Dünyanın ən bahalı və ən gözəl nişan üzükləri - FOTOLAR

Ailə quran zaman bəy və gəlinin bir-birlərinə bağışladıqları üzüyə nişan üzüyü deyilir. Adsız barmağa taxılan nişan üzüyü həmin adamın ailəli olduğunu göstərir. Hələ qədim zamanlardan üzük əbədi sevgi rəmzi olub. Nişan üzükləri modellərinə və qaşlarına görə fərqli qiymətlərdə olur. Dünya ulduzlarının və məşhurların nişan üzükləri də özləri qədər gündəmə gəlir. Onlar bahalı nişan üzükləri ilə göz qamaşdırırlar.

Əslində üzüyünün bahalığının və ucuz olmasının iki insanın münasibətinə heç bir təsir göstərmir. Yəni, düşünməyin ki, sizin xoşbəxtliyiniz üzəkdən asılıdr və mütləq bahalı olmalıdır...

Kate Middleton - Şahzadə William anası şahzadə Diananın eyni nişan üzüyü ilə Kate evlənmə təklifi edir. Kate Middletonun üzüyü ağ qızıldan hazırlanıb, qaşı isə mavi sapfirdir.

Jessica Alba - Cash Warren 2007-ci ildə almaz qaşlı üzüklə gözəl aktrisanın qabağında diz çökür.

Alexis Bledel - Bu il Vincent Kartheiser ilə nişanlanan Alexin üzüyü çox sadə hazırlanıb. Qaşı təbii ki, almazdır.

Jennifer Aniston - Jennifer nişan üzüyünü taxadığına görə çox xoşbəxt görünür.

Britney Spears - Britney ilk nişan üzüyünü 2004-cü ildə Kevin Federlinedən alıb. Onun üzüyü 5 karatdır.

Miley Cyrus - Miley Liam Hemsworth ile nişanlı olsa da, tez-tez ayrılacaqları haqqında xəbərlər gəzir.

Kate Hudson - Matthew Bellamy ilə nişanlı olan Kate-in üzüyünün qiyməti sizi də şoka salacaq. Onun üzüyünün qiyməti 200.000$ dəyərindədir. Üzüyün qaşı zümrüd kəsim almazdır.

Fergie - Josh Duhamel sevgilisinə 2007-ci ildə klassik yumru üzük hədiyyə edərək evlənmə təklifi etmişdi.

Demie Moore - Ashton Kutcher ilə nişanlandıqları xəbərlərin yalan olduğu deyən Demie 2005-ci ildə sevgilisi ilə hamıdan gizli evlənmişdi. Onun üzüyünün qiymətinin 250.000$ dəyərində olduğu deyilir.

Natalie Portman - Natalie 2010-cu ildə "Black Swan" filmindəki tərəf müqabili Benjamin Millepied ilə nişanlanıb. Natalienin oval kəsimli almaz üzüyünün ətrafına da almaz qaşlar düzülüb.

Megan Fox - Brain Auistin Green Megana evlənmək təklifini platin 3 karat almaz qaşlı üzüklə edib.

Victoria Beckham - Victoria Beckhamın nişan üzüyü armudvari brilliantla bəzədilib və 65 min dollar dəyərindədir.

Angelina Jolie - Angelina Jolienin brilliant qaşlı nişan üzüyü 250 min dollara başa gəlib. Bu üzüyün fərqi ondadır ki, üzüyün işlənib-hazırlanmasında Bred Pitt şəxsən özü iştirak edib.

Halle Berry - Kino ulduzu Halle Berry ilə nişanlanan fransız aktyoru Olivye Martinez sevgilisinə dəyəri 200 min dollar olan, 4 karatlıq zümrüd qaşlı nişan üzüyü hədiyyə edib.
Dünyanın ən bahalı və ən gözəl nişan üzükləri - FOTOLARDünyanın ən bahalı və ən gözəl nişan üzükləri - FOTOLARDünyanın ən bahalı və ən gözəl nişan üzükləri - FOTOLARDünyanın ən bahalı və ən gözəl nişan üzükləri - FOTOLARDünyanın ən bahalı və ən gözəl nişan üzükləri - FOTOLARDünyanın ən bahalı və ən gözəl nişan üzükləri - FOTOLARDünyanın ən bahalı və ən gözəl nişan üzükləri - FOTOLARDünyanın ən bahalı və ən gözəl nişan üzükləri - FOTOLARDünyanın ən bahalı və ən gözəl nişan üzükləri - FOTOLARDünyanın ən bahalı və ən gözəl nişan üzükləri - FOTOLARDünyanın ən bahalı və ən gözəl nişan üzükləri - FOTOLARDünyanın ən bahalı və ən gözəl nişan üzükləri - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Foto   Baxılıb: 16393   Tarix: 22 sentyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler