Peyvənd haqqında dəhşətli faktlar- Araşdırma

Peyvənd haqqında dəhşətli faktlar- AraşdırmaHəkimlər, siz də səsinizi çıxarın!

BiG.AZ qafqazinfo-ya istinadən bildirir ki,Son bir neçə ildə peyvənd haqqında ölkədə çaşbaşlıq yaranıb. İnsanlar arasında peyvənd xofu artsa da, bu barədə nə Səhiyyə nazirliyi, nə də ayrı-ayrı mütəxəsislər hər hansı fikir yürütmürlər. Sonuncu dəfə ölkəyə gətirilən pnevmakok əleyhinə vaksinlər barədə də "qara" fikirlər yaranıb. "Qafqazinfo" üçün bu mövzuyla bağlı növbəti araşdırmanı hazırlamışam.

Həkim uşağa nə vurduğunu bilmirsə...

Bu gün bütün poliklinikalarda, tibb müəsisələrində peyvəndlərin tərkibi baradə suala cavab axtarsaz, tapa bilməyəcəksiz. Çünki bu barədə Səhiyyə Nazirliyinin müvafiq sə -rəncam və tapşırıqları olsa da bir cəsarətli kəs tapılmır ki, hər hansı vaksinin "içalatı" haqqında milləti əyan etsin. Bu göstərişə heç bir tibb məntəqəsində əməl olunmur, deməli Səhiyyə Nazirliyinin "yoxluğunu" onun əliatında olduğu tibb işçiləri də hiss edirlər. Bu məlumatların peyvənd otaqlarında olmamasının bir səbəbi də var. Əgər həqiqətlər ortaya çıxsa, ölkədə peyvənd vurulmağa adam qalmayacaq. Bu da qarşı tərəfin xofudur.

Əsas məsələ odur ki, insanlar təmiz qıda, təhlükəsiz dərman axtardığı kimi, birbaşa bədənə yeridilən "zəhər" haqqında məlumatlı olmalıdırlar. Bəli, vaksinlərin tərkibində timerasol adlı maddə var ki, bu da orqanik civədir. Bu civə insan bədənində müxtəlif fəsadlar yarada bilər. Digər formaldehid adlı maddə də mərkəzi sinir sisteminə birbaşa təsir etmək gücünə malikdir. Neyronların struktrunu kəskin şəkildə pozur. Bir sözlə, orqanizm üçün birbaşa təhlükə yaradır. Ən əsas isə, allergiyalı, nevroloji problemli uşaqlara vurmaq qadağandır. Amma həkimlərimiz uşaqlarımızı köhnə adətlə yüngülcə yoxlamaqla, heç bir sağlamlıq haqqında sənəd tələb etmədən vaksinasiyanı həyata keçirirlər. Peyvənd haqqında Dünya Səhiyyə Təşkilatının rəsmi saytından tutmuş beynəlxalq unuversitetlərin sənədlərinə qədər hər yerdə qorxulu faktlara rast gəlmək olar. Misal üçün, Kolqari Universitetinin araşdırma sənədlərində deyilir: "vaksin preparatlarının hazırlanmasında heyvan hüceyrələrindən də istifadə olunur. Və bu hüceyrələrdə virus və infeksiyaların olması ehtimalı böyükdür, insana yeridildikdə yeni xəstəliklər meydan gələ bilər. Hansı viruslar ki, heyvanlar arasında yayılıb, amma insanlar bu xəstəliklərdən uzaqdırlar. Vaksinasiya bəşəriyyət qarşısında böyük tələb, məcburiyyət kimi qoyulub. İnsanların ağlında "xəstələnməmək" kimi süni qorxu yaradılıb. Onlara elə gəlir ki, peyvənd onları qurtaracaq. Halbuki, "peyvəndlə qorunmaq"tədbiri dərman , iri farmokoloji şirkətlərin illərdir uydurduğu və işə yarıyam sisyasətidir. Bu siyasət milyardlarla pul gətirir. İnsanlar, uşaqlar bu yalanın qurbanına çevrilirlər. Güya deyilir ki, insanlar arasında peyvəndlərdən sonra xəstəliklər azalıb. Əslində, bunun səbəbi başqadır. İnsanlar ilbəil sanitar-gigiyenik qayda və tədbirləri təkminləşdirdikcə, xəstəliklərə də yoluxma riski azalır. Çünki bütün problemlər( hava-damcı yolu ilə keçən viruslar istisna olmaqla) natəmiz, həmin qaydalar pozulan şəraətdə başlayır. Ən acınacaqlısı odur ki, ilk eksprimentlər yoxsul ölkələrdə, və ya üçüncü dərəcəli dövlətlərdə aparılır. Araşdırmalar göstərir ki, Afrikanın yoxsul əyalətlərində aparılan vaksinasiyadan sonra həmin yerlərdə nevroloji, psixi xəstələrin sayı xeyli artıb. Elə autizm, şəkərli diabet, rematoid-artrit diqnozlu xəstələrə daha çox dərman bazarına nəzarət olunmayan( mənbəyi bilinməyən antibiotiklərin satışı), peyvəndlər haqqında məlumatsız ölkələrdə rast gəlmək olar."

Peyvənddən sonra diaqnostika məsələsi heç kimin ağlına gəlmir

Bu gün bir çox dövlətlərdə olduğu kimi, Azərbaycanda da peyvənd çədvəlinə uygun hərəkət etmək valideynlərin üzərinə qoyulmuş vəzifələrdən biridir. Bir qrup insanlar kor-təbii şəkildə vəzifəsini yerinə yetirməklə öyünür, bir qrup isə peyvənd barədə məlumat axtarışlarını davam etdirir. Bütün bu problemlərin qarşılığında isə səlahiyyətli orqanlardan hələ də bu vaxta qədər vaksinlərin tərkibi barədə cavab gəlmir ki, gəlmir. Bu o deməkdir ki, Səhiyyə Nazirliyinin müvafiq qurumlarının cavab üçün sözü yoxdur, çünki bu təhlükəli "sirr"in açılmaması üçün tapşırıq var.

İnsanların peyvəndə inamsızlığı bir neçə il əvvəl Avropa "alim"lərinin çıxardığı qondarma xəstəliklərdən( donuz qripi, keçi qripi kimi adlandırılan) sonra bir az da artdı. Məlum oldu ki, yeni xəstəliklərin uydurulması və güya onlara qarşı profilaktik tədbirlər üçün yaradılan vaksin kələkbazlığının arxasında milyonlarla pul, sərvət dayanır. İndinin özündə də sonuncu pnevmokoka qarşı vaksinlərin icad edilməsində də pul faktoru dayanır. Harri Yuz adlı əcnəbi araşdırmaçının məqaləsindəki faktlar bunu sübut edir. Orada deyilir: " Məşhur vaksin preparatları istehsal edən şirkət "VİET"("Wyeth") yeri gələndə rüşvətdən də ustalıqla istifadə edir. İstehsal prosesini Avstraliyada həyata keçirən bu şirkətin məhsulları 2000-ci ildən satışdadır. "VİET" öz reklam dillerlərini elə pula tutur ki, onlar da alıcılarını ustalıqla yaxalayır. Elə sonuncu pnevmokok əleyhinə vaksinlər məsələsində də bu siyasətə sadiq qalınır".

Peyvənddən sonra ağır xəstəliklərə tutulma, yaxud uşağın əlil(kar, kor, topal kimi) qalmasına səbəb nədir? Vaksin preparatlarının təsiri nəticəsində ağır metallarla zəhərlənmə baş verir. Bu formada zəhərlənmə mərkəzi sinir sistemini iflic edir. Nəhəng ölkələrin çoxunda peyvənd vurulan şəxsin sonrakı vəziyyətini izləmək üçün diaqnostika mərkəzləri var. Bizdə isə ağır metallarla zəhərlənməni aşkarlamaq üçün mükəmməl laboratoriya belə bu vaxta qədər qurulmayıb. Bu anoloqu olmayan, ölkəyə aparat, tibbi texnika gətirməyə həvəsli olan( həmin aparatları işlədə biləni yoxdur) səhiy-yəmizin "uğur"larından biridir.

Hər kəsin peyvənd vurdurmamaq kimi hüququ var

Hər kəs öz uşağının sahibidir. Başqa sözlə, ona peyvənd vurdurmaqda sərbəstdir, məcburiyyət yoxdur. Həkim-immunoloqun təkid etməsi isə yolverilməzdir. Bunu qeyd edirəm ki, bir daha biləsiz. Bu "İmmunoproflaktika haqqında" qa-nunumuzda da öz əksini tapıb.

Bu arada qeyd edim ki, Azad İstehlakçılar Birliyinin tərkibində xüsusi komissiya yaradılıb. Yeni qurum " Tibbi müayinə və müalicə, eləcə də profilaktik bərpa iştirakçılarının istehlakçı hüquqlarının müdafiəsi" komissiyasıdır. Komissiyanın yaradıcısı Əhməd Rəhmanovun övladı da vaxtiylə vurulan peyvəndin qurbanı olub. Bu araşdırma müayinələrindən sonra ortaya çıxıb. Əhməd müəllim illərdir, Səhiyyə Nazirliyindən ölkəyə gətirilən peyvəndlərin tərkibi barədə hesabat tələb edir. Vəziyyət məhkəmə orqanlarına qədər getsə də, ortada nəticə yoxdur. Əhməd müəllim bu komissiyanı yaratmaqda məqsədlərini bildirir: "Əsas məqsəd təkcə pasiyentlər deyil, həkimlərin də hüquqlarını müdafiə etməkdir. İndiki vəziyyətdə təkcə xəstələr deyil, həkimlər də əzilir. Peyvənd məsələsinə gəlincə, bütün vətəndaşların məlumat hüququ pozulur. Çünki "İstehlakçıların hüquqları haqqında qanun"a görə, hər kəsin aldığı məhsulun tərkibini öyrənmək və ya bunu tələb etmək kimi hüququ var. Təəssüf ki, bu gün heç kəs ölkəyə gətirilən peyvəndlərin tərkibi haqqında danışnağa ürəkli deyil".

Sonda yalnız onu deyə bilərəm ki, biz səhiyyə qarşısında tələb qoyuruq, bizim peyvənlərin tərkibi haqqında məlumat almaq haqqımızı pozmayın. Onsuzda hüquqlarımızı bilmədiyimiz kimi, onları tələb etməyə də taqətimiz qalmayıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2351   Tarix: 19 dekabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018