Sənaye dizaynının yaradıcısı

Sənaye dizaynının yaradıcısıBiG.AZ movqe.az-a istinadən bildirir ki,"Adi həyat tərzi keçirən orta amerikalının həyatı Raymond Loewy-nin şirkətinin istehsal etdiyi əşyalarla birbaşa təmasda keçir". Raymond Loewy – universal istedada sahib dizayner idi və onun istedadının bəhrəsi olan nümunələr insanların bütün həyatını əhatə edir.

O Coca-Cola şüşəsinin, sərnişin qatarlarının və maşınlarının dizaynını, "Konkord" təyyarəsinin və ilk amerikan orbital stansiyası Skylab-ın interyerini hazırlamış və bütün soyuducuları ağ rəngə boyamışdır.

Raymond Loewy düzgün dizaynı hər kəsdən yaxşı anlayan insanlardan biri idi. Onun ideyaları adi qərarların necə möhtəşəm nəticələr verdiyini və böyük dividentlər gətirdiyini sübut etdi. O hələ Paris kollecində təhsil alarkən dizaynla maraqlanırdı və 15 yaşı olduqda prestijli Ceyms Gordonun müsabiqəsində aeroplanın ilk dizaynını təqdim etdi.

Birinci dünya müharibəsi başa çatdıqda Loewy həyatının açar nöqtəsinə çevrilən Nyu-Yorka köçür. Bir dəfə o dövrün çap cihazlarının istehsalı ilə məşğul olan şirkətin rəhbəri Devid Qestetner onun otağına baş çəkmişdi. Onun şirkətinin məhsullarına böyük tələbat vardı. Lkain məhsulların xarici görünüşü çox da ürəkaçan deyildi və o istedadlı dizaynerdən nələrisə dəyişməyi xahiş etdi. Onun məhsullara qazandırdığı yeni dizayn alıcıların o qədər xoşuna gəlir ki, növbəti 20 il ərzində məhsullar bütünlüklə bazarı zəbt edir.
Loewy çoxsaylı loqotiplərin müəllifidir. Onlar sırasında – Exxon (1972), Greyhound Bus, Lucky Strike (1940), Shell (1971), Air Force One və başqaları var.

Əsl uğur dizaynerə 1932-ci ildə gəlir: Sears şirkəti Coldspot soyuducularının dizaynını sifariş cerir. Raymond tərəfindən yaradılan yeni dizayn əsl inqilab yaratdı: o soyuducunun ölçüsünü artırdı, o dövr üçün yenilik olan ərzaqların saxlanması üçün xüsusi "qutular" yaratdı və ən əsası soyuducunu bütünlüklə ağ rəngdə etdi. Bundan əlavə, o ilk paslanmayan aliminium rəflərin müəllifi oldu.

Lakin amerikalı dizayner tək soyuducularla məşhur deyil. Belə ki, məhz o Broadway Limited sərnişin qatarlarının interyerini yaratmışdır. Bundan başqa, o məşhur PRR (Pennsylvania Railroad) parovozlarının da dizaynını tərtib etmişdi. Bununla yanaşı, 1967-ci ildə açılmış Nyu-York metrosunun vaqonları Raymondun layihəsi idi.

Raymond Loewy bəzi avtomobillərin dizaynı ilə də məşğul olmuşdu. 1939-cu ildə o Studebaker ilə sıx əməkdaşlığa başladı. Lakin İkinci dünya müharibəsi səbəbindən o işinə ancaq müharibə bitdikdən sonra başladı. Bu zaman Raymond Studebaker avtomobillərinin daxili interyerinin müəllifi idi.

Dizayner ard-arda sadə, lakin yeni və effektiv ideyalar yaratmaqda davam edirdi. Məsələn, Lucky Strike siqaretlərinin dizaynı zamanı o düşündü ki, siqaret çəkənlər çox mühafizəkar olurlar və buna görə də qutunun xarici görünüşündə çox dəyişiklik etmədi. O sadəcə qutunun üzərindəki adları böyütdü və əvvəllər heç kimin etmədiyi şeyi edərək adı hər iki tərəfdə qeyd etdi. Bu şirkətin öz satışlarını bir neçə dəfə artırmasına kifayət etdi.

Amerikalı dizaynerin ən məşhur "əsəri" Coca-Cola şüşəsinin dizaynı idi. O 1915-ci ildə yaradılmış nümunəyə 1955-ci ildə yenilik əlavə etdi. İndi şüşəni əldə tutmaq daha asan idi və reklamda şüşə çimərlik geyimində olan gənc bir qızla müqayisə edilirdi.
1976-cı ildə ABŞ-ın yaradılmasının 200 illiyi qeyd edildikdə Raymond "ölkənin təkmilləşməsinə və tarixinə böyük təsir etmiş" amerikalılardan biri seçildi. 1990-cı ildə isə Raymond Loewy "Life" jurnalı tərəfindən XX əsrin 100 görkəmli xadimi siyahısına salınmışdı.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1491   Tarix: 15 dekabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424