Əməkdar artist və qızı kimsəsiz uşaqlar üçün oxudu - FOTO

Əməkdar artist və qızı kimsəsiz uşaqlar üçün oxudu - FOTOÖtən gün Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında əməkdar artist Aybəniz Haşımova millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin təşkilati dəstəyi ilə "Dostluq körpüsü" layihəsi çərçivəsində konsert proqramı ilə çıxış edib.

BiG.AZ axsam.az-a istinadən bildirir ki, konsertdə müğənni ilə yanaşı səhnəni qızı Aynişan Quliyeva, Tacikistan sənətçisi Təhminə Niyazova, qazaxıstanlı Alişir Karimov, Kubadan Emiliya Morales, Türkiyədən Oya Ergün, eləcə də əməkdar artist Səlim Abbasov, Əsgər İsmayılov, Vüqar Ağayev və "Bülbüllər" qrupu bölüşüblər. Konsertin aparıcısı Saleh Bağırov olub.

Kimsəsiz uşaqlar üçün nəzərdə tutulan konsertin əsas tamaşaçları paytaxt qəsəbələrində yerləşən bir neçə internat evində məskunlaşmış kimsəsiz və fiziki qüsurlu uşaqlar olub. Konsertdə eləcə də millət vəkili Qənirə Paşayeva, "12 May" Şirkətinin rəhbəri Hacı Səbuhi Rəcəb, kinorejissor Eldar Quliyev, aktrisa Məlahət Abbasova və digər tanınmış ictimai-siyasi qonaqlar da iştirak ediblər.

Açılışdan sonra aparıcı ilk ifa üçün səhnəyə Aybəniz Haşımova və rəhbəri olduğu "Bülbüllər" qrupunu dəvət edib. Sonra Q. Paşayeva çıxış edərək dövlətimizin, eləcə də prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın kimsəsiz uşaqlara olan diqqət və qayğısından söz açıb. Millət vəkili çıxışından sonra əcnəbi və yerli sənətçilərə xatirə olaraq hədiyyələr təqdim edib. Sonra "12 May" şirkətinin rəhbəri Hacı Səbuhi Rəcəb və şirkətin direktoru Pərviz Əzimov da çıxış edərək uşaqlara olan qayğının vacibliyindən söz açıblar.

Konsertdə maraqlı məqamlardan biri Səlim Abbasovun müşayiəti ilə Kuba müğənnisinin "Bessame Mucho" mahnısını ifa etməsi olub. Qazaxıstan müğənnisi səhnədə öz mahnıları ilə yanaşı Rəşid Behbudovun repertuarından da bir bəstə səsləndirdi. Konserti çıxışı ilə bağlayan Aybəniz Haşımova səhnədə uşaqları başına toplayaraq onlara "Lay-lay" oxuyub. Sənətkar valideyin qayğısından məhrum olmuş uşaqlara "Mən sizin ananızam" deyərək, onları və digər tamaşaçıları öz ifası ilə kövrəldib. Konsertin gedişatında təşkilatçılar tərəfindən tamaşaçı uşaqlara şirniyyatlar paylayıb.

Bu gün proqrama əsasən əcnəbi qonaqlar "12 May" Şirkəti və Aybəniz Haşımovanın təşəbbüsü ilə Fəxri Xiyabanı, Şəhidlər Xiyabanını, Heydər Əliyev Mərkəzini, "Bülbül" adına Orta İxtisas Musiqi Məktəbini ziyarət ediblər.

Əməkdar artist və qızı kimsəsiz uşaqlar üçün oxudu - FOTOƏməkdar artist və qızı kimsəsiz uşaqlar üçün oxudu - FOTOƏməkdar artist və qızı kimsəsiz uşaqlar üçün oxudu - FOTOƏməkdar artist və qızı kimsəsiz uşaqlar üçün oxudu - FOTOƏməkdar artist və qızı kimsəsiz uşaqlar üçün oxudu - FOTOƏməkdar artist və qızı kimsəsiz uşaqlar üçün oxudu - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 4991   Tarix: 26 sentyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Koronavirus bəlası sənət adamları arasında - Kimlər peyvənd olunub?

Son günlər bir neçə yerli sənət adamının koronavirusa yoluxma xəbəri medianın gündəminə çevrildi. Bütün dünyanı cənginə alan bu xəstəliyə yoluxub sağalanları görsək də, çox təəssüf ki, gözlənilməz şəkildə həyatını itirən sənətkarlar da oldu. Belə bir məqamda həmin sənətçilərin xəstəlikdən öncə peyvən

16.09.2021 1870
.

41 yaşlı Nigar Camal görünüşü ilə heyran etdi - VİDEO

Müğənni Nigar Camal sosial şəbəkədə yeni paylaşım edib. xəbər verir ki, sənətçi instaqram hesabında idmanla məşğul olduğu görüntülərini yayımlayıb. 41 yaşlı müğənni fit və qüsursuz bədən qurluşu ilə diqqət çəkib. Camalın bu görüntüləri izləyiciləri tərəfindən maraq və rəğbətlə qarşılanıb

16.09.2021 6043
.

Aqil M.Quliyev cinayətdən danışacaq

Rejissor Aqil M.Quliyev də bu mövsüm aparıcılıq edəcək. Axşam.az-a istinadən xəbər verir ki, rejissor "Xəzər TV" ilə işbirliyinə başlayıb. Onun proqramı "Cinayət və cəza" adlanır. Aqil.M.Quliyev cinyyət hadisələrindən bəhs edəcək. Qeyd edək ki, Aqillə yanaşı bu mövsüm Əməkdar artis

18.09.2021 2371
.

İkinci əl geyimlər aldığını etiraf etdi

Türkiyəli aktrisa Şəbnəm Bozoklu həyat yoldaşı Kanat Atkaya ilə İstanbulun Bebek ərazisində görüntülənib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa müxbirlərlə söhbət edərkən ikinci əl geyimlər aldığını etiraf edib:. "Təzə paltarlar da alıram. Amma bu təbiətə zərər verir. Ona görə az istifad

18.09.2021 6939
.

Serenaya görə Umutu sildi

Aktrisa Melisa Şenols keçmiş sevgilisi iş adamı Umut Evirgeni instaqramda izləmədən çıxarıb. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb cütlük ayrıldıqdan sonra Umutun aktrisa Serenay Sarıkaya ilə eşq yaşaması iddiaları olub. O, bütün birlikdə çəkdirdikləri fotoları da hesabından silib. Umut is

17.09.2021 2293
.

"Polislər bizi mühasirəyə alıb, şöbəyə apardı"

"Yaxşı maşınım, gəlirim, evim, yaşayışım var. Çox yaxşı yaşayıram. Pulunu yaxşı şeylərə xərcləməsən, heç vaxt yerinə gəlməyəcək. Mən də yaxşı şeylərə, xeyriyyəyə xərcləyirəm. Eləsi olur ki, pulu var, amma xeyriyyəçilik etmir. Kimsə yaxşılığa xərcləmirsə, canına xərcləyəcək". Axşam.az xəbə

16.09.2021 3763
.

AzTV-nin Ceyranı ad günü etdi - Fotolar

AzTV-nin aparıcısı, uzun illərdir efirdən uzaqlaşan Ceyran Rəhimovanın ad günü olub. Axşam.az-a istinadən xəbər verir ki, o, özəl gününü yaxınları ilə qeyd edib. Ad günündən şəkilləri Xalq artisti Nəzakət Teymurova sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, C.Rəhimova AzTV-dən uzaqlaşdıqdan sonra televiziy

18.09.2021 9970
.

Özcan Dəniz hakim qarşısına çıxdı

Keçmiş həyat yoldaşı Feyza Aktana şiddət göstərməsi səbəbi ilə məhkəməlik olan türkiyəli aktyor Özcan Dəniz hakim qarşısına çıxıb. Axşam.az-a istinadən xəbər verir ki, 1 il 6 ay həbsi tələb olunan aktyor Feyza Aktanın yalan dediyini bildirib:. "Övladımın qəyyumluğunu istədiyim üçün məni çətin vəziyyət

16.09.2021 1271
.

Pandemiyada ikinci restoranını açdı

Aşıq Zülfiyyə pandemiya ərəfəsində biznesini gücləndirib. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi bundan əvvəl yaşadığı binada restoran açmışdı. Bir neçə gün əvvəl isə aşıq yenidən restoran açıb. Onun açılış mərasiminə sənət dostları da qatılıblar. Qeyd edək ki, Zülfiyyə bundan əvvəl daha bir restoranını

17.09.2021 3697