"Nigar onu "peşka" yerinə qoyacaq" - Qalmaqal

"Nigar onu "peşka" yerinə qoyacaq" - Qalmaqal"Hamı bilir ki, o Nigar hansı yuvanın quşudur"

Dünən tanınmış stilist Nigar İbrahimova Ruslan Musayev adlı şəxslə "Hollivud" şadlıq evində təntənəli surətdə nikaha girib. Məlum olub ki, təzə bəy bir dəfə nişanlı, bir dəfə isə evli olub və hazırda iki uşaq atasıdır. BiG.AZ mediainfo.az saytına istinadən onun birinci arvadı Samirənin verdiyi müsahibəni təqdim edir:

- Samirə xanım siz Musayev Ruslanla nə vaxt ailə qurmuşdunuz?

- "Neon" restoranında təmtəraqlı nişanımızdan sonra 2007-ci ildə "Yeganə" şadlıq sarayında toyumuz oldu. 2008-ci ilin iyun ayının 13-ü Nuray, 2010-cu ilin oktyabrında isə Ayan adlı qızlarımız dünyaya göz açdı. Bizim münasibətlərimiz çox yaxşı idi. Doğrudur, Ruslanın həyatında qadınlar çox olurdu, mübahisələrimiz də bunun üstündə baş verirdi. Amma hər şey qaydasına düşürdü. Bu Nigar ortaya çıxandan sonra gərginlik artdı ailəmizdə. Bu başladı evə gəlməməyə. Yavaş-yavaş ailədən, uşaqlarından soyumağa başladı. Beləliklə, bu il sentyabrın 17-də rəsmən boşandıq. Ruslan tələsirdi elə bil. Tez ayrılmaq istəyirdi. Adətən məhkəmə hər iki tərəfə vaxt verir ki, gedin fikirləşin, bəlkə tərəflər arasında razılıq əldə olundu deyə. Amma bizim məhkəmə satın alınmışdı, nə vaxt verdilər, nə də bir şey. Tələsik ayrılmağımız haqda qərar verdilər. Heç Ruslan özü də gəlib çıxmadı məhkəməyə.

- Hansı rayonun məhkəməsinin qərarı ilə boşandınız?

- Nərimanov Rayon Məhkəməsinin.

- Bəs boşanmaya səbəb kimi nə gətirildi?

- Nə gətirəcək? "Münasibətlərimiz düz gəlmir". Kişilərin bəhanəsi. Hamıya şamil eləmirəm.

- Sizə təzminat olaraq nəsə verildi – mənzilmi, zinət əşyasımı?

- Yox, yox, mənzil onsuz da yox idi, imkansız ailə idilər, qayınatamın evində yaşayırdıq. Avqust ayından ərizə vermişik boşanmaq üçün. O vaxtdan bəri bir qəpik də olsun aliment verməyib. Darısqallıq olsa da belə, dözürdüm. İki balamı düşünürdüm. Qayınatam da "Gənclik"də ona-buna yük daşıyır, alın təri ilə pul qazanır. Bir az qızıllarım var idi, onları da aldı əlimdən Ruslan. Çox şeylər var, danışmaq istəmirəm sadəcə... Dilimə gətirməyi özümə sığışdırmıram.

- Ruslan hardasa işləyirdi?

- Uzun müddət işləmədi. Hazırkı işi var ha, ora da biz düzəltmişik onu – mənim ailəm, qardaşım. Tikintidə "otdelkadr"dır.

- Keçmiş əriniz Nigar İbrahimova ilə necə tanış olub?

- Bilirsiniz, bu çoxdankı tanışlıqdır. Məndən də əvvəlki, hətta Ruslan birinci dəfə nişanlı olanda bu Nigarla tanış imiş. Birinci nişanlısı Vəfa ilə ayrılmasının da səbəbkarı Nigar olub. Zənglər edərək o qızın əsəblərini korlayıb. Elə faktlar var ki, açıqlaya bilmirəm, Bilirsiniz, böyük adamların adları hallanır, başa düşürsünüz? Bunu hamı bilir. Hamı bilir ki, o Nigar hansı yuvanın quşudur. Bir dəfə biz bulvarda hava alırdıq. Onda mən ikinci qızıma hamilə idim. Nigarın "İnfiniti"si var idi onda. Gəlib bulvarda düşdü, yanında da bir oğlan vardı. Ruslan onları görəndə qayıdıb dedi ki, siz də məni bağışlayın, buna bax, bu vaxt var idi mənimlə gəzirdi, indi dostumla gəzir. İndi həmin adamı özünə arvad edən də bu Ruslandır.

- Düşünürsünüz ki, sizdən ayrılan keçmiş əriniz Nigar İbrahimova ilə maddi marağa görə evlənib?

- Əlbəttə. O alfonsdur. Məndən də çox istifadə elədi. O, Nigarı puluna görə aldı. Ümumiyyətlə, Ruslangilin durumu çox zəifdir.

- Samirə xanım, fikrinizdən belə çıxır ki, Nigar İbrahimova Ruslanın ailəli, hətta iki qız atası olduğunu əvvəlcədən bilirmiş?

- Əlbəttə. Bizi Nigar ayırdı. Ailəmi o dağıtdı. Nigar bilirdi ki, Ruslan ailəlidir, arvad-uşağı var, amma onunla yenə də gəzməkdə davam edirdi. Hələ bu azmış kimi, Ruslanla bərabər qohumlarının evlərinə də gedirdi. Bax o belə tərbiyəsiz qadın olub. Onu el-aləm tanıyır, təkcə mən tanımıram ki. Ay başına dönüm, nooldu bu qədər tanınmışlar evləndi, amma bu qədər abardılmadı. Nigar niyə belə abartdı hər şeyi?

- Bəlkə elə bu ayrılıq yaxşılığa doğru imiş?

- Allaha min şükür. Bilirsiniz, mən heç də yanmıram. Bizim nəsildə boşanan olmayıb. Olsa da, nə boşanan qadın ərə gedib, nə də arvadı ölən kişisi yenidən evlənib. Uşaqlara görə narahatam. Nuray uşaqdır, heç nə başa düşmür, amma Ayan hər şeyi anlayır. Sizinlə bir jurnalist kimi yox, bir qadın kimi danışıram. Boşanmaq ayıb deyil. Amma hər şeyin bu dərəcədə olması uşaqlara həddindən çox mənfi təsir göstərir. Balaca qızım tez-tez atasını xəbər alır... Bilmirəm ona nə cavab verim. Hər atası haqda danışanda mən Ruslanın yerinə xəcalət çəkirəm, inanın Allaha, elə bilirəm ki, bu iyrənc əməli mən tutmuşam... Ancaq inanın ki, bu, belə davam etməyəcək. Nigar onun dalından elə təpik vursun ki... Alfonsdur da. Nigarla puluna görə evlənib. O Nigarın müsahibələrini oxuyun, deyir ki, 7-8 aydır birlikdəyik. Biz sentyabrın 17-də boşanmışıq. Necə olur bəs bu? Deməli, Ruslan ailəli ola-ola görüşürdülər.

- Ruslan boşanana kimi sizinlə bərabər yaşayırdı?

- Bəli. Bizimlə də qalırdı, gəlib-gedirdi də. Mən anamgilə gəlib-gedirdim, şəraitsiz idi qayınatamın evi.

- Harda yaşayırdınız?

- Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində.

- Özünüz hardasa işləyirsiniz?

- Xeyr, psixologiyanı bitirmişəm, amma heç yerdə işləməmişəm.

- Bundan sonrakı həyatınızı necə qurmağı planlaşdırırsınız? Çətin olar iki uşaqla sizə. Amma alimenti tələb etmək hüququnuzdan istifadə edə bilərsiniz.

- Əlbəttə istifadə edəcəyəm. Ona mesaj yazdım ki, ay alçaq, bu nə iş idi gördün? Yaxşı kişi o mesajları qəbul etməzdi, amma Ruslan etdi. El içində necə gəzəcək? Bu şəhərdə on nəfərdən beşi Nigardan danışır. İki nəfəri makiyaj edir deyə, ayıblarını pulla örtəcəyini düşünür? Mənim ailəmi dağıtdı o Nigar. Yuva yıxanın yuvası olmaz.

- Sabiq ərinizin uşaqlarla görüşünə imkan verəcəksinizmi?

- Mən o tərbiyəsizin yanına qızlarımı buraxa bilmərəm. O cür tərbiyəsizdən nə götürəcəklər? Bu, belə davam etməyəcək. Nigar onu "peşka" yerinə qoyacaq. Deyəcək, dur, bu da məcburiyyət qarşısında duracaq, deyəcək, otur, o da oturacaq. Nigar ona toydan sonra maşın alacağına da söz verib. Mən hər şeyi Allaha həvalə eləmişəm. Onu da deyim ki, Ruslanın bacısı bizim toyda geyindiyi paltarı qardaşının ikinci toyunda da geyinib. Elə bil əhd eləyib ki, bu paltarı qardaşımın toylarında geyinəcəm.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 9100   Tarix: 01 noyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040