Sami Yusifin Pakistandakı daşqınlarla bağlı klipi işıq üzü görüb [Online Klip]

Sami Yusifin Pakistandakı daşqınlarla bağlı klipi işıq üzü görüb [Online Klip]Dünyada islami Mahnılarının tanınmış ifaçılarından olan Sami Yusif əvvəlcədən xəbər verdiyimiz kimi dünya müsəlmanlarını Pakistana kömək etməyə çağırmışdı.
O, Pakistandakı müsəlmanların əziyyət çəkməsindən narahatlıq keçirdiyini dilə gətirərək, hər kəsin onlara kömək etməyə məsul olduğunu demişdi.
Hətta Sami Yusif demişdi ki, "Mahnı yaxın günlərdə işıq üzü görəcək və bütün gəliri "Save the Children" (Uşaqları Qoruyun) təşkilatının Pakistandakı yardım səylərinə yönəldiləcək".
Artıq təbliğat məqsədi ilə hazırlanan klip hazır olub. Və bununla müğənni hesab edir ki, Pakistana yardım toplamaq mümkün olacaq.

(Klipin sözlərinin tərcüməsi)

"Fəryadına hay ver"

Ümidinizi itirməyin, ümidinizi itirməyin

Ümid ipindən bərk-bərk yapışın

Buraxmayın, buraxmayın

Mən sizin fəryadınıza hay verirəm

Siz soyuğu hiss edirsiniz

Tərk edilmişlər və yalqızlar kimi

Ancaq buraxmayın, ümid ipini

Sizin fəryadınıza hay verirəm

Nəqarət

Əlini mənə ver əziz qardaşım.

Mən sizin ölməyinizə icazə verməyəcəm

Mənim əziz bacım geriyə baxma

Mən and içirəm ki, Sizin fəryadınıza hay verirəm

Əlini mənə ver əziz qardaşım

Sənin yıxılmana imkan vermərəm.

Mənim əziz bacım geriyə nəzər salma

Şahid olun ki, mən and içirəm ki, Fəryadınıza hay verirəm

Uzaqda bir balaca oğlan soruşur

"Mənim oynadığım o küçələr hanı?"

Buraxmayın, buraxmayın ümidinizi

Mən sizin fəryadınıza hay verirəm

Bilin ki, biz sizdən xəbərdarıq

Sizə nəsə olanda mənə də nəsə olur.

Buraxmayın, ümidinizi buraxmayın

Sizin fəryadınızı eşidirəm


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 7604   Tarix: 26 sentyabr 2010  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390
.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740