Sağlam yaşlanmağın əsas qaydaları

Sağlam yaşlanmağın əsas qaydalarıBiG.AZ kayzen.az-a istinadən xəbər verir ki,Sağlam və uzun ömürlü olmaq üçün gənc yaşlardan tədbir görmək lazımdır. Lazımi prosedurları gözləməklə balanslı qidalanmaq, idmanla məşğul olmaq, gündəlik rejimə əməl etməklə də sağlam yaşlanmaq olar. Siqaret çəkmək, piylənmə və ya artıq çəkiyə sahib olma, stress və digər zərərli vərdişlər insanın erkən yaşlanmasına səbəb olur. Bu baxımdan sağlam yaşlanmaq üçün aşağıdakı 10 məsləhəti oxuya bilərsiniz.

1. Sağlam həyat üçün ilk növbədə həyat tərzinin vacib elementlərindən hesab olunan tibbi müayinə (Check-up), müalicə və daimi nəzarət vacibdir. Beləcə xəstəlik əlamətləri vaxtında aşkar olunar və tez bir zamanda lazımi tədbirlər görülməklə aradan qaldırılar;

2. Normal çəkinizi qorumaq üçün yaşınıza uyğun fiziki fəaliyyətlə məşğul olmaq və doğru qidalanmaq lazımdır. Bu mövzuda doğru hərəkət etmək istəyənlər əvvəlcə bəzi nöqtələrə diqqət yetirməlidir:

• Alınan qidaların məzmun və nisbətləri fizioloji baxımdan düzgün olmalıdır
• Alınan enerji miqdarına diqqət edilməlidir
• Zülal və karbonhidrat nisbətlərinə diqqət yetirilməlidir
• Yağ qəbulunda məhdudiyyətlərə əhəmiyyət verilməlidir
• Təzə meyvə və tərəvəzlərin qəbulu artırılmalıdır
• Enerji qaynağı üçün taxıl məhsulları istifadə edilməlidir
• Çoxlu şəkər və şirniyyatların da qəbulu azaldılmalıdır
• Su və maye qida qəbuluna diqqət edilməlidir
• Qidalar uyğun saxlanılmalıdır
• Nizamlı məşq edilməlidir

saglam həyat tərzi
3. Daha az şəkər, duz və yağ istifadə istifadə edərək meyvə-tərəvəzlərlə qidalana bilərsiniz.

4. Siqaret çəkməyin. Bir çox zərərli maddəni saxlayan siqaret, bədəndəki bütün orqan və sistemlərə mənfi təsir göstərir. Siqaret dəri və bədən yaşlanmasının ən əhəmiyyətli səbəblərindən biri heasb olunur.

5. Günəş şüalarının zərərli təsirlərinə və radiasiyaya çox məruz qalmayın və nəmləndirici kremlər çəkin.

6. Yuxu nizamına və keyfiyyətinə diqqət yetirin.

7. Gündəlik həyatın stresindən uzaq dayanmağa çalışın, özünüzə vaxt ayırın.

8. Yaz ya da qış aylarında fürsət tapdığınız zamanlarda istirahətə gedə bilərsiniz. İstirahətin ruh və bədən sağlamlığına hədsiz əhəmiyyəti var.

9. Gənc və sağlam qalmaq istəyən kəslərin mütləq ailələrinə və sevdiklərinə zaman ayırması lazımdır.

10. Bolluca gülmək və həyata pozitiv baxmaq sağlamlığın əsas şərtidir. Elmi araşdırmalar gülüşün bədəndəki bir çox üzvlərə faydalı olduğunu sübut edib. Onu da qeyd etmək lazımdır ki, sağlam yaşlanmaq, həm də adamın genetik quruluşu ilə əlaqəlidir. Bu baxımdan gələcək nəsilləri düşünərək zərərli vərdişlərdən və işlərdən uzaq olun.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 2569   Tarix: 17 oktyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Çayı əsla belə içməyin - ciddi xəstəliklər yaradır

Çox isti çay və ya hər hansı isti içki ağız, boğaz və həzm sisteminə ciddi şəkildə zərər verə bilər. BİG.AZ -a istinadən bildirir ki, mütəxəssislər bununla bağlı xəbərdarlıq edib. Bildirilir ki, içkilər 65 dərəcədən yuxarı istilikdə içildikdə qida borusunda yanma və qıcıqlanmaya səbəb olan ezofagit xəstəliyinə

18.02.2024 1740
.

Xərçəngin ən çox yayıldığı ölkələr – SİYAHI

Xərçəngin yayılmasının ölkələr üzrə reytinqi Ümumdünya Səhiyyə Təşkilatının Qlobal təşəbbüsünün məlumatlarına əsaslanır. Mütəxəssislər araşdırma çərçivəsində hansı ölkələrin xərçəngdən daha çox əziyyət çəkdiyini müəyyən ediblər. -ın xarici mediaya istinadla xəbərinə görə, bu reytinq Ümumdünya Səhiyy

31.12.2023 1444
.

Mədə ağrısı olanların diqqətinə

Mədə müxtəlif səbəblərə görə ağrıya səbəb ola bilər. Tətbiq edəcəyiniz sadə üsullarla mede agrisi xilas ola bilərsiz. xəbər verir ki, ağrın başlayanda daha rahat bir mövqeyə keçərək, qidalanmaya ara verməyiniz lazımdır. Beləliklə, ağrının haradan qaynaqlandığını anlaya bilərsiniz. Mədə ağrısı səbəblər

23.03.2024 23323
.

Hər gün bir banan yesək, orqanizm necə reaksiya verəcək?

İndiki vaxtda sağlam qidalanma və düzgün qida seçimi hər zamankından daha vacibdir. Bu nöqtədə bəzi sirli və təsirli qidalar var ki, onların möcüzəvi təsiri göz ardı edilə bilməz. xəbər verir ki, meyvənin tərkibindəki vitaminlər, minerallar və antioksidantlar orqanizmi qidalandırır, immunitet sistemin

07.04.2024 582
.

Həkim məsləhəti olmadan vitamin qəbul etmək olar?

Türkiyənin Trakya Universiteti Tibb Fakültəsi Xalq Sağlamlığı şöbəsinin müdiri professor Qalip Ekuklunun həkim məsləhəti olmadan vitamin qəbul etməklə bağlı fikir bildirib. Professor bildirir ki, həkim məsləhəti olmadan istifadə edilən vitamin və əlavələr sağlamlıq problemlərinə səbəb ola bilər. İmmunite

11.02.2024 824
.

Arıqlamaq üçün ən yaxşı və doyumlu səhər yeməyi hansıdır? - Mütəxəssisdən AÇIQLAMA

"Arıqlamaq istəyənlər üçün ən yaxşı səhər yeməyi pendirli omlet və avokado ilə tost ola bilər". Bu barədə rusiyalı endokrinoloq və qastroenteroloq Dilyara Lebedeva "Doctor Piter" portalına müsahibəsində bildirib. Onun sözlərinə görə, bu, ən azı altı saat aclıq hiss etməməyə imka

30.03.2024 572
.

Qışda xəstəliklərdən qorunmaq üçün praktiki tövsiyələr

Qışda bəzi praktiki ehtiyat tədbirlərinə əməl etməklə böyük ölçüdə xəstəliklərdən qorunmaq mümkündür. Düzgün qidalanma ilə immunitetinizi gücləndirin. Gündəlik olaraq mövsümi meyvə-tərəvəzlərindən və bol lif tərkibli göyərtilərdən istifadə edin. Kifayət qədər miqdarda karbohidrat və zülal orqanizmi

14.01.2024 1099
.

Yaşlanmanı gecikdirən qidalar

Bilirik ki, yediklərimiz sağlamlığımıza böyük təsir göstərir. Çoxumuz yeməklərimiz üçün sağlam qidalar seçmək üçün əlimizdən gələni edirik. Bol tərəvəz istehlak etmək, işlənmiş ət və şəkəri minimuma endirmək sağlam yaşlanma üçün yaxşı başlanğıcdır. Axşam.az xəbər verir ki, seçdiyimiz qidalardan bəzilər

21.01.2024 1309
.

Alimlər yeni pandemiyaya səbəb ola biləcək virusun adını açıqlayıblar

Qrip virusu yeni pandemiyaya səbəb ola bilər. "Report"un məlumatına görə, bu barədə "The Guardian" beynəlxalq araşdırmaya istinadən yazır. Sorğuda dünyanın müxtəlif ölkələrindən 187 alim iştirak edib. Onların 57 faizi qrip virusunun başqa bir ştamına görə yeni pandemiyanın baş verəcəyin

21.04.2024 272