Satışdakı "Qax 3", "Yessentuki", "Borjomi", "Narzan" brendli

Satışdakı "Qax 3", "Yessentuki", "Borjomi", "Narzan" brendliBakı mağazalarında hətta məşhur brendlərin saxta variantını tapmaq mümkündür. Hamımızın bəlkə də gündə bulaq suyu deyərək bəh-bəhlə içdiyi bu sular heç də bulaq başından doldurulmur. Ekspertlər və tibb işçiləri isə həyəcan təbili çalır. Amma hələ ki, onların SOS siqnalı cavabsız qalıb.

BiG.AZ xəbər verir ki,modern.az bazardakı saxta bulaq sularını araşdırıb.

Yazımıza başlamazdan öncə onu deyək ki, qazlı içkilərin saxlanma müddəti 30 gündən 6 ay, diabetiklər üçün içkilər və süni mineral sular 15 gün, bütün növ düşes limonadları 20 gün, təbii mineral sular 4 ay-1 il, meyvə-giləmeyvə şirələri 1 il, qazlı içki konsentratları 2 il, meyvə nektarları ən çoxu 9 ay, feyxoa nektarı ən çox 6 ay saxlanıla bilər.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov ölkədə su bazarında böyük problemlərin yaşandığını deyir:

"Ölkədə olan hər brend suyun saxta variantı var. Lakin iyi, dadı, qoxusu olmadığından və məhsulların istehsalatdan ticarətə qədər irəliləmə mexanizmi açıqlanmadığından heç kəs təminat vermir ki, hansı partiya mal tənzimlənib, hansı partiya birbaşa krandan götürülüb. Ümumilikdə bazarın sular sektorunun mineral sular hissəsində daha çox xaos yaşanır. "Borjomi" suyu ölkədə süfrə suyu, hamının içə biləcəyi su kimi təqdim olunur. Amma bu, müalicəvi sudur. Bunu hamı içə bilməz. Bu su müəyyən xəstələrə zərərlidir. Sual olunur ki, tərkibi yalnız H2O-dan ibarət olan bir məhsulun litri 0,4 qəpikdən 8 manat arasındadır. Üzümü dövlət orqanlarına tutub deyirəm niyə həmin sular 8 manatadır. Axı bunun tərkibi də H2O-dur. İysiz, dadsız, qoxusuz bir şeydir. Nə var onun içində? Heç də təbii bulaq suyu təmiz su deyil. Bu tamamilə səhv düşüncədir. Bulaq suyu elə bir suxurlardan süzülüb gələ bilər ki, özü ilə qorxulu maddələr gətirə bilər. Ağıllı insan harda necə gəldi ağzını dirəyib bulaq suyu içməməlidir".

Birlik sədri onu da bildirdi ki, tərkibində minerallaşma milliqramdan artıq olan suların hamısı müalicəvi sulardır. Onun sözlərinə görə, bazara nəzər salanda görürük ki, bir bulaqdan gün ərzində satışda olan qədər su çıxmır.

""Slavyanka", "Damla" və s. sular o qədər yayılıb ki, heç bulaq bir gün ərzində bu qədər su istehsal etmək imkanı yoxdur. Bu yaxınlarda "Slavyanka" suyunu pəncərənin qabağına qoydum. Üç-dörd gündən sonra yaşıl rəngə çaldı. Bu o deməkdi ki, su filtirləşmədən keçməyib. Halbu ki, sular bulaqdan dolduranda və yaxud Bakıdan krantdan dolduranda təbiətin bu möcüzəsi eyni cür görünür. İstehlakçı bunu ayırd edə bilmir. Qısaca Azərbaycanda satılan hər bir brend suyun saxta variantı var. Bunu ayırmaq çox çətindir. İstehlakçılar yalnız suyu çaynikə töküb qaynada bilərlər. Əgər çaynikin dibində ərp, çöküntü yaranırsa, deməli filtirləşmədən keçməyib. Bulaq suyu da satışa çıxarılmamışdan öncə filtirləşmədən keçirilməlidir. Onda olan zərərli, qorxulu duzlar və maddələr butulkalara doldurulmamalıdır".

Su İstehsalçıları Birliyinin sədri Dövlət Məmmədov deyir ki, satışda həm keyfiyyətsiz, həmçinin də saxta sular satılır: "Bəzi suların üzərində bulaq suyu, yaxud mineral su olduğu qeyd olunur. Amma araşdırılsa, bu suların çoxunun adi krant suyu olduğu üzə çıxacaq. Məlum olacaq ki, hətta mineral adı ilə əhaliyə satılan suların çoxunun tərkibinə mineral suyun dadının verilməsi üçün xörək duzu, çay sodası və qaz vurulub. Məsələn, bu gün satışdakı "Qax 3", "Yessentuki", "Borjomi", "Narzan", "Evian" sularının çoxu saxtalaşdırılıb. Saxta sular əsasən şadlıq evlərində, restoran və kafelərdə satılır. Xarici ölkələrin su brendləri gizli sexlərdə istehsal edilir".

Tibb professoru Adil Qeybullanın fikrincə, suyun tərkibində nə qədər çirkləndiricilər varsa o qədər içməyə yararsız sayılır: "1 kubmetr suda 1-2 bağırsaq çöpünün olması normaldır, daha çox olarsa bu, artıq təhlükəli haldır. Xlorlaşdırılmamış və tərkibi təmizlənməmiş sulardan içmək üçün istifadə etmək olmaz. A. Qeybulla bildirdi ki, mağazalarda içməyə yararlı adı altında satılan suların bir çoxu saxtadır. Professorun sözlərinə görə, mineral və müalicəvi adı ilə satılan suların həmin mənbəyə heç bir aidiyyatı yoxdur. Məsələn, "Borjomi", "Sirab", "Badamlı" və başqa sular saxtadır: "Şüşələrdəki suların adını daşıdığı mənbə ilə heç bir əlaqəsi yoxdur. Bu cür saxta suların satışı Azərbaycanda geniş yayılıb. Qida təhlükəsizliyi baxımından bu məsələ ciddi şəkildə araşdırılmalıdır".

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin qidalanma gigiyenası şöbəsinin müdiri İmran Abdullayev deyir ki, suyun saxtalığını iddia edənlər həmin suların saxtalığı ilə bağlı ortaya fakt qoymalıdır. "Həmin sular minerallara görə müəyyən olunur. Təbiətdə yağış, qar olduqda dəyişikliklə ola bilər. Amma bu dəyişikliklər kəskin formada deyil. Həmin suların tərkibindəki maddələr minerallıq səviyyəsinə görə ölçülür. Bu sulara mineral adı müvafiq dövlət orqanlarının rəyindən sonra verilir".

Mərkəzin şöbə müdiri onu da bildirdi ki, bir bulağın bu qədər su istehsal etməsi bulağın sululuq miqdarından asılıdır. "Elə bulaq var ki, gün ərzində ordan 50-100 ton su çıxır. Elə bulaq da var ki, heç 5 ton da su çıxmır. Ona görə də bu barədə heç nə deyə bilmərəm. Bütün bunları görmədən heç nə demək olmaz. Bu ittihamların hamısı arqumentdir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3012   Tarix: 29 noyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Gəlir gəlsin, gəlmir, heç lazım da deyil" - Prezidentdən sərt xəbərdarlıq

"Hansısa səfirin Şuşaya gəlməsi bizə minnət kimi təqdim edilməməlidir. Gəlir gəlsin, gəlmir, heç lazım da deyil. Guya onların gəlib-gəlməməsi ilə nəsə dəyişir, heç nə dəyişmir". "Qafqazinfo" xəbər verir ki, bunu Prezident İlham Əliyev Şuşaya köçmüş ilk sakinlərlə görüşü zamanı deyib

10.05.2024 277
.

Vətəndaş 345 manatı ala BİLMƏYƏCƏK? İyulun 1-dən saatlıq minimum əməkhaqqına KEÇƏ BİLƏRİK

Azərbaycanda aylıq minimum əməkhaqqı saatlıq minimum əməkhaqqı ilə əvəz edilə bilər. Bu, Dünya Bankı Qrupunun "Business Ready" hesabatının "İşçi qüvvəsi" indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsind

10.05.2024 734
.

32 il əvvəl həyat yoldaşı tərəfindən tərk edilən Aybəniz Məsimova sosial müavinət ala bilmir - VİDEO

32 il əvvəl həyat yoldaşı tərəfindən tərk edilən Şəki rayonun Aşağı Kəldək sakini Aybəniz Məsimova sosial müavinət ala bilmir. Onun sözlərinə görə, həyat yoldaşından geri qalan nikah müqaviləsi sosial müavinət almaqda problem yaradır. "Ünvanlı sosial yardım üçün müraciət edəndə məndən sənədləri

10.05.2024 264
.

İlham Əliyev: "Bu gün Şuşanın yeni tarixi başlayır"

"Bu gün Şuşanın yeni tarixi başlayır. Mən 2020-ci il noyabrın 8-də xalqa müraciətimdə demişdim ki, biz Şuşanı dirçəldəcəyik. Bax, bu gün biz dirçəldilən Şuşanı görürük". AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşaya qayıdan ilk sakinlərə mənzillərini

10.05.2024 138
.

İranda parlament seçkilərinin ikinci turu keçirilir

İranda parlament seçkilərinin ikinci turu başlayıb. xəbər verir ki, İran parlamentində qalan 45 yer üçün ümumilikdə 90 namizəd mübarizə aparır. Martın 1-də keçirilən birinci turda namizədlərin mütləq səs çoxluğunu (50%-dən çox) ala bilməyən 22 seçki dairəsində təkrar seçkilər keçirilir. İslam İnqilabını

10.05.2024 115
.

Prezident: "Ermənistana verilən silahların kritik həddə çatmasını görsək, heç kim bizdən inciməsin"

"Bizim siyasətimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır. Əgər bu gün yenə də görsək ki, Ermənistanda revanşistlər baş qaldırır, Fransa Ermənistana öldürücü silahlar verir, o silahların kritik həddə çatmasını görsək, onda bizdən heç kim inciməsin". AZƏRTAC xəbər verir ki, bu sözləri Preziden

10.05.2024 156
.

Nigeriyada "Lassa" epidemiyası 4 ayda 156 can aldı

Nigeriyada Lassa qızdırması səbəbindən 4 ayda ölənlərin sayı artıb. BİG.AZ xəbər verir ki, xəstəlik nəticəsində 156 nəfər ölüb. Lassa qızdırması heyvandan insana ötürülür və ölümlə nəticələnə bilər. Bu barədə Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzi məlumat yayıb. Məlumata görə, Lassa qızdırmasının yayılmas

10.05.2024 79
.

Rusiya:"Donetskdə Novokalinovo qəsəbəsini nəzarətə götürdük"

Rusiya Müdafiə Nazirliyi Donetsk vilayətində Novokalinovo qəsəbəsini nəzarətə götürdüklərini bildirib. xəbər verir ki, Ukraynaya hücumun həyata keçirildiyi və bu hücumların Ukraynanın enerji obyektlərini, hərbi sənaye müəssisələrini və dəmir yolu infrastrukturunu hədəf aldığı bildirilib. Açıqlamada bildirili

10.05.2024 128
.

Yanacaq təmin edilməzsə, Qəzzada son xəstəxana 48 saat ərzində xidmətdən çıxacaq"

Qəzza zolağında xidmət edən son xəstəxana olan Deyr əl-Belah şəhərindəki Əqsa Şəhidləri Xəstəxanasının yanacaq çatışmazlığı səbəbindən 48 saat ərzində xidmətdən çıxacağı açıqlanıb. xəbər verir ki, İsrailin intensiv hücumlarına məruz qalan və humanitar yardım axınının dayandığı Qəzza zolağında Əl-Əqs

10.05.2024 153