Qarğıdalı haqqında.

Qarğıdalı haqqında.Qarğıdalı Amerikada mədəniləşdirilmiş ən qocaman dənli bitki hesab olunur. Hinduların çörəyi, yaymaları, xəşili, içkiləri zaman-zaman qarğıdalıdan hazırlanmışdır.Mayya hinduları mədəniyyətinin tədqiqatçısı R.V.Kinjalovun fikrincə qarğıdalının vətəni Mərkəzi Amerikanın cənub dağlıq hissəsidir. Burada tapılan qarğıdalı izləri arxeoloqları V minilliyə aparır. Hindular qarğıdalıya allah kimi səcdə etmişlər. Güman edilir ki, qarğıdalı sözü («ixim») «dolandıran», «saxlayan» mənası verir. Mayya hindularına qarğıdalının bir neçə növü məlum olmuşdur. Onlar qarğıdalı əkinləri ilə həmişə fəxr etdirmişlər.Arxeoloji sərvətlər arasında Meksikada 6950 il yaşı olan mədəniləşdirilmiş qarğıdalı tozcuqları tapılmışdır. Nyü-Meksika ştatındakı Bat-Keyv mağarasında tapılmış qarğıdalı tozcuqlarının isə 5600 ilə yaxın yaşı olduğu müəyyən edilmişdir.Cənubi Meksikanın Texuakan vadisində arxeoloji tapıntılar təsdiq edir ki, 7200-5400 il bundan əvvəl orada qarğıdalı mövcud olmuşdur. Lakin bu yaşın mədəniləşdirilmiş qarğıdalıya aid olduğu hələ şübhəlidir.Meksikanın toltek, sapotek, astek və mayya hinduları qarğıdalı becərməklə məşğul olmuşlar. Şimali Amerika hindularından irokezlər XV-XVI əsrlərdə qarğıdalı becərib-yığmaqda və onu qoruyub saxlamaqda mahir olmuşlar. Onlar qarğıdalını xəndəklərdə, xüsusi anbarlarda, ya da yaşayış yerində asılmış vəziyyətdə saxlamışlar.Qarğıdalının qədim vətəni olan Meksika, Braziliya, Qvatemala, Salvador kimi ölkələrdə bu bitki indi də kütləvi ərzaq rolunu oynayır.Qarğıdalının Avropaya və başqa yerlərə yayılmasında vaxtı ilə dənizçiliyi inkişaf etmiş ispanların və portuqaliyalıların böyük xidməti olmuşdur. Portuqaliyalılar qarğıdalını XVI əsrdə Hindistana və Çinə çatdırıblar.Bu bitki Afrikanın qərbinə XII əsrdə gətirilib, XV əsrdə isə qarğıdalı qitənin şərqinə də yayılıb.İspanlar qarğıdalını öz vətənlərinə XV əsrdə gətirib və 1525-ci ildən becərməyə başlayıblar. Əvvəllər o, bağların yaraşığı olub. Tezliklə qarğıdalı Fransaya və İtaliyaya aparılıb, sonra isə Şərqdə, XV əsrdə onu Livanda əkməyə başlayıblar. Bu qiymətli bitki qarğıdalı ferması (corn farm)1560-ci ildə türklərin də diqqətini cəlb edib. Macarlar onunla «türk buğdası» adı ilə tanış olublar. Türkiyədən o, Krıma düşür. XVIII əsrdə yenə də «türk buğdası» adı ilə Rusiyaya gedib çıxır. Qarğıdalının sürətlə yayılması onun hərtərəfli təsərrüfat əhəmiyyətli olması ilə bağlıdır. Onun dənələrindən şirə çəkir, şəkər, yağ, spirt və sairə istehsal edirlər. Qarğıdalı həm də qiymətli yem bitkisidir.Qarğıdalı yeyinti sənayesində də geniş tətbiq olunur: ondan un, yarma və nişasta hazırlayırlar, nişastadan qənnadı sənayesi üçün patka, qlükoza, şəkər istehsal edirlər, sütül dənələrdən konserv, yetişmiş dənələrdən partlamış qarğıdalı hazırlayırlar, uzun müddət istifadə etmək üçün dənələrini duzlayırlar və sairə. Onun konservləşdirilməsinə XIX əsrin ortalarından etibarən Amerika Birləşmiş Ştatlarında başlayıblar. Qarğıdalının tibbi əhəmiyyəti də vardır. XIX əsrin ikinci yarısında qarğıdalı saçaqlarının sidikqovucu xüsusiyyətinə malik olduğu müşahidə olunub. Hal-hazırda isə ondan qaraciyər, öd və sidik kisəsinin iltihabında, habelə böyrəkdə daş olan hallarda istifadə edirlər.Xalq arasında qarğıdalını qovurub partladılmış şəklə salmaq qədimdən məlumdur. Bununla ilk dəfə Cənubi Amerika hinduları məşğul olmuşlar. Bunun üçün gildən hazırlanmış uzun qulplu xüsusi qablardan istifadə olunması güman edilir. Bundan başqa qarğıdalı dənələrini isti kömür üzərində partladıb yığırlarmış.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 9063   Tarix: 10 oktyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505