Sevdiyin insanı ölçülü sev

Sevdiyin insanı ölçülü sevBiG.AZ Publika.az-a istinadən xəbər verir ki, Sevgi və məhəbbət insan mahiyyətinin çox vacib bir cəhəti, əhəmiyyətli bir dərinliyidir. Hətta ona kainatın mayası nəzəri ilə də baxmaq olar, çünki Cənabi-Haqq kainatı varlıq aləminə olan məhəbbətindən, sevgisindən yaratmış və onun nizamlı, sistemli yaşaması üçün müxtəlif qanunlar qoymuşdur.

Bəşəriyyətə bəslədiyi xüsusi sevgisindən də Cənnətlər və Cəhənnəmlər yaradıb; biri ilə mükafat vəd edir, digəri ilə də insanları Zatına, Özünə doğru çevirir. Bunu həyata keçirmək üçün peyğəmbərlər göndərmiş və qəlblərdə Zatına xas duyğu və düşüncələrin yenilənməsini təmin etmişdir. Peyğəmbərimizlə (s.ə.s.) peyğəmbərlər silsiləsi tamamlanınca da bu işi övliya və əsfiya ilə davam etdirmişdir. Bu nöqteyi-nəzərdən bir mənada sevgi və məhəbbət hər şeydir.

Bəli, Allah (c.c.) seviləsi şeyləri sevib ona maraq göstərməsi üçün bu ümumi sevginin bir damlasını insanın təbiətinə qoymuşdur. İnsan fitrətində olan bu sevgi ilə Allah və Peyğəmbəri sevməklə yanaşı, məcazi mənada başqa şeyləri də sevəcək. Ancaq o, bu sevgidə "masiva"ya (Allahdan qeyri hər şeyi) məhəbbətin Yunus Əmrənin "Varlığı sevəriz Yaradandan ötrü" anlayışı çərçivəsində olmasının vacibliyini də biləcək. Bağ-bağçasını, həyat yoldaşını, evini-eşiyini.. "bütün bunlar Cənabi-Haqqın isimlərinin cilvəsindən ibarət nisbi varlıqlardır" həqiqətini qavrayaraq sevəcək.

Əks halda onlara Ustadın ifadəsi ilə "Mənayi-ismi ilə baxıb məftun olsa, bu sevgini sui-istimal (sui-istifadə) etmiş olar" (Bir ağacı kölgəsinə, zahiri görünüşünə, verdiyi meyvəsinə görə sevmək mənayi-ismi ilə sevməkdir. Ağacı görmək, tanımaqla və meyvələrini əldə etməklə onu yaradan Allahı tanıyırıqsa, ağaca Rəbbimizin iltifatı, neməti kimi qayğı, sevgi göstəririksə, bu, həmin ağacı (həmçinin digər varlıqları) mənayi-hərfi ilə sevməkdir.). Bəli, insan fitrən mahiyyətinə qoyulmuş və iradəsinin ixtiyarına verilmiş sevgini yanlış yollarda istifadə edərsə, şəxsi həyatı adına çox şey itirər, Allah və Rəsulundan da uzaqlaşar. Buna bir də sevib məftun olduğu şeylərin bir-bir əldən getməsi, dolayısilə sevginin qarşılıqsız və faydasız olduğu fikri də əlavə olunarsa, insanın iztirabdan mənən çökməsi qaçılmazdır.

İbrahim Əthəm Həzrətlərinə aid bir mənqıbə var: O, Bəlxdə hökmdar ikən taxtı-tacından, məqam-mənsəbindən üz döndərib övliyalıq dərəcəsinə yüksələn bir şəxsdir. Deyilənlərə görə, Əbu Hənifənin müasiridir. Böyük hədis alimləri İbrahim Ədhəm Həzrətləri gələndə Əbu Hənifənin ayağa qalxdığını rəvayət edirlər. Bir gün: "Ya imam, niyə bu insanın önündə ayağa qalxırsınız? Yeri gəlsə, o sizin tələbəniz də ola bilməz!" deyəndə: "Biz işin zahiri ilə, onlar mahiyyəti ilə məşğul olurlar. Buna görə də ona sonsuz hörmətim var", - deyir. Bu insan bir gün hər şeyini bir yana atıb Məkkəyə gedir. Aradan illər keçir, həcdə təvaf edərkən oğlu ilə qarşılaşır və ata şəfqəti ilə onu bağrına basır. Əslində bu təbii bir hadisədir və bir ata üçün də bu duyğudan vaz keçmək çox çətindir. İnsan buna görə qətiyyən hesaba çəkilməz. Ancaq qəlbini Cənabi-Haqqın təcəllilərinə həsr etmiş bir müqərrəbin üçün bu hal üstəlik Kəbənin yanında uyğun düşmür. Bu zaman: "Ya İbrahim! Bir qəlbdə iki sevgi olmaz" deyə qeybdən bir səs gəlir. Bunu eşidən Həzrəti İbrahim Ədhəm: "Birini al, ya Rəbb!" deyir və oğlu oradaca ruhunu təslim edir. Bu, mənqıbədir və dərəcəli insanlara məxsus bir vəziyyətdir. Bu cəhətdən bu məqamda, dərəcədə olmayan insanlara da şamil etmək olmaz.

Ancaq insanın Allahı (c.c.) düşünmədən nəyisə sevməsi başına bəla gətirə bilər. Ailə, mal-mülk, hətta mürşidə qarşı sevgidə də belədir. Mömin müvazinəti qoruyan insanıdır. Hər şeydə olduğu kimi, sevgidə də müvazinətli olmalıdır. Nə gözəl deyir Allah Rəsulu (s.ə.s.): "Sevdiyin insanı ölçülü sev. Gün gələr düşmənin ola bilər. Nifrət etdiyin insana da ölçülü nifrət et. Gün gələr o da dostun ola bilər".

Xülasə, Allahın fitrətimizə yerləşdirdiyi sevgi qabiliyyətini əvvəlcə bir mərkəzdə toplamalı və üzünü Ona çevirməliyik. Sonra da Onun rizası üçün bütün məxluqatına.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2370   Tarix: 30 oktyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185