Şahmat haqqında maraqlı faktlar

BiG.AZ Banker.az-a istinadən bu məqalədə biz sizə şahmat ilə bağlı ən maraqlı faktları təqdim edəcəyik. Məhs bu faktlar şahmat oyunun bütün dünyada bu qədər məşhur edib.

Olimpiya oyunlarında şahmat təşkilatının açıqlamasına əsasən, dünyada 605 milyon insan şahmat oynaya bilir.
Şahmatın tarixi
Şahmat haqqında maraqlı faktlarŞahmatın uzun və çox maraqlı bir tarixi var. Deyilənə görə, bu oyun Hindistanda Quptun hakimiyyət dövründə yaranıb, qərbdə isə yalnız 9-cu əsrdə əmələ gəlib. Təbii ki, şahmat oyunu özü dəyişiliklərə məruz qalmışdı və bügünkü tanıdığımız şahmat oyununa gəlib çıxmışdı. Məsələn, piyadaların başlanğıc mövqeyindən 2 dama gedişi 1280-ci ildə İspaniyada tətbiq olunmuşdu. Piyadanı ata, filə, topa və vəzirə çevirmək olar. Əvvəllər isə bu mümkün deyildi.
Uzun və qısa oyunlar
Şahmat haqqında maraqlı faktlarƏn qısa oyunda bu cür gedişlər var: 1. F3 e5 2. G4 Qh4 . Bu partiya Ağılsız partiya adı ilə tanınır. Şahmat üzrə ən uzun turnir 269 gedişdən ibarət idi, o 20 saat və 15 dəqiqə davam etmişdi və heç- heçə ilə bitmişdi.
Enerjili vəzir
Şahmat haqqında maraqlı faktlarBütün tarix boyu vəzir çox saylı dəyişiliklərə məruz qalmışdı. Əvvəl o, diaqonal üzrə yalnız 2 dama gedə bilirdi, sonra isə fil kimi getməyə başladı. İndi isə, xoşbəxtlikdən, vəzir diaqonal üzrə, üfüqi və şaquli gedə bilir.
Bəs siz gözübağlı şahmat oynaya bilərsinizmi?
Şahmat haqqında maraqlı faktlarGözübağlı oynamaq qeyri-adi bir istedaddır və bu istedada yalnız təcrübəli oyunçular malikdirlər. Təbii ki, bu cür oyun oyunçunun öz beynində özünə oyun lövhəsini təsəvvür etməsini tələb edir. 1960-cı ildə macar Yanuş Feş tərəfindən rekord qoyulmuşdu. O, eyni zamanda 52 rəqibə qarşı 31 partiya oynamışdı.
Sonsuz imkanlar
Şahmat haqqında maraqlı faktlarÜç gedişdən sonra hər tərəfin 9 milyon növbəti gediş variantları olur. Ona görə eyni mövqelərdən çəkinmək lazım deyil, oyun zamanı daim düşünmək lazımdır.
Başlanğıc nəzəriyyəsini istəyirsiniz?
Şahmat haqqında maraqlı faktlarBaşlanğıc nəzəriyyəsi şahmatda sonsuz imkanlarla birgə gedir. Partiyanı açan gediş seriyasını başlanğıc adlandırırlar. 1000-dən çox müxtəlif başlanğıc mövcuddur.
Şahmat variantlarının yaranması və şahboks
Şahmat haqqında maraqlı faktlarŞahmat variantlarının bazarının geniş və müxtəlif olması təəcüblü deyil. Şahmat fiqurlarını, lövhəsini və s. dəyişən bir sıra oyunlar mövcuddur. Hətta iki lövhəni bir birinin yanında qoyaraq isveç şahmatı oynamaq olar. Bu oyunda siz rəqibin lövhəsindən fiquru götürüb onu digər lövhədə oynayan partnyora verə bilərsiniz. Şahboks nisbətən yeni bir oyundur. Bu oyunda şahmat və boks birləşdirilib.
Kompüter şahmatları
Şahmat haqqında maraqlı faktlarBugünkü gündə bu oyunun vacib hissəsidir. Bütün dünyada məşhur olan şahmat üzrə dünya çempionu Harri Kasparov 1997-ci ildə kompüterə 6 partiya uduzmuşdu. Dələduzluq haqqında şayiələrə baxmayaraq, bu hadisə bütün şahmat cəmiyyəti üçün şok olmuşdu. 2006-cı ildə dünya çempionu Vladimir Kramnik həmçinin kompüterə uduzmuşdu. Bu kompüter şahmatlarının nə qədər güclü olduğunu göstərir. Bügünkü gündə bu proqramlardan təkmilləşmək istəyən bütün şahmat oyunçuları istifadə edə bilərlər. Adətən bu proqramlar qrossmeyster dərəcəsinə sahib olurlar.
Şahmatlar və sizin beyniniz
Şahmat haqqında maraqlı faktlarPsixoloqlar şahmatları insan yaddaşının gücləndirilməsinin ən məhsuldar üsulu hesab edirlər. Həmçinin beyinə çətin misalların həll ediləməsini həvalə edərək və ideyaları düşünərək Alzeymer xəstəliyi ilə mübarizə aparmaq olar. Məhz şahmatın cavan orqanizmlərə təsirini nəzərə alaraq məktəblərdə şahmat dərnəkləri açılmışdı.
Şahmat avtomatı Turok
Şahmat haqqında maraqlı faktlarTurok şahmat maşınıdır. Hər hada insanlar belə hesab edirlər. Əslində isə bu maşının içində həqiqi güclü şahmat oyunçusu var idi. Avtomat yanıb xarab olandan sonra onun sirri açılır. Turok isə şahmatın maraqlı tarixinin eksponatlarından birinə çevrilir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 8199   Tarix: 24 noyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Endirimi kassaya qədər olan mağazalar - ARAŞDIRMA + VİDEO

Endirim, yoxsa müştəri cəlb etmək üsulu?. xəbər verir ki, əksər mağazalarda endirim adı altında qoyulan məhsullar elə endirimsiz qiymətinə satılır. Belə hallarla rastlaşan sakinlərin sözlərinə görə, çox vaxt kassada bununla bağlı problem yaşayırlar. Ekspertlər də təsdiqləyir, xüsusilə paytaxt Bakıd

14.04.2024 488
.

İnsanlar ilk dəfə marallar arasında yayılan "zombi" xəstəliyinin qurbanı oldular

Amerikalı həkimlər ilk dəfə maralları "zombi"yə çevirən xroniki prion xəstəliyinin (CWD) qurbanı olduğu güman edilən iki nəfəri müəyyən ediblər. Onlar öz fərziyyələrini "Neurology" elmi jurnalında açıqlayıblar. Hər iki hal 2022-ci ildə qeydə alınıb. Qurbanlardan biri dəfələrlə CWD-ni

20.04.2024 298
.

Boşanmalar artır: Əsas səbəblər nələrdir? - VİDEO

Azərbaycanda bu ilin ilk ayında 1700-dən çox nikah pozulub. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin müvafiq ayı ilə müqayisədə qurulan ailələrin sayı azalıb, boşanmaların sayı isə çoxalıb. Bəs bu tendensiyanın əsas səbəbəri nələrdir?. Vəkil-mediator Qasım Şaliyevin sözlərinə görə, işlər

14.04.2024 306
.

Dünyanın ən böyük ağcaqanadı

Dünyanın ən böyük ağcaqanadının bir nümunəsi (bu böcək növləri arasında) Sıçuan əyalətinin Çendu şəhərindəki Qərbi Çin Həşərat Muzeyində saxlanılır. xarici mətbuata istinadən xəbər verir ki, 2018-ci ildə Ginnesin Rekordlar Kitabına düşüb. Ağcaqanad Holorusia Mikado növünə aiddir. Onun qanadlarının uzunluğ

20.04.2024 398
.

Oxumaq, yoxsa dinləmək? - Hansı daha faydalıdır?

Belə bir fikir var ki, oxumaq dinləməkdən daha faydalıdır. Amma əhalinin bir hissəsi kitab oxumaqla onu dinləmək arasında fərq görmür. -ın xarici mediaya istinadən xəbərinə görə, Kaliforniya Universitetinin tədqiqatçıları bu məsələni araşdırıblar. Araşdırmaya görə, dinləmək insanı real vaxtda anlam

14.04.2024 254
.

"Vaxtımız azdır, qlobal istiləşmənin qarşısını almaqdan ötrü..." - Maskdan HƏYƏCAN TƏBİLİ

"Bəşəriyyətin dayanıqlı enerjiyə keçməsi üçün çox da vaxtı qalmayıb". Bunu ABŞ-li milyarder və sahibkar İlon Mask "X" sosial şəbəkəsində bildirib. O, bəşəriyyətin qlobal istiləşmənin ciddi nəticələrinin qarşısını almaqdan ötrü tədbirlər görmək üçün cəmi bir neçə ilinin qaldığını söyləyib

14.04.2024 260
.

Yağlı mətbəx dolabların parladacaq üsul

Mətbəxlərdəki dolabı yemək bişirərkən ən çox çirklənən yerlər sırasındadır. Yağ sıçramalarını təmizləmək gecikdirildikdə daha çətinləşə bilər. Mətbəx dolabını parıldadacaq üsulu izah edirik:. Bit qabyuyan kapsulun üzərinə bir litr qaynar su tökün. Kapsul həll olunana qədər qarışdırın. Mətbəx dolabların

14.04.2024 515
.

13 il əvvəl yoxa çıxan 14 yaşlı qız gözlənilmədən evə qayıtdı

2010-cu il oktyabrın 20-də ABŞ-ın Texas ştatının Amarillo şəhərciyində itkin düşən 14 yaşlı Cessika Delqadillo qəflətən evə qayıdıb. -ın xarici mediaya istinadən verdiyi xəbərə görə, o, 13 il əvvəl məktəbə gedib və bir daha geri qayıtmayıb. Valideynlər dərhal polisə müraciət etsələr də, axtarışlar he

21.04.2024 750
.

Alimlərdən 18-ci əsrə aid UNİKAL TAPINTI

Lüdvik Hirşfeld İmmunologiya və Eksperimental Terapiya İnstitutundan olan antropoloqlar 18-ci əsrə aid bir məzarda damaq yarığını düzəltmək üçün ilk növ protez tapıblar. Yarıq damaq, həmçinin canavarağız və ya dovşandodaq kimi tanınan, üz-çənə nahiyəsinin funksional pozğunluğu ilə müşayiət edilən nadi

14.04.2024 332