Prezidentin qızını niyə vururlar?

Prezidentin qızını niyə vururlar?Özbəkistan prezidenti İslam Karimovdan az qala özündən də populyar olan böyük qızı Gülnarə Karimovanın işləri bu aralar heç də yaxşı getmir.

AVROPADAKI PROBLEMLƏRİ

10 ildir həm Özbəkistan, həm də xaricdə yetərincə fəal olan 41 yaşlı Karimovanın öncə Fransa və İsveçrədəki ofislərində axtarış aparılıb. Onun bəzi yardımçıları pul yigmada ittiham olunaraq istintaqa cəlb edilib. G.Karimovanın özünə qarşı də rüşvət və pulyığma ittihamları var. Eyni vaxtda Karimova Özbəkistanın Cenevrədəki səfiri statusunu da itirdi və diplomatik toxunulmazlığı qaldırıldı.İndi isə Karimovanın Özbəkistandakı şirkətləri və iş gördükləri adamlara qarşı kampaniya gedir.

Onun nəhəng "Terra Group" adlı media holdinginin hesabları dondurulub. İnfinbankdan "Azadlıq Radiosu"na hesabların maliyyə pozuntuları istintaqı üzündən dondurulduğunu təsdiqləyiblər. "Terra Grup"un özündən isə bildiriblər ki, ümumiyyətlə onların maliyyə idarəsi "möhürlənib", şirkət bağlanıb.

Ötən həfə Karimovanın 3 radio və 4 televiziya kanalı efirdən itib. Karimova özü sosial mediada faktı belə izah edib ki, nə qədər səfeh görünsə də, Dövlət Media Agentliyi onun kanallarında 12 fıərqli pozuntu aşkarlayıb və yayımdan çıxarıblar.

Karimovanın Araşdırma mərkəzi və Xeyriyyə fondu ilə bağlı da vergidən yayınma maddələri üzrə yoxlamalar başlanıb.

GÜLNARƏNIN YAXINLARININ HƏBSİ

Gülnarənın qohumu və biznes tərəfdaşı olan neft baronu Əkbərəli Abdullayev Dubaydan qayıdan kimi həbs edilib, onu reketçiliklə məşğul olan cinayətkar dəstə yaratmaqda ittiham edirlər. Gulnaranın layihələrinə rəhbərlik edən Gayane Avakyan isə ev həbsindədir.

Bütün bunların baş verdiyi zaman isə onun atası İ.Karimovun heç bir açıqlaması yoxdur. Sovetlər dönəmindn ölkəyə rəhbərlik edən və hətta siyasi rəqiblərini canlı-canlı qaynatmaqla işgəncə verməkdə də ara-sıra ittiham olunan Karimovun susqunluğunu hərə bir cür izah edir.

PREZİDENTİN QIZINI KİMLƏR VURUR?

BiG.AZ xəbər verir ki, Özbəkistanlı şərhçi Daniil Kislov "Economist"ə deyib ki, çox güman ki, Gülnarəyə qarşı Avropada başlanan istintaqlar üzündən prezident onu özündən uzaqlaşdırmaq və artıq şıltaqlıqlarına göz yummamağı qərara alıb.

Ancaq "Times" jurnalı yazır ki, ola bilsin ki, Karimovun ətrafındakıla nüfuzlu şəxslər özləri Gülnarənin hakimiyyətə gəlmək ambisiyalarını gilovlamaq üçün ona qarşı hücuma keçiblər. Bunlardan biri Baş nazirin müavini Rüstəm Əzimov ola bilər. Gülnarə onu bir neçə dəfə korrupsiyada ittiham edən bəyanatlar vermişdi. G. Karimovanın Özbəkstanda hər şeyi nəzarətə almaq cəhdlərindən bezən digər bir plan isə gizli-polisin rəhbəri Rüstəm İnayətov və baş nazir Şövkət Mirzəyev ola bilər.

2010-cu ildə Alman "Şpigel(Der Speigel)" jurnalı G. Karimovanın 570 milyon dollar olduğunu yazmışdı. "Vikiliks"-də açıqlanan ABŞ diplomatik yazışmalarında isə Kərimova haqda "oğruların baronu" və "Özbəkistanda ən çox nifrət edilən şəxs" kimi söz açılırdı.

Hətta doğma kiçik bacısı Lola Karimova da oktyabrda BBC-yə verdiyi müsahibədə Gülnarə və elədikləriylə heç bir əlaqəsi olmadığını bildirib ondan üz döndərmişdi. Bundan sonrasa Gülnarə bacısını da sosial mediada biyabır eləmişdi. Gülnarə öz anasını da sosial mediada satanist rituallar icra etməkdə ittiham eləyirdi. Onun sevgilisi Rüstəm Mədumərov isə çoxdandır ki, yoxa çıxıb, bəziləri Özbəkistandan qaçdığını düşünür.

GÜLNARƏ PREZİDENTİN VARİSİ OLACAQMI?

Qərb mediasındakı şərhçilər düşünür ki, indi Gülnarəyə qarşı aparılan kampaniya birbaşa olaraq 2015-ci ilin yanvarına nəzərdə tutulan prezident seçkiləri ilə də bağlı olar. Çünki indi 75 yaşı olan İslam Kərimovun səhhəti ilə bağlı mübahisəli məlumatlar gəlir və Gülnarə da nə vaxtsa prezidentin varisi olmaq ambisiyalarını heç vaxt gizlətməyib. "Times" yazır ki, çox ola bilsin ki, indi də məhz İslam Kərimovun ətrafında olan digər qüvvələr bu üzdən pis şöhrət toplamış Kərimovanı hər ehtimala qarşı zəiflətmək qərarına gəlilbər


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 5856   Tarix: 06 noyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018