"Aşıqla Azərbaycanı gəz" sənədli filmi Rusiya telekanalında göstərilib

"Aşıqla Azərbaycanı gəz" sənədli filmi Rusiya telekanalında göstərilibTorsten Nimannın çəkdiyi "Aşıqla Azərbaycanı gəz" sənədli filmi Rusiyanın "24 Doc" telekanalında göstərilib.
BiG.AZ-ın verdiyi məlumata görə, filmdə aşıq Nemət öz şagirdi aşıq Elvinlə bütün Azərbaycanı gəzir. Sənədli filmin hazırlanmasında Azərbaycanın məşhur aşığı Samirə və modelyer-dizayner Gülnarə Xəlilova da iştirak ediblər.
50 dəqiqə sürən filmdə Azərbaycanın füsünkar təbiəti, gözəlliyi və hazırkı inkişafı haqqında geniş söhbət açılır. Xüsusi qeyd edilir ki, Bakı hazırda Avropanın ən gözəl və müasir şəhərlərindən biridir. Filmdə həmçinin vurğulanır ki, paytaxt Bakıda uzun əsrlərdən bəri bir neçə mədəniyyətlər birləşib. Bakının qədim və müasir heykəltəraşlıq nümunələri tamaşaçılara göstərilir və bildirilir ki, 20 il ərzində Azərbaycan inkişaf edərək Avropaya inteqrasiya edib.
Sənədli filmdə tamaşaçılar müstəqil Azərbaycanın ərazisi, əhalisi haqqında geniş bilgi əldə edir. Qeyd edilir ki, Ermənistan Azərbaycanın 20 faiz torpağını işğal edib. Bu iki ölkə arasındakı münaqişə 1988-ci ildən başlayıb və o vaxtdan Ermənistan Azərbaycana qarşı torpaq iddiası ilə çıxış edib. Nəticədə Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayon Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib.
Aşıq sənətindən söhbət açan filmin yaradıcı heyəti vurğulayır ki, aşıqlar həmişə öz mahnılarında məhəbbəti və igidliyi tərənnüm ediblər. "Aşıqlar, xəbər gətirən çaparlar kimidir. Onlar uzun əsrlərdir ki, şərq mədəniyyətində əsas rol oynayıblar. Qədim bu Qafqaz torpağının sakinləri həmişə aşıqlara böyük hörmətlə yanaşıblar. Bu ənənə nəsildən-nəsilə davam edir", - deyə filmin yaradıcı heyəti bildirib.
Yaradıcı heyət vurğulayır ki, hazırda Azərbaycanda müasir intellektual nəsil yetişir. Avropaya inteqrasiya ilə yanaşı gənclər öz milli adət-ənənəsini də unutmurlar. Bu da onların öz köklərinə bağlılığından, böyüklərə və valideynlərə hörmətdən irəli gəlir. Azərbaycan gəncləri öz vətənlərini çox sevirlər. Elə "aşıq" sözü də türk sözündən yaradılıb, "aşiq olmaq", yəni vətənini sevmək mənasını verir. Film elə bu sözlərlə də bitir.

Xatırladaq ki, "Aşıqla Azərbaycanı gəz" sənədli filmi Fransa-Almaniya istehsalıdır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 1635   Tarix: 07 yanvar 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040