Dünyanın bahalı idman meydançaları

BiG.AZ Banker.az-a istinadən xəbər verir ki, Dünyada ən çox xərc çəkilərək tikilən meydanlara aşağıdakılar aid edilir:

10. "Lukas Oyl" (İndianapolis, ABŞ)
Dünyanın bahalı idman meydançalarıTikilib: 2008

Tamaşaçı tutumu: 66000

Dəyər: 675 Milyon dollar

Çoxfunksiyalı "Lukas Oyl" stadionu NFL İndianapolis Kolts komandasının ev oyunlarının və həmçinin digər idman yarışlarının keçirilməsi məqsədi ilə tikilib.

Maraqlı fakt. 2009-cu ilin noyabr ayında yerli kanallardan biri stadionda genetik normalara riayət edilməsində ciddi qanun pozuntusu, o cümlədən siçan ifrazatı və qida saxlanması üçün birdəfəlik istifadə olunan konteynerlər aşkarlamışdır.
9. "Safeko Fild" (Sietl, ABŞ)Dünyanın bahalı idman meydançalarıTikilib: 1999

Tamaşaçı tutumu: 66000

Dəyər: 714 Milyon dollar

Arena məxsusi olaraq Sietl Mariners beysbol komandası üçün tikilib. Bu haqda qərar 1995-ci ildə alınsa da, inşaata 1997-ci ildə başlanıb.

Maraqlı fakt. Əgər oyun bağlı tavan altında baş tutursa, oyunun gedişi ərzində tavan açıla bilər. Bununla bağlı hökmü hakim çıxarır, bununla yanaşı qaydalara əsasən, tavanlar oyun ərzində yalnız bir dəfə açıla bilər.
8. "Emireyts" (London, Böyük Britaniya)Dünyanın bahalı idman meydançalarıTikilib: 2006

Tamaşaçı tutumu: 60000

Dəyər: 770 Milyon dollar

Müasir dövrün ən qabaqcıl və bahalı futbol stadionlarından biri Londonun "Arsenal" klubunun ev oyunlarının keçirildiyi yer qismində çıxış edir. Həmçinin milli yığmanın yoldaşlıq yarışlarının, digər matçların və konsertlərin keçirilməsi üçün icarəyə verilir.

Maraqlı fakt. 2009-ci ildə Emireytsdə Qordon Braun və Nikolya Sarkozinin görüşləri baş tutdu, onlar stadionu ingilis-fransız əməkdaşlığının parlaq nümunəsi adlandırır və Arsenalın baş məşqçisi Arsen Venqerə işarə edirlər.
7. "Rocers mərkəz " (Toronto , Kanada)Dünyanın bahalı idman meydançalarıTikilib: 1989

Tamaşaçı tutumu: 50000

Dəyər: 930 Milyon dollar

Stadion Kanadanın Toronto Arqonavts və Toronto Blu-Ceys beysbol komandalarının ev oyunlarını keçirdiyi əsas meydançadır.

Maraqlı fakt. "Rocers mərkəzi" hərəkətli dam örtüyünə malik ilk stadion sayılır, bu dam örtükləri 20 dəqiqə ərzində açılıb-bağlana bilir.
6. "Stad de Frans" (Sen-Deni, Fransa)Dünyanın bahalı idman meydançalarıTikilib: 1998

Tamaşaçı tutumu: 80 000

Dəyər: 974 milyon dollar

Məxsusi olaraq 1998-ci il Dünya Çempionatı üçün tikilmiş stadionda hal-hazırda kubok finalları, yığma komandanın oyunları, avtomobil və motosiklet yarışları, həmçinin müxtəlif digər müsabiqələr keçirilir.

Maraqlı fakt. Fransanın keçmiş prezidenti Nikolya Sarkozi ildə ən azı iki dəfə bu stadiona baş çəkirdi: futbol və reqbi üzrə Fransa kubokunun final oyunları zamanı.
5. "Medison-Skver-Qarden" (Nyu-York, ABŞ)Dünyanın bahalı idman meydançalarıTikilib: 1968

Tamaşaçı tutumu: 18000

Dəyər: 1,1 milyard dollar

Əfsanəvi idman kompleksi Reyncers xokkey komandasının və Niks - basketbol klubunun ev oyunlarını keçirdiyi məkandır. Bundan əlavə burada müxtəlif matçlar, bütün ulduzların konsertləri , boks görüşmələri və s tədbirlər keçirilir.

Maraqlı fakt. Layihənin memarı, "Pepsodent" kompaniyasının prezidenti Çarls Lakman bir dəfə öz uğur sirrini izah edir: "Mən artıq çoxdandır ki, özümdə səhər erkən saat 5-də yuxudan ayılmaq vərdişi yaratmışam, çünki bu zaman beynim heç olmadığı qədər yaxşı işləyir – onda mən daha yaxşı düşünür və öz günümü daha yaxşı planlaşdırıram, planlaşdırmada isə həmişə işləri əhəmiyyətlilik sırasına uyğun düzürəm".
4. Stadion "Zenit" (Sankt-Peterburq, Rusiya)Dünyanın bahalı idman meydançalarıTamaşaçı tutumu: 69,501

Tikilib: 2012

Dəyər: 1,1 milyard dollar

Zenit stadionu 2018-ci il dünya çempionatına ev sahibliyi etmək məqsədi ilə tikilib. Stadionun açılışı bir neçə dəfə təxirə salınıb. Onun ən bahalı futbol stadionu olacağı iddia edilirdi.

Maraqlı fakt. Tikilməkdə olan idman meydançasında ilk oyun hələ 2009-cu ildə baş tutub. Təchizatçılar və sifarişçilərin komandası isə subpodratçılar arasında baş tutan oyun birincilərin digəri üzərində 3:0 hesablı qələbəsi ilə nəticələnib.
3. "Kovboys Stedium" (Arlinqton, ABŞ)Dünyanın bahalı idman meydançalarıTikilib: 2009

Tamaşaçı tutumu: 80000

Dəyər: 1,3 milyard dollar

Dünyanın ən məşhur qapalı stadionu məxsusi olaraq NFL Dallas Kovboys komandası üçün tikilib.

Maraqlı fakt. Stadionda yerləşdirilən iki tərəfli, rəngli və nəhəng ölçülü, kod adı Jerry-Tron olan iri ekran Ginnesin rekordlar kitabına ən böyük ekran kimi daxil olub.
2. "Olimpiya Stadionu" (Monreal, Kanada)Dünyanın bahalı idman meydançalarıTikilib: 1976

Tamaşaçı tutumu: 60000

Dəyər: 1,4 milyard dollar

The Big ləqəbli stadion 1976-ci il yay olimpiya oyunlarına ev sahibliyi etmək üçün tikilib. İndi isə orada beysbol və amerikan futbolu üzrə yarışlar həyata keçirilir.

Maraqlı fakt. 1976-ci ildə Olimpiada da ADR-in Polşaya qalib gəldiyi futbol üzrə final oyununu izləməyə 72 000 insan gəlmişdi. Kanada da bu futbol rekordunu hələ də qırmaq mümkün olmayıb.
1. "Uembli" (London, Böyük Britaniya)Dünyanın bahalı idman meydançalarıTikilib: 1923 (tam təmirin başa çatması– 2007)

Tamaşaçı tutumu: 90000

Dəyər: 1,5 milyard dolalar

İngiltərə yığması ev oyunlarını bu stadionda keçirir. Bundan əlavə stadionda müxtəlif yarışlar, kubok finalları, reqbi matçları və konsertlər keçirilir.

Maraqlı fakt. Yeni "Uembli"nin memarı Norman Foster həmçinin Puşkin muzeyinin bərpası ilə məşğul olub və Büllur ada layihəsini tərtib edib ki, bunun da insan tutumuna görə dünyada ən böyük bina olacağı gözlənilir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 5583   Tarix: 12 noyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168