Misir ehramları haqqında maraqlı məlumatlar

Misir ehramları haqqında maraqlı məlumatlarMisir ehramları — dünyanın yeddi möcüzəsindən biri.

Misir ehramlar hər biri 20 ton ağırlığında olan qaya parçalarından tikilmişdir. Bu qaya parçalarının yonulduğu karxanalar isə ehramların yerləşdiyi ərazidən 200 km uzaqlıqda yerləşirdi. Onların necə daşınması haqda ağlabatmayan fərziyyələr irəli sürülüb. Ehram kimin şərəfinə tikilmişdisə, həmin fironun mumiyasının olduğu otağa günəş şüaları ildə iki dəfə – fironun doğum və taxtaçıxma günlərində düşür. Ehramların daxilində ultrasəs, radar, şüaötürmə cihazları işləmir.

1.Ehramın daxilinə bir qabda çirklənmiş su qoysanız, bir-neçə gündən sonra onu təmizlənmiş vəziyyətdə görəcəksiniz.

2.Ehramın daxilində süd bir-neçə gün xarab olmadan qalır və sonra yoğurta çevrilir.
3.Bitkilər ehramların daxilində daha tez inkişaf edirlər.

4.Ehramın daxilində 5 həftə qalmış sudan üz losyonu kimi istifadə etmək mümkündür.

5.Zibilqabındakı yemək qalıqları ehramın daxilində heç bir qoxu vermədən "mumiyalaşır".

6.Kəsik, yanıq, sıyrılma yaraları həcmi böyük ehramların daxilində daha tez sağalır.

7.Ehramlardakı bəzi otaqların içərisində nəyin olduğu məlum deyildir; oraya girməyə müvəffəq olmuş tədqiqatçılar geri qayıtmamışlar. Bəzi tədqiqatçılar isə müxtəlif texnoloji üsullardan istifadə etsələr də məqsədlərinə nail ola bilməyiblər.

8.Ehramların içərisi yayda soyuq, qışda isə isti olur.

9."Nəhəng Ehram"ın küncləri Nilin deltasını xəyali olaraq iki eyni hissəyə ayırır.

10.Giza ərazisindəki üç ehramın bir-birinə nəzərən yerləşmə şəkli Pifaqor üçbucağı formasındadır, yəni, ehramlar bu xəyali üçbucağın təpələrini əmələ gətirir. Üçbucağın yanlarının bir-birinə nisbəti isə 3X4 və 3X5-dir.

11."Nəhəng Ehram"ın dörd küncünün sahə ölçüsü onun hündürlüyünün kvadratına bərabərdir.

12."Nəhəng Ehram" Yer kürəsinin quru ərazisinin mərkəzində yerləşir.

13."Nəhəng Ehram" dörd künclüdür.

14.Ehramlar böyük bir günəş saatını xatırladır. Belə ki, oktyabrın ortası və martın əvvəli aralıqlı müddət ərzində ehramın kölgələr "diaqram"ı mövsümləri və ilin uzunluğunu göstərir. Ehramı əhatələyən daş lövhələrin uzunluğu isə bir günün kölgə uzunluğuna bərabərdir. Kölgələr "diaqram"ının daş lövhələr üzərindəki hərəkəti sayəsində bir günün 0.2419 zaman kəsimində ilin uzunluğunu hesablamaq mümkündür.

15."Nəhəng Ehram"dan Yer kürəsinin mərkəzinə (nüvəsinə) qədər olan məsafə onunla Şimal qütbü arasındakı məsafəyə bərabərdir. Eləcə də bu məsafə Şümal qütbü ilə Yer kürəsinin mərkəzi arasındakı məsafə ilə eynidir.

16.Ehramın hündürlük nöqtəsinin künclərə nəzərən yerləşmə şəkli çevrənin mərkəzində yerləşmiş nöqtə kimidir. Ehramın dörd üzünün əmələ gətirdiyi üçbucaqlar isə dünyanın ən böyük üçbucaqları sayılır.

17.Gizadan keçən meridian dünyanın su və quru hissələrini iki bərabər hissəyə bölür. Həmçinin, bu meridian Yer kürəsinin şimaldan cənuba doğru ən uzun quru hissəsindən keçən meridian sayılır.

18."Nəhəng Ehram"ın bir küncündən onun təpəsinə qədər olan məsafə Şimal qütbünə qədərki məsafəni, kənar uzunluğu isə ekvatorun uzunluğunu ifadə edir.

Güman edilir ki, Giza ehramları e.ə XXX əsrdə Qədim Xanədanlıq dövründə inşa edilmişdir. Buraya Xeops, Xefren və Mikerin ehramları daxildir və bu adlar onları tikdirmiş fironların adlarıdır.

Giza ehramları dünyanın ən böyük ehramları hesab olunur. Giza ehramları ilə yanaşı, Misirdə irili-xırdalı yüzlərlə ehram mövcuddur. Giza ehramları digər ehramlardan, əsasən onunla fərqlənir ki, bu ehramlarda heç bir yazıya rast gəlinməyib və onların necə tikilməsi hələ də elmə məlum deyildir.

Firon Xeopsun oğlu Xefren üçün tikilmiş ehramın hündürlüyü 136 metrə çatır. Onun yalnız təpə hissəsində örtükvari daş bloklar mövcuddur. Giza ehramları arasında yalnız Xefren ehramının daxilinə giriş vardır və bu giriş "ölülər" otağına aparır.

Ehramlarla bağlı müxtəlif riyazi rəqəmlər mövcuddur. Onların bir-neçəsini sizlərə təqdim edirik:

a. Xeops ehramının hündürlüyünü bir milyard rəqəminə vursaq, alınan rəqəm təxminən Günəşlə Yer arasındakı məsafəyə bərabər olacaqdır: 149 504 000 km.

b. Ehramları xəyalən kəsib keçən meridianlar Yer kürəsinin quru və su ərazilərini iki bərabər hissəyə bölür.

c. Xeops ehramının ətraf yanlarının uzunluğu hündürlüyünün iki mislinə bölündükdə П = 3.14 alınacaqdır.

Giza ehramları arasında ən alçaq ehram olan Mikerin ehramı isə 62 metrdir və firon Xefrenin oğlu üçün tikilmişdir.

İndiyədək bu ehramların necə tikilməsi sirr olaraq qalır; əgər işçilərin hər gün fövqəltəbii olaraq 10 kubmetr daşı üst-üstə qoyduqlarını fərz etsək, onda Xeops ehramındakı təxminən 2.5 milyon kubmetrlik daşı haradasa 250 000 gün (644 il) ərzində bir-birinin üstünə qoymaq tələb olunur. Halbuki ehramlar 20-30 il ərzində tikilmişdir.

Sfinksə gəlincə, o, e.ə 2520-ci ildə firon Xeopsun oğlu Xefrenin məqbərə kompleksi üçün qaya parçasından yonularaq hazırlanıb. 30 metr hündürlüyü, 70 metr uzunluğu olan bu heykəlin adı qədim Misir sözü "sezp-ahne"dən (Diri görünüş) törəyib.

Sfinksə XIV əsrdə məmlüklərin topatma təlimləri zamanı hədsiz zərər dəyib. Napoleon Bonapartın 1799-cu ildə Misirə yürüşü zamanı baş vermiç toqquşmalarda Sfinksin burun hissəsi top atəşi nəticəsində qopub.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 7908   Tarix: 15 dekabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197