Dünyanın ən quraq səhrasına qar yağdı -Video
Dünyanın ən quraqlıq yerlərindən biri hesab edilən Çilidə gözlənlməyən hadisə baş verib. Burada Atakama səhrasına qar yağıb. Paytaxt Santyaqodan 1200 kilometr şimalda yerləşən səhranın yaxınlığındakı San Pedro qəsəbəsinin sakinləri son 30 ildə ilk dəfə bu cür güclü qar yağdığını bildiriblər. Yerli rəsmilər isə səhraya yağan qarın ətraf çaylarda daşqınlara səbəb ola biləcəyindən ehtiyatlanır. Yerli turizm agentlikləri San Pedroya gedən yolların təhlükəsizlik səbəbi ilə bağlandığını bildirir. Bölgədə evakuasiya xəbərdarlığı verilməsə də, mütəxəssislər yaxın günlərdə daha çox yağıntının olacağını proqnozlaşdırır.
BiG.Az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş