Avropanın ən gözəl şəhəri seçildi - FOTO

Bu, modern üslubu və YUNESKO-nun dünyanın mədəni irsi siyahısındakı Köhnə şəhəri xüsusilə böyük maraq kəsb edən Riqadır.

Riqa Avropanın ən gözəl şəhəri seçilib. ABŞ-ın nəhəng nəşrlərindən sayılan "USA Today" tərtib etdiyi reytinqdə Avropanın ən gözəl şəhərləri arasında birinciliyi Latviya paytaxtına verib.

Ümumilikdə, müsabiqədə 20 Avropa şəhəri iştirak edib. Onlar arasında Budapeşt, Kopenhagen, Florensiya, İnsbruk, Paris, London, Valensiya, Strasburq, Praqa, Venesiya və Dubrovnik kimi şəhərlər olub.

Bundan əvvəl Riqa "Avropanın mədəniyyət paytaxtı" nominasiyasında Avropanın 10 şəhəri sırasında 4-cü yerə layiq görülmüşdi. Dünyanın iri turizm nəşrlərindən hesab edilən "Lonely Planet"-in versiyasına əsasən, məhz bu 10 şəhəri 2014-cü ildə səyahət edərkən ziyarət etmək məsləhət olunur. Nəşrin ekspertləri Riqada şəhər memarlığını, eləcə də kafe və restoranlar şəbəkəsinin inkişafını qeyd ediblər.

2010-cu ildə Avropa Birliyi ölkələrinin təhsil və mədəniyyət nazirləri Riqanı 2014-cü il Avropanın mədəniyyət paytaxtı qismində təsdiq ediblər. İkinci mədəniyyət paytaxtı isə İsveçin Umeo şəhəri olub.

Riqa artıq bu layihəyə hazırlıq işlərini fəal şəkildə görməkdədir. Tədbirlər proqramına gələn il Latviyanın paytaxtında keçirilməsi nəzərdə tutulan 200-dən artıq sərgi, konsert, festival və digər mədəni hadisələr daxil edilib. Tədbirlərin ümumi büdcəsi 34 mln ABŞ dolları təşkil edəcək.

Avropanın ən gözəl şəhəri seçildi - FOTOAvropanın ən gözəl şəhəri seçildi - FOTOAvropanın ən gözəl şəhəri seçildi - FOTOAvropanın ən gözəl şəhəri seçildi - FOTOAvropanın ən gözəl şəhəri seçildi - FOTOAvropanın ən gözəl şəhəri seçildi - FOTOAvropanın ən gözəl şəhəri seçildi - FOTOAvropanın ən gözəl şəhəri seçildi - FOTOAvropanın ən gözəl şəhəri seçildi - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Foto   Baxılıb: 8374   Tarix: 27 noyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti