"Qarabağ" arağı Rusiya bazarında - TƏXRİBAT

"Qarabağ" arağı Rusiya bazarında - TƏXRİBATBeynəlxalq birlik tərəfindən tanınmayan "Dağlıq Qarabağ respublikası" müxtəlif vasitələrlə xarici bazara can atır.
Qanunsuz olaraq işğal altında saxladıqları əzəli Azərbaycan torpaqlarında yerüstü və yeraltı sərvətləri talan edən Ermənistan rəhbərliyi bu ərazidə yaratdığı oyuncaq höküməti beynəlxalq aləmdə legitim etmək istəyir.

Bu planın tərkib hissəsi olaraq isə yerli məhsulların xüsusən içkilərin beynəlxalq bazarlara, o cümlədən Rusiyaya ixracında maraqlıdır.

Məhz bu səbəbdən 1998-ci ildə Xankəndində "Arçax Alko" şirkəti yaradılaraq dövriyyəyə buraxılıb. Şirkətin əsas işi sırf alkoqollu içkilərin istehsalı və satışı ilə məşğul olmaqdır. Bu məqsədlə lazımi ixrac göstəricilərini qazanmaq üçün isə Əsgəran rayonunda yerləşən çaxır zavodu təmir olunub.

Burada istehsal olunan və tut, gavalı, cır armud, şaftalı və s. meyvələrdən əldə olunan çəkmə araq "Arçax" brendi adı altında Rusiya bazarında maneəsiz satışa çıxarılıb.

İndi də Rusiyanın əksər iri şəhərlərindəki ticarət mərkəzlərində "Arçax Alko" şirkətinin məhsullarına rast gəlmək olar.

Hətta "Arçax Alko" şirkətinin 1999-cu ildə Moskvada keçirilən "ProdEkspo" sərgi-yarmarkasında qızıl medalla təltif olunub. Bundan başqa, Rusiya bazarındakı artan tələbatı nəzərə alaraq şirkət rəhbərliyi 2004-cü ildə "Arçax-Rus" şirkətini yaradıb.

Qarabağda istehsal edilən alkoqollu içkilərin Rusiya bazarında satışını həyata keçirməli olan "Arçax-Rus"-a yerli orqanlardan, o cümlədən, Rusiya Federal alkoqol bazarına nəzarət xidmətindən, Moskva höküməti ticarət və xidmət departamentindən müvafiq lisenziyalar verilib. Bununla bağlı şirkət www.artsakh-rus.ru ünvanında yeni sayt istifadəyə verib.

Saytda şirkətin fəaliyyəti və təqdim edilən məhsulların çeşidləri təqdim olunur. Beləliklə, aydın olur ki, dünyanın Azərbaycanın ərazisi kimi tanıdığı Dağlıq Qarabağ 10 ildən artıqdır ki, Rusiya bazarına məhsul ixrac edir və bundan gəlir götürür.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2092   Tarix: 06 dekabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Səudiyyə Ərəbistanının kralı Salman xəstəxanadan buraxılıb

Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz bir neçə saat davam edən rutin yoxlanışdan sonra Ciddə şəhərindəki xəstəxanadan buraxılıb. xəbər verir ki, Səudiyyə Ərəbistanı Kral Məhkəməsindən verilən açıqlamaya görə, Kral Salman dünən axşam saatlarında Ciddədəki Kral Feysal İxtisas Xəstəxanasında

25.04.2024 288
.

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər. Bununla bağlı AZƏRTAC məlumat yayıb

25.04.2024 340
.

"Kaş hamı Cavanşir Məmmədov kimi yaşayardı"

Əməkdar artist Elza Seyidcahan mərhum həmkarı Cavanşir Məmmədovdan danışıb. Axşam.az xəbər verir ki, müğənni "Elgizlə izlə" verilişində ifaçının ölümündən danışıb. "Ölüm haqdır. Bilə bilmərik ki, kim harada öləcək. Kimə torpaq qismət olacaq, ya yox. Heç kim bilmir necə öləcək. Allahı

25.04.2024 482
.

İlham Əliyev və Mehriban Əliyeva Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər. xəbər verir ki, əklil mərhumənin məzarı üstünə qoyulub. Qeyd edək ki, E.Süleymanova bu gün 87 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edib və İkinc

25.04.2024 786
.

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov birgə nahar ediblər. Bununla bağlı AZƏRTAC məlumat yayıb

25.04.2024 787
.

Azərbaycanda niyə qeysəriyyəyə üstünlük verilir? - VİDEO

Azərbaycanda qeysəriyyə əməliyyatı ilə doğuşların sayı artıb. Dövlət Satistika Komitəsinin məlumatına görə, ötən il ölkəmizdə 121 min doğuşun 35 faizdən çoxu qeysəriyyə yolu ilə həyata keçirilib. 2021-ci ildə 46 min 684 qadın bu yolla uşaq dünyaya gətiribsə, 2022-ci ildə bu rəqəm 53 min 267-yə qalxıb

25.04.2024 480
.

İspaniya Fələstin dövlətini 4 ölkə ilə eyni vaxtda tanımağı planlaşdırır

İspaniyadakı sol koalisiya hökumətinin Fələstin dövlətinin tanınması üçün eyni anda 4 ölkə ilə ortaq qərar verməyi planlaşdırır. xəbər verir ki, İspaniya Xarici İşlər Nazirliyindəki mənbələr Baş nazir Pedro Sançes və Xarici İşlər Naziri Xose Manuel Albares tərəfindən dəfələrlə dilə gətirilən Fələsti

25.04.2024 242
.

Qəzzada 34305 adam ölüb

İsrailin hücumlarını davam etdirdiyi Qəzzada 34305 insan ölüb. xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin 202 gündür Qəzza zolağında həyata keçirdiyi hücumlarla bağlı məlumat verilib. İsrail ordusunun Qəzza zolağına son 24 saatda həyata keçirdiyi hücumlarda dah

25.04.2024 200
.

"Qırğızıstan prezidentinin Azərbaycana səfəri xalqlarımızın tarixi və mənəvi əlaqələrinin daha da möhkəmlənməsinə töhfəsini verəcək" -RƏY

Azərbaycanda dövlət səfərində olan Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gedib.Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar. Politoloq Elşən Manafo

25.04.2024 351