Təhsildə yeni mafiya savaşı

Təhsildə yeni mafiya savaşıProletariatın dahi rəhbəri Vladimir Ulyanov, yəni Lenin 1887-ci ildə Simbirsk gimnaziyasını bitirərkən bütün məktəb rəhbərliyini böyük çətinlik qarşısında qoymuşdu. Gimnaziya direktoru Fyodr Kerenski (sonradan Rusiya Müvəqqəti hökumətinin başçısı və Leninin ən böyük düşməni olmuş Aleksandr Kerenskinin atası) ona qızıl medal vermək kimi çətin bir qərarla üz-üzə qalmışdı. Məsələ bunda idi ki, Vladimir Ulyanovun böyük qardaşı Aleksandr Ulyanov həmin il mayın 8-də çar III Aleksandra qarşı terror cəhdinə görə edam edilmişdi. Hadisənin ən dramatik tərəfi isə Aleksandrın həmin gimnaziyadan aldığı qızıl medalını sataraq bomba düzəltməyə sərf etməsi idi.

Edamdan 15-20 gün keçəndən sonra isə məktəb əlaçısı Vladimir Ulyanova qızıl medal verilməsi müzakirə edilirdi. Və Fyodr Kerenski məsələnin siyasi tərəfinin bu qədər dolaşıq olmasına baxmayaraq, təhsildə ədaləti, qızıl medalın ləyaqətini qorumaq naminə Vladimir Ulyanova qızıl medal verilməsi qərarını vermişdi. Maraqlıdır ki, Ulyanovlar ailəsində də qızıl medala bir dəyər kimi böyük önəm veriblər. Edamdan öncə Aleksandr Ulyanov anası Mariya Aleksandrovnaya yazırdı: "Bilirəm, səni narahat edir ki, mən ailəmizin ən böyük dəyəri olan qızıl medalımı satmışam. Amma mənim kiçik qardaşlarım var və onlar da qızıl medal alarlar".

Böyük qardaşı kimi qızıl medal almış Vladimir Ulyanov sonralar ölkənin başına gələn kimi məktəblərdə qızıl medal verilməsini ümumimilli praktikaya çevirdi və Azərbaycan da daxil olmaqla keçmiş Rusiya imperiyasının bütün ərazisində medallar vahid qayda ilə verilməyə başladı. Ondan əvvəl isə medal verilməsi təhsil dairələrinin öz işi idi, qəzadan qəzaya fərqlənirdi. Sovet dönəmində medallar güzəştlər verirdi və qızıl medal sahibləri ali məktəbə ya imtahansız, ya da bir imtahan verməklə daxil ola bilirdilər. Bu da gerçəkdir ki, uzun illər sovet medalı hətta Azərbaycanda da öz ləyaqətini qorudu və məktəblərin ən qabiliyyətli şagirdlərinə nəsib oldu. Amma Azərbaycan müstəqil olandan sonra 1992-ci ildə qəbul edilmiş "Təhsil haqqında" qanunda qızıl medallar nəzərdə tutulmadı və sovet keçmişinin qalığı olması kimi populist ideoloji bir səbəblə aradan qaldırıldı. Yalnız uzun sürən müzakirələrdən sonra 2009-cu ildə qızıl medallar "Təhsil haqqında" qanuna qayıda bildi.

Beləliklə, 2011-ci ildə 37 nəfər və 2012-ci ildə 118 nəfər qızıl medal alıb. Bu il isə 238 nəfər qızıl medala layiq görülüb və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən medalçıların topladığı ballar açıqlandı. Bununla da müxtəlif media mənsublarının və ekspertlərin qızıl medalların üzərinə hücumu başladı. Əksər tənqidçilər iddia edirlər ki, guya qızıl medal alanlar aşağı bal yığıblar. Halbuki, faktlar göstərir ki, belə deyil: 16 nəfər xarici ölkələrin ali məktəblərinə qəbul olub və 197 nəfər 500-dən yuxarı bal toplayıb ki, bu da 85,5% deməkdir. 22 nəfərin (9%) də topladığı ballar isə 400-499 arasında olub ki, bu da məqbul sayıla bilər - hər halda ölkədə 150 bala bərabər keçid balından üç dəfəyə qədər yüksəkdir. 13 nəfər qızıl medalçının aşağı bal göstərməsi isə hər şeydən - texniki xətalardan, psixoloji durumdan, sağlamlıqdan, yuxusuzluqdan və s.-dən asılı ola bilər ki, bu da yol veriləndir.

Yəni bu gerçəklər imtahan prosesindən başı çıxan hər kəsə aydındır və belə olan halda yerli ekspertlərin əksəriyyəti niyə qızıl medallara qarşı çıxırlar? ANS PRESS-in araşdırmasına görə, bu cür çıxışların arxasında bir-birindən fərqli müəyyən qüvvələr durur. Bunların birincisi və gözə ən çox qabarıq dəyəni yerli repetitor qruplaşmaladırıdır. Kimsədən gizli deyil ki, ölkədə əsasən elmi-tədqiqat institutlarının və ali məktəblərin işçilərindən ibarət qeyri-rəsmi geniş repetitor şəbəkəsi fəaliyyət göstərir. Bu ziyalıların cəmiyyətə təsiri də güclüdür, aralarında ekspertlik edənləri və həvəskar jurnalistika fəaliyyəti göstərənlər də az deyil. TQDK-nın imtahan testlərinin, orta məktəb dərsliklərinin ildən ilə çətinləşməsinə də onların rolu var. Bu şəbəkənin əsas gəliri məktəblərin yarıtmaz fəaliyyətindən və orta məktəb müəllimlərinin bacarıqsızlığından qaynaqlanır, yəni valideyn uşağının məktəbdə aldığı savadla instituta girə bilməyəcəyini görür və məcburən repetitorlara müraciət edirlər. Heç kimdən gizli deyil ki, indi 9-11-ci siniflərdə uşaqları Bakıdakı və Gəncədəki məktəblərdən çıxararaq adlarını kənd məktəblərinə yazdırmaq geniş yayılıb. Əslində uşaqlar o kəndlərin yolunu düz-əməlli tanımırlar və şəhərlərdə qalaraq test imtahanları üzrə fərdi müəllim yanına gedirlər. Bu cür təhsil variantı ailələrin büdcəsinə əlavə yükdür və bir şagirdin repetitor xərci ən azı ayda 200-300 manat təşkil edir.

İndi bu ziyalıların əsas qorxusu qızıl medalın sovet illərindəki güzəştlərinin geri qaytarılacağı ilə bağlıdır. Yəni belə olan durumda valideynlər fərdi dərslərə xərclədikləri pullardan qat-qat aşağı pul verməklə uşağın qiymətlərini düzəltdirib instituta sala bilərlər. Bu, həm də test imtahanlarının ləğv edilərək, əvvəlki sistemə qaytarılması qoxusuna da səbəb olur. Məhz buna görə bəzi təcrübəli məktəb müəllimləri də qızıl medallar üçün güzəştlərin bərpasının tərəfdarı deyil. Məsələn, Azad Müəllimlər Birliyinin rəhbəri Məlahət Mürşüdlü ANS PRESS-ə açıqlamasında qızıl medalların ləğv edilərək pul mükafatı ilə əvəzlənməsini daha məqsədəuyğun görür: "Yenə də valideynlər uşaqlarına pulla qiymət yazdırıb, olimpiada qalibi edəcəklər. Yaxşı olardı ki, qızıl medal əvəzinə uşaqlara pul mükafatı verilsin".

Lakin təhsilin bu cür davam etməsi də mümkün deyil və kütləvi yarımsavadlığa səbəb olur. Şagirdlər orta məktəb dövründə yalnız almaq istədiyi ali təhsilə uyğun fənlərə hazırlaşırlar, başqa fənlərdən isə heç nə bilmirlər. Bu isə həmin şəxslərin gələcək ixtisas diversifikasiyası baxımından əlverişizdir. Adətən, bu cür təhsil alan şəxslər konkret bir iş yerindən və bir ixtisasdan asılı olurlar. Təxminən on beş il qabaq bu istiqamətdə araşdırma aparan yapon sosioloqları bu cür böyüyən gəncləri cəmiyyətin gələcək inkişafı üçün ən böyük əngəl saymışdılar və onları "heç bir iddiası olmayan, avantürasız cırtdan adamlar" adlandırmışdılar.

Amma dünya gəncliyini belə "iddiasız cırtdan adamlara" çevirmək istəyən güclər də var və Azərbaycan təhsilindəki vəziyyət belə beynəlxalq mafioz güclərin işinə yarayır. Məhz bu səbəbdəndir ki, dünya mafiyası ilə əlaqəsi olduğu söylənilən bir sıra yerli oliqarxların nəzarəti altında olan media qurumları qızıl medal alanların "savadsız" olması barədə daha çox səs-küy qaldırırlar.

Hazırda Azərbaycanın təhsil sistemində mövcud olan yarıtmaz vəziyyətin başqa bir tərəfi də beynəlxalq mafioz güclərin işinə yarayır - yoxsulların və orta səviyyəli ailələrin övladlarının ali təhsilə çıxış imkanı dəfələrlə aşağı düşür. Təsadüfü deyil ki, qızıl medal alanların da əksəriyyəti varlı balalarıdır, içərilərində illik təhsil haqqı 4000-5000 manatı keçən bahalı litseylərin şagirdləri üstünlük təşkil edir. Yoxsul insanlar isə pulları olmadığından uşaqlarını repetitor yanına göndərə bilmirlər. Bu, özünü regionlarda daha qabarıq göstərir. İndi Azərbaycanda 800-ə yaxın kənd var ki, 10 ildən çoxdur ki, bir nəfər də şagird ali məktəbə girə bilmir. Bu da Azərbaycan təhsilinin sosial yönümünü sıfıra endirir və təhsil üçün hər il ayrılan 1,5 milyard manatı mənasız xərclənmiş vəsaitə çevirir.

Bu vəziyyət ildən ilə dərinləşir və müəyyən zaman keçdikdən sonra Azərbaycan arasında dərin keçilməz uçurum olan sosial təbəqələrə parçalana bilər. Ölkəni sosial partlayışa qədər apara biləcək bu problemdən necə qurtulmaq olar? Təcrübəli müəllimə Xuraman Nuru çıxış yolunu hər sahədə 2009-cu ildə qəbul edilmiş "Təhsil haqqında" qanuna uyğunlaşmaqda görür: "O vaxt belə nəzərdə tutulurdu ki, beş-altı ilə qızıl medalçıların ali məktəblərə imtahansız qəbul olmaq güzəşti bərpa edilsin. Yəni belə olanda valideynlər uşaqlarının repetitor yanında yox, məktəbdə hazırlaşmasına çalışacaqlar. Bu qızıl medalların ədalətlə verilməsi məsələsi də gündəmdə idi. İdman və bu cür xüsusi baxış tələb edən başqa fənlər istisna olmaqla əksər fənlərin attestat imtahanlarının TQDK tərəfindən keçirilməsi düşünülürdü. Belə olan halda, təbii ki, məktəblərdə qızıl medalların verilməsi ilə bağlı heç bir əyintiyə yol verilə bilməz",- deyə təcrübəli müəllimə vurğulayır.

Nə demək olar? Problemdən çıxmağın hətta qanunverici əsasları da, ilkin təcrübə də var - artıq attestat imtahanlarının bəziləri TQDK tərəfindən verilir. Sadəcə bu təcrübəni o biri fənlərə də şamil etmək üçün kiçicik bir addımın atılması qalır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3936   Tarix: 09 sentyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15.09.2021 1181
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz

BİG.AZ -a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir. İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhəti

11.09.2021 2055
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222