Hava şarlarından asılıb səyahətə çıxdı - FOTO

Hava şarlarından asılıb səyahətə çıxdı - FOTO39 yaşlı amerikalı proqramçı və İT mütəxəssisi Conatan Trapp 5 gün davam edəcəyini planlaşdırdığı qeyri-adi səyahətə yollanıb. O, helium ilə doldurulmuş 370 hava şarı ilə ABŞ-dan Avropaya çatmaq niyyətindədir.

BiG.AZ Daily Mail-ə istinadən bildirir ki, Trapp dünən ABŞ-ın Men ştatında yerli vaxtla səhər saat 06.30 radələrində səmaya qalxıb.
Hər şey yaxşı olarsa, amerikalı Trapp təqribən 4 min kilometr qət etməlidir.

Mütəxəssislərin fikrincə, bir həftə sonra Trappın yerə enəcəyi yeri dəqiq söyləmək mümkün deyil. O, İslandiyadan tutmuş Mərakeşə qədər geniş arealda səyahətini başa vura bilər.
The Daily Telegraph bildirir ki, Conatan Trapp ehtiyatlı davranıb və hava şarından ibarət konstruksiyanın okeana düşəcəyi hal üçün üfürmə qayıq da götürüb.

Conatan Trapp rekordları yeniləməyi sevir. 2010-cu ildə o, analoji ekspedisiyaya çıxaraq, hava şarları ilə La-Manş boğazını keçmiş ilk şəxs oldu.

Fəqət, bu dəfə hər şey çətindir. Trappa qədər Atlantik okeanını şarla keçməklə bağlı 12 cəhd olub. 5 səyyah yolda həlak olub.

Hava şarlarından asılıb səyahətə çıxdı - FOTOHava şarlarından asılıb səyahətə çıxdı - FOTOHava şarlarından asılıb səyahətə çıxdı - FOTOHava şarlarından asılıb səyahətə çıxdı - FOTOHava şarlarından asılıb səyahətə çıxdı - FOTOHava şarlarından asılıb səyahətə çıxdı - FOTOHava şarlarından asılıb səyahətə çıxdı - FOTOHava şarlarından asılıb səyahətə çıxdı - FOTOHava şarlarından asılıb səyahətə çıxdı - FOTOHava şarlarından asılıb səyahətə çıxdı - FOTOHava şarlarından asılıb səyahətə çıxdı - FOTOHava şarlarından asılıb səyahətə çıxdı - FOTOHava şarlarından asılıb səyahətə çıxdı - FOTOHava şarlarından asılıb səyahətə çıxdı - FOTOHava şarlarından asılıb səyahətə çıxdı - FOTOHava şarlarından asılıb səyahətə çıxdı - FOTOHava şarlarından asılıb səyahətə çıxdı - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Foto   Baxılıb: 4844   Tarix: 14 sentyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti