Siqaretə son qoyaq

Siqaretə son qoyaqİllərdir alimlər siqaret çəkməyin Sağlamlığa zərəri haqda xəbərdarlıq edirlər. Buna baxmayaraq, bütün dünyada adamlar siqaret çəkməyə davam edir.

Ümumdünya Səhiyyə təşkilatının hesablamalarına görə, hər il təxminən beş milyona yaxın adam siqaret çəkməyin nəticəsində ölür. Bu rəqəm ildən-ilə artır. Təşkilat xəbərdarlıq edir ki, əgər problemin qarşısı alınmasa, 2020-ci ildə tütündən istifadə etmək nəticəsində 8 milyona yaxın adam həlak olacaq.

Birləşmiş Ştatlarda 46 milyona yaxın adam siqaret çəkir. Bu il Amerikada siqaret çəkmək nəitcəsində yaranmış xəstəliklərdən təxminən 440 min adamın öləcəyi gözlənilir. Tütün ağ ciyərlərdə xərçəng xəstəliyinin yaranmasının əsas səbəbkarı hesab edilir. Siqaret çəkmək habelə, ürək xəstəlikləri, iflic və xərçəng xəstəliklərinin digər formalarının yaranmasına gətirib çıxarır.

Bu barədə çox yazılıb, çox deyilib. Bəs tərkibində 3700 zərərli maddə olan zəhər mənbəyi haqqında bunları bilirsinizmi ?

Ancaq siqaretin zərərləri bunlarla bitmir. Siqaret - insanları bir növ narkotik maddə bənzəri özünə aludə edir. Tərkibində 3700 zərərli maddə var ki bunlardan da ən təhlükəliləri karbon monoksit, hidr ogen jen siyanid və ammonyakdır. Və bu zərərli maddələr siqaretlə birgə alınan hər nəfəsdə insan bədənini daha da çirklədir. Bunun sonunda isə astma, qaraciyər yanğısı, döş qəfəsi ağrıları ilə başlayan daha dərin xəstəliklər...

Amerika Xərçəng cəmiyyətinin bildirdiyinə görə, Birləşmiş Ştatlarda ağ ciyərdə xərçəng xəstəliyinin yaranmasına 87 faiz siqaret çəkmək səbəb olur. Ağız boşluğu, qida borusu, böyrək, dalaq və mə’dəaltı vəzidə xərçəng xəstəliyi çox hallarda siqaret çəkmək nəicəsində əmələ gəlir.

Ekspertlər söyləyirlər ki, təkcə siqaret çəkən adam deyil, siqaret tüstüsü ilə nəfəs alan adamlar da risk qarşısında olurlar. Hər il Amerikada siqaret çəkməyib onun tə’sirinə kənardan mə’ruz qalan 3 minə yaxın adam vəfat edir.

Siqaretə son qoyaqAmerika Xərçəng Cəmiyyətinin bildirdiyinə görə, siqaret çəkməyin zərərsiz yolu yoxdur. Daimi siqaret çəkən bir insanın ağız boşluğu xərçəngi tutma riski çox böyükdür. Bundan başqa duman bəzi diş əti xəstəliklərinə də səbəb ola bilər. Diş çürümələrinə və nəfəsin qoxmasına səbəb olur. Bundan əlavə daimi çəkənlərdə xroniki baş ağrıları da olur. Beynə gedən oksigen azalmaldığından beyin damarlarının daralması baş verir. İnsan bədənində siqaretin təsirinə biganə qala bilən heç bir orqan ya da hissə yoxdur.

Bu yazıda qısa bir səyahətlə siqaretin insan bədənindəki zərərlərini diqqətinizə çatdırmağa çalışacağıq..Nəfəs borusundan keçən tüstü ağciyərlərə enir. Tüstü tərkibindəki higrogen siyanid bronxların divarlarına ağır zərər verdiyinə görə xroniki öskürək yaranır. Bronxlar zəyiflədikcə məhz bu hissədə çoxlu sayda xəstəliklər yaranmağa başlayır. Siqaretin ürəyə verdiyi zərərlər isə bir sözlə məhvedicidir. Nikotin qan təzyiqini yüksəldir. Tərkibindəki karbon monooksid qandakı oksigeni yox edir. Bu səbəbdən damarlarda xolesterol toplanır ki bu da infarkt təhlükəsini birə beş artırır. Bununla yanaşı bədəndəki qan dövranı zəyiflədiyindən qanqren təhlükəsi də artmış olur. Yaranan yüksək təzyiq böyrəklərə də ciddi ziyan vurur.Adamlar siqareti çəkməyə başlayan kimi, onun mənfi tə’sirlərinə mə’ruz qalır. İnsanlar siqaretin tərkibində olan nikotinə alışırlar. Nikotin alkoqol və kokain qədər güclü tə’sirə malikdir. Siqaret çəkənlərin çoxu onun tə’sirlərindən xəbərdardır. Lakin siqareti atmaq asan iş deyil. Bə’zi adamlar siqareti tam ata bilmir və gündə bir neçə siqaret çəkirlər. Digərləri tərkibində nikotinin az olduğu, ya da mentol, nanəli siqaret çəkirlər. Ekspertlər deyir ki, nanəli siqaretin zərəri adi siqaretdən də çoxdur. Çünki sərinləşdirici tə’sirə malik olduğu üçün adamlar mentolu ağızlarında və tüstünü içəri çəkdikdə ağ ciyərlərdə daha çox saxlayırlar. Bu isə adi siqaretədən də təhlükəlidir. Siqareti birdəfəlik atmaq çoxlarına mümkün olmayan bir şey kimi görünür. Həkimlər, adətən, adamlara onu söyləyirlər ki, siqaret çəkməməklə ömrünüzü uzada bilərsiniz. Bundan başqa, özünüzü daha yaxşı hiss edəcəksiniz, yaxşı görünəcəksiniz. Siqareti atan kimi xərçəng xəstəliyinin yaranması ehtimalını aşağı salırsınız. Sonuncu siqareti atan kimi qan təzyiqi 20 dəqiqə ərzində normal səviyyəyə çatır. Bir gündən sonra infarkt keçirmə şansı azalır, bir ildən sonra isə ürək xəstəliklərinin inkişaf etməsi riski siqaret çəkən adamla müqayisədə yarıya enir. Siqareti atmaq üçün indi müxtəlif üsullardan istifadə edirlər. Məsələn, siqaret çəkən adam nikotini əvəz edən kiçik meterialı dərisinin altına yerləşdirir. Onlar tərkibində nikotin olan məhsulları çeynəyə də bilərlər. Siqaret çəkməyi dayandırmaq üçün müxtəfli başqa yollar da var.

Siqaretə son qoyaqAparılan tədqiqatlarda müəyyən olunmuşdur ki siqaret çəkən kişilərin 40 faizi heç yaşlılıq həddinə çatmadam həyatdan köçür. Müqayisə üçün onu da bildirək ki bu rəqəm siqaret çəkməyənlərdə 18 faizdir. lakin siqareti tərgitdiyiniz andan etibarən bədənə özünü təmir etməyə başlayır. Uzun müddət olsa 10 il ərzində bədən heç siqaret təsirinə məruz qalmamış kimi yenilənir. Ama siqaterin yuxarıda sadalanlarda əlavə bir çox zərərlərinin olduğunu və bunların kifayət qədər ciddi olduğunu nəzərə alsaq 10 il bədən üçün heç də çox deyil. Burada bə’zən eyni zamanda bir neçə vasitədən istifadə edirlər. Ekspertlər adamların siqareti atdıqda özlərini narahat hiss etdiklərini, bə’zən stres keçridiklərini söyləyirlər. Bə’zi adamlarda bu, baş ağrıları və mə’dədə ağrılarla müşayət olunur.

Siqaretə son qoyaqBəs niyə siqareti tərgitmək üçün onun nəsəs ciddi bir fəsadını gözləyirsiniz ?
Bu fəsadların çoxsunun da öldürücü olduğunu nəzərə alsaq siqareti tərgitmək üçün bundan yaxşı səbəb ola bilərmi ?
Hər şey sizin psixoloji hazırlıqdan asılıdır. Əgər birdəfəlik siqareti atmaq fikrindəsinizsə, ümidinizi itirməyin. Özünü təlqinlə məşğul olun, çalışın gələcək həyatınızın daha xoşbəxt olacağını düşünəsiniz. Nikotinin bir daha həyatınıza hakim olmayacağınızı özünüzə söyləyin. Sağlam həyat keçirməyə çalışın. Həftədə heç olmasa, iki dəfə qaçmağa, təmiz havada gəzməyə çalışın. Bir də gördünüz, bir gün gələcək və siz siqareti tamamilə atmış olacaqsınız. Yəqin ki, bunlara skeptik yanaşanlar var. Amma hər halda, sonda onu demək olar ki, alışqanı növbəti siqaretə yaxınlaşdırdıqda yaxşı fikirləşin, sağlam olmaq istəyirsinizmi?


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 13080   Tarix: 15 sentyabr 2010  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447