Məşhur şairi bu qadın ağlatdı.

Məşhur şairi bu qadın ağlatdı.Lilya Brik və əri Osip Maksimoviç gənc Vladimirin poetik istedadını hamıdan hiss eləyibmiş.

Çox sonralar bəzi tədqiqatçılar hesab etdilər ki, Mayakovski şöhrətin açarını daim sənət adamlarının toplaşdığı bu evdə tapıb. Heç kəs Vladimirin çap olunmasına razılıq verməyəndə bunu Osip Brik edir və "Şalvarlı bulud" poeması işıq üzü görür. Özü də kitabın ilk səhifəsində Mayakovskinin bu ithafı ilə: "Sənə, Lilya".

Bu ailə ilə Vladimiri Lilyanın kiçik bacısı Elza (o, sonradan fransız yazıçısı Elza Triole kimi tanındı – red.) tanış eləmişdi, Mayakovski əvvəllər bu qadınla maraqlanır, onun evinə gedib-gəlirmiş.

Bir dəfə Elza bacısıgildə olanda Vladimiri də ora qonaq dəvət edir. Hər şey də elə o nəhs gecədən başlanır...

Lilya - onun əsl adı Lili idi, "Lilya" adını isə ona Mayakovski vermişdi - dəyişkən təbiətli qadın idi; həm kədərli, həm qayğısız, həm şıltaq, həm qürurlu, həm yelbeyin, həm də ağıllı olmağı bacaran idi. Maraqları da tez-tez dəyişirdi: ali məktəbin riyaziyyat bölməsinə daxil olsa da, çox tezliklə marağının sönməsi nəticəsində Lilya incəsənət fakültəsinə sənəd vermiş, sonra baletə meyl etmişdi - hətta məşhur balerinaların birindən dərs almağa başlamışdı.

BiG.AZ Kult.az-a istinadən bildirir ki, gənc, subay Lilinin növbəti sevgi romanı hamiləliklə nəticələnəndə o, uşağı saldırmağa məcbur olmuşdu və bundan sonra tale ona övlad bəxş etməmişdi.

Tez təəssürata qapılan, həssas qəlbli Mayakovski bu evdəki diqqət və sevgiyə meyl etməyə bilməzdi. Ömrünün sonunadək də - şəxsi münasibətlərin korlanmasına rəğmən – o, himayədarlarını minnətdarlıqla xatırlamış və hətta vəsiyyət-məktubunda ailə üzvləri arasında Lilya Brikin də adını çəkmişdi.

1918-ci ilin may-iyun aylarında Lilya filmə çəkilir. Filmin ssenari müəllifi, həm də qadının tərəf-müqabili Mayakovskinin özü olur. Məhz bu ərəfədə şair sevgilisinə üzərində "LYUB" hərfləri cizilmiş üzük hədiyyə edir, üzüyün iç hissəsində isə "Volodya" ismi olur.

Tezliklə şair Briklərlə birgə yaşamağa başlayır, onların evinə qeydiyyata düşür və sonra da onlarla Peterburqdan Moskvaya köçür. "Liliçka" ilə Mayakovskinin münasibətləri artıq heç kəsə sirr olmur. Hətta bir dəfə hansısa məmur Lilya barədə nalayiq sözlər danışanda Vladimir onun sifətinə yumruq ilişdirib çığırıbmış da: "Lilya Yuryevna mənim arvadımdır, bunu yadınızda saxlayın".

Vladimirlə tanışlıqlarının üçüncü ilində Lilya ərinə şairi sevdiyini etiraf edir. Qadının dediyinə görə, artıq Osip Briklə ailədəki münasibət ər-arvadlıqdan çıxmış, dostluğa çevrilmişdi. Təbii ki, Osip Brikin də kənarda ailəsinin olması kimsəyə sirr deyildi...

Lilya Brik qocalanda Andrey Voznesenskiyə belə bir etirafda bulunmuşdu: "Biz Osiplə sevişəndə Volodyanı mətbəxin bağlı qapısı arxasında saxlayırdıq. O, çırpınır, bizim yanımıza gəlmək istəyir, qapını cırmaqlayır və ağlayırdı".

Özü də bu qadın zaman-zaman hamının içərisində Mayakovskini alçaltmağı sevib. Məsələn, öz


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 955   Tarix: 12 oktyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168