Koko-Şanelin 130 yaşı tamam oldu

Koko-Şanelin 130 yaşı tamam oldu"Sevərkən, mən bütövlükdə hisslərimin əsiri olurdum. Amma kişi ilə paltar arasında seçim etməyə gələndə mən paltraı seçirdim. Mən həmişə öz ehtirasıma qalib gəlmişəm. İş mənim üçün bir narkotika idi, amma mən inanmıram ki, Şaneli kişi olmadan kimsə tanıyardı" bu sözləri nüfuzlu "Şanel" brendinin qurucusu Koko-Şanel deyib.

Hər kəsə, hətta dəbdən uzaq insana belə bu ad tanışdır. 20-ci əsrin dəb əfsanəsi, kişilərin arzusuna çevrilən Fransa gözəli 1883-cü ildə Fransanın kiçik bir şəhərində anadan olub. Sərbəst müğənni kimi kafelərdən birində hərbiçiləri əyləndirməklə başlayan "Koko-Şanel" çox keçmir ki, dövrün dəbini 180 dərəcə dəyişən əfsanəvi qadına çevrilir. Sevgilisi, əslən yəhudi olan ingilis artistokratı Artur Keypelin dəstəyi ilə Şanel dövrünün yeni dəbini yaradır. Qadınları korset geyinməkdən çəkindirib, şalvar geyinməyi öyrədir, onların qara rəngli geyimlərə qarşı olan xofunu aradan qaldırmaq üçün bu rəngli modellərə üstünlük verir. Sevgilsinin ölümündən sonra Şanel dəbində yeni çalar yaranır. Həmin vaxtda Şanel anlayır ki, onun yaratdığı dəbi ətirsiz keçinə bilməyəcək.

"Mənim üçün elə bir süni ətir yaradın ki, o qadın ətrini versin". Deyilənə görə Şanel öz ətrini məhz bu prinsip əsasında yaradıb. 20-ci əsrin əvvələrində çiçək ətirləri ənənəvi sayılsa da Şanel 80 ətri qarışdırıb yeni Şanel yaratdı.

Bundan sonra hətta dünyaca məşhurların ayrılmaz hissəsi olan Şanel ətirləri təkcə kişilərin deyil, həm də qadınların həyatının ayrılmaz parçası olur. Şanel isə nəinki kişiləri, hətta qadınları da təəcübləndirməkdə davam edirdi.

Yeniliklər indi geyimlərin üzərindəki bəzəkləri idi. Dünya dəbində ilk dəfə "Koko Şanel" qiymətli və süni daşları qarışdıraraq geyimlərin üzərində sadə bəzəklər düzməyə başladı. Mirvari həmişə düzgündür- deyən Şanel ilk dəfə olaraq uzun sapa düzülən mirvariləri boyunbağı kimi taxmağı dəbə salır.

Həmişə portmanat gəzdirmək həvəsində olan Şanel çox keçmir ki, bu istəyini də reallaşdırmağın yollarını tapır. Öz kiçik əl çantasını uzun boyunbağa keçirdərək bu məsələni həll edir. Nə qədər klassik sayılsa da elə o dövrdən bu model qadınların kübar tədbirlərdə özü ilə götürdüyü əl çantası olur.

1950- 60 cı ilərdə Koko bir çox Hollivud studiyaları ilə əməkdaşlıq edir. Odri Xepbern, Liz Tgylor, kimi məşhurları geyimini müəyyən edir. 87 yaşında ürək tutmasından dünyasını dəyişən Şanel Lozannada dəfn olunub.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2228   Tarix: 19 avqust 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Telefonunuzu masanın üstünə ekranı aşağı qoymalısınız – SƏBƏB

Bəzi istifadəçilər smartfonlarını həmişə ekranı aşağı vəziyyətdə qoyurlar. Çox vaxt başqaları elə düşünür ki, smartfon sahibi bunu bəzi məlumatları onlardan gizləmək üçün edir. Hətta el arasında belə bir məsəl də var: "Görünür, o, zəng edənlərin adlarını görməyimizi istəmir". Ancaq çox vax

21.04.2024 481
.

NASA: "2024-cü ildə insanlar nadir kosmik fenomenin şahidi olacaqlar"

"2024-cü ildə Yer kürəsinin sakinləri nadir kosmik fenomeni müşahidə edə biləcəklər". Bunu ABŞ-nin Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) Ətraf mühit departamentinin rəhbəri Bill Kuk deyib. Kuk bildirib ki, bu il Yerdən üç min işıq ili uzaqlıqda ulduzda partlayış baş verəcə

20.04.2024 277
.

Niyə yazda günəş eynəyi taxılmalıdır? - MARAQLI FAKT

Bir çox mütəxəssis yaz aylarında eynəkdən istifadə etməyi məsləhət görürlər. BİG.AZ -a istinadən bildirir ki, yazda günəş işığı gözlərə daha çox zərər verir. Günəş eynəkləri gözlərinizi zərərli ultrabənövşəyi şüalardan qorumaqda əsas rol oynayır. Yaz aylarında, xüsusilə parlaq günəşli günlərdə ultrabənövşəy

20.04.2024 283
.

500 milyon insanı öldürən XƏSTƏLİK geri qayıdır

Təkcə 20-ci əsrdə təqribən 500 milyon insanın ölümünə səbəb olan çiçək xəstəliyi aradan qaldırılan yeganə insan xəstəliyidir. Bununla belə, Milli Elmlər, Mühəndislik və Tibb Akademiyaları (NASEM) tərəfindən hazırlanan "Çiçək xəstəliyinə qarşı tibbi mübarizə tədbirlərinin gələcək vəziyyəti"

14.04.2024 992
.

13 il əvvəl yoxa çıxan 14 yaşlı qız gözlənilmədən evə qayıtdı

2010-cu il oktyabrın 20-də ABŞ-ın Texas ştatının Amarillo şəhərciyində itkin düşən 14 yaşlı Cessika Delqadillo qəflətən evə qayıdıb. -ın xarici mediaya istinadən verdiyi xəbərə görə, o, 13 il əvvəl məktəbə gedib və bir daha geri qayıtmayıb. Valideynlər dərhal polisə müraciət etsələr də, axtarışlar he

21.04.2024 735
.

ABŞ alimlərindən ŞOK: "İnsan öləndən sonra ruh yaşamağa davam edir"

ABŞ-nin Arizona Universitetindən bir qrup alim britaniyalı həmkarları ilə birlikdə insan ölümündən sonra "yaşamağa" davam edən ruhun mövcudluğunu eksperimental olaraq təsdiqləyiblər. Doktor Stüart Hameroff və fizik Rocer Penrouz şüurun insan beyninin hüceyrələrindəki "mikroborucuqlardan"

21.04.2024 381
.

Yatmadan əvvəl 11 zeytun yeyin

Zeytunun insan sağlamlığına, o cümlədən toxumlarına və yarpaqlarına olan faydaları inanılmazdır. Xüsusilə Aralıq dənizi bölgəsində yetişən və ləzzətli dadı olan zeytunu səhərlər deyil, yatmazdan əvvəl istehlak etmək tövsiyə olunur. Bunun həm iman, həm də sağlamlıq baxımından faydaları var. Gənc qızları

18.04.2024 493
.

"Son qəpiyimi də sənə xərcləmişəm": Valideylərin uşaqlardan imtahan gözləntisi - ARAŞDIRMA

Hər ilin mart və iyun ayları 9-11-ci sinif şagirdlərinin həyatında ən gərgin vaxtdır. Bu zaman onlar gələcək yollarını müəyyən edən buraxılış və blok imtahanlarının həyəcanını yaşayırlar. Təəssüf ki, hər şagird bu böyük stressin öhdəsindən gələ bilmir. Mövzu ilə bağlı "Kaspi" qəzeti məqal

14.04.2024 404
.

"Toyota Prius"ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək? - VİDEO

"Toyota Prius"ların qiymətində az qala hər həftə ucuzlaşma müşahidə olunur. Son zamanlar əsasən taksidə istifadə edilən, yaşı 15-dən yuxarı olan "Prius"ları kütləvi satışa çıxarırlar. Bunun əsas səbəbi yeni qaydalara görə, iyulun 1-dən yaşı 15-dən yuxarı olan avtomobillərin taks

21.04.2024 283