Səhlənkar həkim çoxdur, yoxsa savadsız?- Məlumat

Səhlənkar həkim çoxdur, yoxsa savadsız?- Məlumat"Vətənimizdə tibbin gələcəyi təhlükədədir"

"Pasiyent hüquqları haqqında Qanun"un qəbulu niyə hər dəfə sonraya qalır?

Günlərdir, həkim əlində canını tapşıran xəstə ölümləri barədə ardıcıl xəbərlər alırıq. Bu vəziyyət insanları xəstəlik qədər, həkimdən də çəkindirir. Səhiyyəmizin "bahar" mövsümü davam edir. İnsanların yerli həkimə inamsızlığı bir az da böyüyür, bu təhlükəli məsələ heç aidiyyatlı orqanın kefini belə qaçırmır. Halbuki, ölkədə həkim peşəsi dəyərdən düşdüyü qədər, hər ölənin də həkim səhlənkarlığı üzündən baş verdiyi hallanır. Sözsüz burada haqq-ədalət prinsipləri pozulur.

BiG.AZ saytı bir ölkədə ola biləcək, işləyəcək pasiyent hüquqları ilə bağlı məlumatı nəzərinizə çatdırır.

Hər kəs, həm də bir pasiyentdir

Aramızda özünü xəstəliyə vuran, xəstə kimi aparan adamlar az deyil. Doğrudan da, xəstə olub, özünü sındırmayanlar qədər, xəstəlikdən əziyyət çəkənlər də var. Bütün hallarda hər kəs pasiyent statusunu(daimi və müvəqqəti) alır. Bizim ölkədə pasiyent oldunsa, sağalmaq uğrunda çox əngəlləri aşmalısan. Yaxşı həkim tapmaq, ondan qabaq maddi çətinliyi dəf etmək, müayinə, doğru diaqnoz, keyfiyyətli dərman, dərmandan sonra sağalmaq, əks halda yenidən çarə axtarışına çıxmaq lazımdır. Niyə biz həkimə gedəndə normal həyəcandan çox, qarşımızdakı ağxalatlının savad, təcrübəsinə şübhə ilə yanaşırıq? Bizdə həkim diplomunu almaq üçün pulla dolu cib də işə yarayır. Həmin diplomlu "həkim" yenə pulu ilə xəstəxanada özünə yer edir. Hippokratın göruna söydürür, başı çibi qədər dolu olmasa da yerini heç kəsə vermir. Xəstə qeydinə qalan bir çox ölkədə pasiyent hüquqları, eləcə də pasiyent və həkim münasibətlərini tənzimləyən ali qanunlar var. Bu ganunvericiliyə görə, səhlənkarlıq, məsuliyyətsizlik faktı təsdiqləndikdən sonra məhkəmə qərarı ilə həmin tibb işçisi cəzalandırılır. Bu cəza müxtəlif formada olur, həkimlik fəaliyyəti dayandırılır, yaxud xidmət göstərməkdən məhrum edilir, xəstəyə dəymiş maddi və mənəvi ziyan təzminat şəklində ödənilir, ölüm faktı varsa, həkim müəyyən zaman içində azadlıqdan məhrum edilir. Həmin həkimin işi "yatrogen"("zay tibbi iş" kimi tərcümə olunur) adlandırılır. Bakıdakı hüquqi xidmət göstərən şirkətlərdən birinin əməkdaşı Eldar müəllim mövcud beynəlxalq təcrübə barədə məlumat verir. "Bir çox qabaqcıl ölkələrdə pasiyentlərin hüquqlarının qorunması səhiyyənin başlıca məqsədinə çevrilib. Bu əsasən əhalinin sağlamlığını ön planda görən dövlətlərdə olur. Savadlı, savadsız, məsuliyyətli, səhlənkar peşə sahibi hər yerdə, bütün sahələrdə var. Amma həkim sənəti birbaşa insanlara cavabdeh olduğundan burada başqa meyarlar dayanır. Öz hüquqlarını bilən pasiyentlə həkim arasında problem yaşana bilməz. Beynəlxalq hüquqda həkimlərin hüquqi məsuliyyətini, onların mühakiməsi məsələsi "malpraktis" termini ilə ifadə olunur. Hətta dünya ölkələrinin çoxu "Pasiyentlərin hüquqları haqqında Avropa xartiyası", "Pasiyentlərin hüquqlarının təminatına yardım haqqında Bəyənnamə" yə qoşulublar. Aparıcı ölkələrdə(əsasən Qərbdə) həkimlər məsuliyyətli olmağa məhkumdurlar, əks halda onları nələr gözlədiyini bilirlər. Məsuliyyət dedikdə, burada həkimin təcrübəsi, biliyi, davranışı əsas amillərdir. Xəstə tibbi xidmətdən narazı qaldıqda şikayət edə bilər. Həm də burada tibbi sığorta məsələsi də rol oynayır. Bizdə icbari tibbi sığorta sual altındadır. Yalnız aparıcı xüsusən, xarici şirkətlərdə tibbi sığorta vacib məsələ hesab olunur. Zərərcəkmişlərimiz yalnız ölüm faktı olduqda şikayətə başlayır, bu zaman həkim "cinayəti" əldə tutarlı qanun olmadığından yarımçıq araşdırılır. Bu zaman həkim də öz hüquqlarını müdafiə etməlidir. Hər iki tərəfdən hansısa haqsız olduqda qarşı tərəfə dəymiş mənəvi ziyan ödənməlidir. Azərbaycanda pasiyent hüquqları hələlik ölkə konstitusiyasının 41-ci maddəsi və "Əhalinin sağlamlığının qorunması haqqında Qanun"da öz əksini tapır."

"Vətənimizdə tibbin gələcəyi təhlükə altındadır"

Təəssüf ki, səhiyyədə baş verən özbaşnalıqlar, səhlənkarlıq halları təcrübəli mütəxəsislərin dilindən tənqid olunmur. Bəlkə də, bu səbəbdən savadsız, məsuliyyətsiz tibb işçilərinin miqyası böyüyür və böhran dərinləşir. Əfsuslar olsun ki, yaxşı həkimlər də, səhlənkar qrupun güdazına gedir. Bəzi tibb mütəxəsisləri özbaşnalıq, nəzarətsizlik üzündən ölkədən baş alıb gedir. Hazırda Moskva şəhərindəki xəstəxanada fəaliyyət göstərən mütəxəsis -həkimimiz Səbahəddin Hüseynov səhiyyədəki mənzərəni belə ifadə edir. "Bir şəhərdəki yaxşı həkim tapmaq çətindir, orada yaşamaq təhlükəlidir. Yaxşı həkimlər yetişdirmək lazımdır. Tələbə olanda müəllimimiz deyərdi ki, bu sənəti seçmisinizsə,yaxşı oxusaz yaxşı da həkim olacaqsız, pis oxudunuzsa –baş həkim olacaqsız. İndi institutu bitirən həkimlərin çoxu dərman satışı ilə məşğul olan firmalarında çalışırlar. Dərmandan qazanc götürənlər həkimlərdən vasitə kimi istifadə edirlər. Bu vaxta kimi görməmişəm ki, dərman istehsal edilən şirkətlərdə həkimlər işləyə. Amma bir problem olanda hər şeyi həkimin üstünə atırlar. Axı həkimə dərman yazmağı öyrədirlər. Bu səbəbdən də həkimə hörmət yoxdur, həkimə küçə süpürdürlər, alçaldırlar. Polislə qorxudurlar(güya polis qanun tərəfdarıdır). Savadlı həkimlər nəsli artıq qocalıb, onları da pensiyaya göndərirlər ki, yerini başqasına satalar. Vətənimizdə tibbin gələcəyi təhlükə altındadır!"

"Tibb universitetində alver davam edir"

Çoxu həkim sənətinin dəyərdən salınmasında Dövlət Tibb Universitetini günahlandırır. Gizli deyil ki, bu gün orada təhsil alanların çoxu bu sənəti şöhrət xatirinə seçib və dərindən yiyələnmək arzusunda deyillər. Bu faktı orada müəllim işləyən, adını vermək istəməyən təcrübəli kadr təsdiqləyir. "Tibb Universiteti ölkədə nüfuzlu olduğu qədər, lazımlı təhsil-tədris müəsisəsidir. Amma nə edək ki, burada şəffaflıq sual altındadır. Tələbələrin çox az hissəsi yaxşı həkim olmaq üçün vaxtını itirir. Həmin qrupun arzuları Vətəniylə bağlı deyil. Çünki yaxşı gənc həkimlərimizin çoxu işsizlik üzündən başqa sahələrdə çalışırlar. Bu gün universitetdə yenə də oxumamaq üçün pul verən tələbələr saysızdır. Təəssüf ki, pul götürənləri də qınamalı deyil. Oxumaq istəyi qarşı tərəfdən olmalıdır. Savadsız həkimlər, məsuliyyətsiz həkimdən çoxdur. İndi biz o savadsız nəsilin əlində qalmışıq. Qanunvericiliyin, nəzarətin olmaması vəziyyəti bir az da qəlizləşdirir."

"Pasiyent hüquqları haqqında Qanun" un qəbulunda müşkül nədir?

Bir neçə ildir ki, Milli Məclis "Pasiyent hüquqları haqqında Qanunun" qəbulunu ləngidir. Bu məsələdə icbari tibbi sığorta məsələsinin daha vacib olduğunu deyənlər, daha çox həkim toxunulmazlığını müdafiə edirlər. Sözsüz, qəbul olunacaq qanun tək pasiyentlərin deyil, həkimlərin də hüquqlarını tənzimləməlidir. Maraqlıdır, beynəlxalq standartlarla işləyən məclis əhli nə fikirləşir? Axı pasiyent hüquqlarını təsdiqləmək üçün təcrübəli ölkələrdən yararlanmaq kifayət edər. "Evimizdə bişməsə də, qonşumuzda var" deyib, Rusiya Federasiyasına baxaq. Orada mövcud qanunvericilikdə pasiyent hüquqları qısaca belə ifadə olunur. İstənilən şəxs tibbi xidmətdən istifadə etmək hüququna malikdir. Pasiyent öz həkimini könüllü şəkildə seçir. Hər pasiyent sanitar-gigiyenik şəraəti olan tibb müəsisəsində müayinə və müalicə olmalıdır. Həkim pasiyentə daha diqqətli davranmalıdır. Xəstənin vəziyyəti barədəki məlumatlar yalnız pasiyentin icazəsi ilə yayıla bilər. Xəstə özü haqqında məlumatı məxfi saxlaya bilər. Pasiyentin vəziyyəti ilə bağlı həkimlərin konsilium(müzakirə, qiymətləndirmə)keçirməsi barədə tələb etmək haqqı var. Tibbi müdaxilədə xəstə psixoloji yardım almalı və hər şey haqqında dəqiq məlumatlandırılmalıdır. Həkim barədə şikayətlə çıxış edə bilər, bu zaman xüsusi komissiya müraciətə baxmalıdır. Ölüm faktı varsa, tibbi ekspertiza aparılmalıdır. Tədbirsizlik, savadsızlıq, məsuliyyətsizlik, səhlənkarlıq, diqqətsizlik faktı təsdiqlənirsə, tibb işçisi müvafik qaydada cəzalandırılır.

Son olaraq vurgulayım ki, bizdə belə bir qanun qəbul olunsa və bu qanun vitrində qalmasa ədalət yerini tapmış olar. Çox sayda həkim adını təmizə çıxarar, yaxud əksinə təqsirkar həkimlər cəzasını alar.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1408   Tarix: 08 dekabr 2013  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi

12.09.2021 5476
.

TOP MP3