamı Konservatoriyaya götürür. Üç il oxuyur voldorni sinfində. Eyni zamanda bilir ki, işləmək lazımdır. Xora daxil olur, güclü səsi olmasa da gözəl səsi var idi.

- 1939 cu ildən bünövrəsi qoyulan musiqili dram teattımız barmaqlasayılası sənətkarların çiyinlərində indiki səviyyəyə çatıb. Mirzəağa Əliyev, Şəmsi Bədəlbəyli, Nəsibə Zeynalova, Bəşir Səfəroglu. Akademik teatrın qranit sütunları olublar. Olmazın əzab-əziyyətlərini içlərində daşısalar da teatrın bağlanmasının qarşısını alıblar. Lütfəli Abdullayev yaradıcılığını özlüyümdə üç mərhələyə ayırdım. Klassik operettalarda oynadığı rollar, tərcümə əsərlərində ifa etdiyi səhnə əsərləri və çağdaş bəstəkarların musiqili komediyalarında yaratdığı koloritli personajlar. Xurşud xanım təsəvvür edin sizə bir imkan verilib ki, Lütfəli Abdullayevin ifasında yalnız bir tamaşa göstərəsiniz. Bütün dünyaya, bir-birindən fərqlənən canlı, dinamik obrazlar qalleryasından hansını seçərdiniz? Necə deyərlər dünyanı gəzə biləcək bir əsərin adını deyin.

- Heç bir an da fikirləşmədən deyərdim. Arşın mal alan. Vəli obrazı...

- Elə belə də bilirdim.

- Arşın Mal Alan filminin çəkilişinə çoxlu sayda aktyorlar dəvət olunurdu və bu işə Üzeyir bəy rəhbərlik edirdi və Üzeyir bəyin göstərişi ilə təkcə Vəli obrazına heç kəs sınaq çəkilişinə dəvət olunmamışdı. Vəli klassik obrazdır. Atam onu elə yaratdı ki, indi də kim bu rolu ifa edirsə yeni heç nə göstərmir. Yerişi, gülüşü, jestləri eyni atamda olduğu kimi ifa olunur.

- Rejissor əslində aktyorun imkanlarını nəzərə alıb onu istiqamətləndirir, nəyi necə, hansı məqamda demək. Vəlini sözün tam mənasında yaradan, məhz Lütfəli Abdullayev olub.

- Atam Stanislavski sistemi haqqında heç nə bilmirdi. O aktyorluq fakültəsində təhsil almamışdı. Ancaq anadangəlmə aktyor idi. Komik aktyor və evdə bir o qədər ciddi idi. Anam ciddi olmayan adama vurulmazdı. İndi anlayıram ər-arvadın səviyyəsi uyğun olmazsa bir yerdə yaşamaq mümkün olmaz. Anam tərəf üç yüz il tarixi olan zadəganlar nəslindən olub. Nəslimiz ana tərəfdən 1 Pyoturun şəcarəsinə gedib çıxır. Anam dörd dildə sərbəst danışa bilirdi (Sevda xanım Dillər universitetində dərs deyib) Əhməd bəy Pepinovun (Azərbaycan Xalq Cumhuriyyətinin dördüncü-Əmək və əkinçilik naziri olub) qızı, Həsən bəy Ağayevin (Azərbaycan Demokratik Respublikasının parlamentinin sədr müavini olub) nəvəsi olub. Və birdən Lütfəli ortaya çıxır. Anamı nənəsi Xədicə xanım böyüdüb. 1944 cü ildə atam anamla tanış olanda nənəm qəti etiraz edib. "Heç olmaya dram aktyoru olaydı, komik aktyor?" deyib heç toya da gəlmir. Bilirsiz ki atamla anamın izdivacına razı olmurlar. Anam ərə gedir, atam da evlənir, bir müddət keçir hər ikisi çox çətinliklərlə üzləşirlər. Hər ikisi birinci ailəsindən ayrılır. (Lütfəli Abdullayevin birinci izdivacından Turqut adlı bir oğlu var) Və atamla anam ev şəraitində toy ediblər. Bu indi əyləşdiyimiz evdə olub toyları. Xədicə xanım toyda iştirak etməsə də toyun səhərisi gündən ömrünün sonuna qədər atam hər səhər Xədicə xanımım eyvanının altında maşını saxladıb "nə lazımdır" deyə soruşardı. Xədicə xanım dünyasını dəyişəndə demişdi ki "heç kəsə bir pislik etmədim. Allah qarşısında bircə Lütfəlini incitdiyim üçün peşmanam, mən bu adamı hələ də başa düşmədim". Atamla anam evlənəndən iki ay sonra nənəmlə atam iki can bir qəlbdə kimi dolandılar. Anam danışırdı ki, atamdan soruşanda Xədicə xanıma çoxmu acığın tuturdu. "Mən də olsaydım qızımı verməzdim" deyirdi. Hər bir insanın alın yazısı var, ancaq atam çox tez 59 yaşında köçdü bu dünyadan. Mənim 54 yaşım var elə bilirəm hələ bundan sonra nə qədər işlər görəcəm.

- Həm də yaradıcı bir insan üçün bu yaş çox azdır. Lütfəli Abdullayev məktəbi deyəndə kimlər xatırlanır?

- Siyavuş Aslan,Yaşar Nuri. Düzdür Yaşar tam komik deyil trogikomik aktyor idi. O da uşaqlıqdan tamaşalarda iştirak edirdi. Atam Siyavuşu çox istəyirdi. Oğlu kimi...

- Hamımızın bildiyi və sevdiyi üçlük haqqında - Nəsibə Zeynalova, Bəşir Səfəroğlu , Siyavuş Aslan yaddaşınızda nə qalıb?

- O gözəl insan, gözəl sənətkar Şəmsi Bədəlbəyli olmasaydı heç bir üçlükdən danışmaq olmazdı. Onun əməyi sayəsində yaranmışdı hər şey. Hər zaman başlarının üstündə olub, ideoloqları, rejissorları, müəllimləri, yolgöstərəni olub...

- Səhv etmirəmsə Bəşir Səfəroğlunun da ağır xəstə yatdığı zamanda məhz Lütfəli və Şəmsi müəllimin sayəsində xalq artisti məsələsi həll olunub...

- Bəşir Səfəroğlu xəstəxanada idi... 50 yaşı tamam olurdu. Atamla Şəmsi müəllim Mərkəzi Komitəyə zəng etdilər. O vaxtlar da müəyyən vaxtlarda təqdmatlar hazırlanardı. Şəmsi müəllim "Özünüz bilərsiniz, siyahıda Bəşirin adı var ya yox. Biz bu gün səhnədə tamaşadan sonra onu xalq artisti kimi təqdim edəcəyik" deyib dəstəyi asıb. Xəstəxanadan gətirdilər. Üstündən bir az keçməmiş təqdimat da gəldi...

- Xalq arasında Lütfəli müəllimin "yaxşı adam" statusunun hardan qaynaqlandığından bir az danışasınız?

- Nə qədər özümü xatırlayıram səhər tezdən yuxudan duran kimi (məktəbə səhər saat yeddidə qalxardıq) baxırdıq ki, qapının qabağında düz aşağı qədər adam doludur. Ən müxtəlif xahişlərə gələrdilər. Atam da heç kəsi qırmazdı, təmənnasız əlindən gələni edərdi. Anam danışardı elə olub gecə yarı saat üçdə xahişə gəliblər onlara yemək də hazırlatdırıb Aşağıda Ağami deyilən bir nəfər var idi. Atamın zənbilinə kömək edərdi evə qaldırmağa, maşınını yuyardı. Elə oldu tutuldu, ona on dörd il iş kəsdilər. Atamın hüzüründə bilmişik ki, heç kəsə bir kəlmə də deməmiş on dörd il bu ailəni dolandırıb. Bir dəfə mənzil istismar idarəsindən anama dedilər ki "Sevda xanım xəbəriniz var ki, sizdən başqa on dörd nəfər evinizdə qeydiyyatdadır?" Rayondan gələrdilər o vaxt çətin idi, qeydiyyatsız heç nə etmək olmurdu. Atam da müraciət edənlərə "yox" kəlməsi deməyib. Anam "atanız sanki kiməsə əl tutmaqdan zövq alırdı" deyərdi.

- Yəqin ki, bu minvalla övladlığa da kimlərisə götütüb hələ ki xəbəriniz yox. (hər ikimiz gülürük. Xurşud xanım sanki bir bu cümləni gözləyirdi)

- Atam bir dəfə gecə tamaşadan qayıdanda Malakan bağından keçirmiş. Sskamiyalardan birində on beş yaşlarında bir qız uşağının başını aşağı salıb oturduğunu görür. Məlum olur ki, bu kimsəsiz uşağın adı Dusya, özü də Şamaxı malakanlarındadır. "Gecənin bu vaxtı nə edirsən ?" sualının cavabını alar-almaz gətirir evə. Anam danışardı ki, qıza yaxın gəlmək olmurdu bitin içində, yun çubuğu kimi arıq. Həmən bu Dusya oldu atamın birinci qızı. Ömrünün sonuna qədər bizimlə yaşadı, bizə analıq edirdi.

- Üç aydan sonra 2014-cü ilin mart ayının 22-də Lütvəli Abdullayevin dünyaya gəlişinin 100 illiyi tamam olacaq. İçinizdə bir rahatlıq olsun deyə nələri arzu edirsiniz?

- Bizim ailəmizə həmişə diqqət olub. Mənim də bacımın da ən böyük arzusu şəhərimizdə onun adını daşıyan küçənin olması və doğulduğu Şəkidə büstünün qoyulmasıdır.

P.S. Bir daha əmin oldum ki "ölməz sənətkar" statusunu təkcə fitri istedala, yüksək peşəkarlıqla qazanmaq çox azdır. Yaratdıqlarını,sevdirdiklərini yaşatmaq üçün " ölməz" tamaşaçıların" olmalıdır. Çətin anlaında qolundan tuta bildiyin, təmənnasız qapı açdığın, şirin təbəssüm əsirgəmədiyin insanlar, ölməz tamaşaçılardır. Sənin yaratdıqlarını yaşadan, nəsildən-nəslə əmanət kimi çatdıran ölməz tamaşaçılardır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Müsahibə   Baxılıb: 4177   Tarix: 08 yanvar 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Nəsimini bərbad hala salan Afət"

Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızını ələ salıb. Axşam.az xəbər verir ki, bu haqda ifaçı "Zaurla Günaydın" verilişində danışıb. "Nəsimini bərbad hala salan Afət var. Demişdi ki, yatdım yuxuda Nəsimini gördüm. Dedi, bu şeirə mahnı oxu" deyə, Kərimova söyləyib

30.11.2019 3083
.

"Mənim ehtiyacım yox idi, aparmadım" - Xatun "Maşın Şou"da danışdı

Yeni mövsümü başlayan "Maşın Şou"nun iştirakçılarından biri olan Xatun maraqlı açıqlama verib. ölkə.az-a istinadən bildirir ki, ifaçı "Maşın Şou"nun daha öncəki mövsümü barədə bunları deyib:. "İstərdim ki, maşını layiq olan və ehtiyacı olan aparsın. Mənim ehtiyacım yox idi, aparmadım

02.10.2019 2215
.

"Küçə musiqiçisinə qız vermərəm"- Küçə musiqisi ilə məşğul olan Sərxan Əzizlə MÜSAHİBƏ

Hər bir ölkədə olduğu kimi son illər Azərbaycanda da küçə musiqisi inkişaf etməkdədir. Lakin bu sənətin inkişafına mane olanlar, dırnaqarası yanaşanlar var. Bu məqamda bir məsələni nəzərə almalıyıq ki, şəhərə gəzinti üçün çıxanda, yaxud da işdən yorğun evə qayıdanda qulağımıza gələn o həzin musiqi ruhumuz

25.01.2020 3632
.

"Qarabağ atları dünyanın ən qədim cinsə mənsub atları hesab olunur"-MÜSAHİBƏ

Hər il Rusiyada "Equiros" beynəlxalq atçılıq sərgisi keçirilir. Bu il "Unicorn Challenge" şirkəti "Equiros" şirkətinə Azərbaycan Atçılıq Federasiyasına dəvətnamə təşkil etmək üçün təşəbbüs etdi. Noyabrın 28-dən dekabrın 1-dək Rusiyanın paytaxtı Moskvadakı "Sokolniki"

28.12.2019 3817
.

Putin ad günündə öz maaşını artırdı

Rusiya prezidenti Vladimir Putin ad günündə öz maaşını 4.3 faiz artıran sərəncam imzalayıb. rus KİV-inə istinadən xəbər verir ki, sərəncama əsasən, Rusiyada prezident və baş nazirlərin aldığı maaş 4.3 faiz artırılıb. Bundan əlavə, sərəncamla Müdafiə, Fövqəladə Hallar, Daxili İşlər nazirləri ilə yanaşı

07.10.2019 2816
.

Azərbaycanlı model hovuzda istirahət görüntülərini yaydı - VİDEO

"Best fashion model 2017" və "Miss Europe 2018" gözəllik yarışlarının qalibi, gözəlliyi və cazibədarlığı ilə əks cinsin nümayəndələrini valeh edən Samirə Ağayeva istirahət görüntülərini yayıb. xəbər verir ki, o, görüntülərini "Instagram" hesabında paylaşıb. Bikinidə ola

07.07.2020 4695
.

Mənzurə istirahətdən foto PAYLAŞDI - "Çox köksüz, bir az arıqlayın"

Müğənni Mənzurə Musayevanın sosial şəbəkədə paylaşdığı istirahət fotosu müzakirələrə səbəb olub. "Ölkə.Az" xəbər verir ki, əksəriyyət sənətçinin görünüşü barədə xoş sözlər desə də, bəzi izləyicilər onu tənqid etməkdən çəkinməyib. Hətta izləyicilərdən biri "Çox köksünüz, biraz arıqlayın

04.08.2020 7471
.

"Mən klubu dağıdardım, amma ermənilərin təklifini qəbul etməzdim"-Moskvadakı "Qarabağ" klubunun yaradıcısı ilə MÜSAHİBƏ

2019-cu il yanvarın 26-da Moskvada "Qarabağ Moskva" futbol klubunun rəsmi təqdimolunma mərasimi keçirildi. Bununla da milli komandamızın Moskvadakı fəaliyyəti rəsmi olaraq uğurla davam etməyə başladı. "Qarabağ Moskva" futbol klubu haqqında daha ətraflı məlumatları komandanın yaradıcıs

16.12.2019 2177
.

"İş adamları hər şeyə pul tapsalar da, idmançılara qarşı çox biganədirlər"-Dünya çempionu ilə MÜSAHİBƏ

Bu günlərdə Türkiyənin Anlatya şəhərində Dünya Kikboksinq Assosiyasının təşkilatçılığı ilə keçirilən dünya çempionatında bürünc medala layiq görülən, Azərbaycan Kikboksinq Federasiyasının idarə heyətinin üzvü, dünya çempionu, veteran idmançı Həsən Hüseynovun -a müsahibəsini təqdim edirik:. 54 yaşını

30.12.2019 2610