Mətbuatın caniyə "cani" demək hüququ

Mətbuatın caniyə "cani" demək hüququQatil "qatil", oğru "oğru", rüşvətxor "rüşvətxor" olduğunu eşitmək və oxumaq istəmir. Qatil qatilliyindən, oğru oğruluğundan, rüşvətxor rüşvətxorluğundan utanmır, amma "oğru", "qatil", "rüşvətxor" adlandırılmağından utanır. Daha doğrusu, utanmır, qəzəblənir.

Hər il onlarca jurnalistin təqib olunması, qətlə yetirilməsi, şikəst və rüsvay edilməsinin başlıca səbəbi də budur.

Hər il onlarca jurnalistin "şərəf və ləyaqətin" təhqiri üçün məhkəmələrdə süründürülməsinin, ağır cərimələr ödəməsinin və hətta həbsxanaya girməsinin də səbəbi budur.

"ŞƏRƏF VƏ LƏYAQƏT"

Bu da bir həqiqətdir ki, məhkəmələr çox vaxt şərəf və ləyaqəti olmayanların "şərəf və ləyaqətini" qorumalı olur. Bu məhkəmələrdə həmin bu "şərəf və ləyaqət"in cərimələr şəklində konkret pul qiyməti var. Oğurlanan və rüşvət alınan, fəqət qədəri bilinməyən pul kimi...

Bu günlərdə mətbuat qanunlarının sərtliyinə, yəni əsasən jurnalisti cəzalandırmaq qabiliyyətinə görə yaxşı tanınan Britaniya məhkəməsi misli görünməmiş qərar çıxarıb.

Məşhur "The Sunday Times" qəzetinə quldura "quldur" demək icazəsi verilib.

Qəzet 2010-cu il saylarından birində David Hunt adlı birisini cinayətkar şəbəkəyə rəhbərlikdə ittiham etmişdi. Həmin bu David Hunt da qəzeti "şərəf və ləyaqətinin" alçaldılması üçün məhkəməyə vermişdi.

POLİSDƏN CƏSARƏTLİ JURNALİSTİKA

Amma Britaniya hakimi Britaniya ədliyyəsi üçün misli görünməmiş bir hökm verdi. O qədər misli görünməmiş hökm ki, bu barədə bu gün az qala bütün Britaniya mətbuatı yazır.

Hakim – cənab Ədalət Saymon (bu, bizim aşıq Ədalətimiz deyil. Britaniyada hörmət əlaməti olaraq hakimlərin adlarının əvvəlinə əlavə olunan tituldur) iddiaçıya açıq-aşkar bildirdi ki, onun həqiqətən də "şərəf və ləyaqəti" yoxdur.

Hakim təhqiqatçı-jurnalist Michael Gillard-ı zəhmətinə və mərdliyinə görə təriflədi və belə dedi:

"Mən bu nəticəyə gəlmişəm ki, cənab Gillard-ın iddiaçını zorakı və qorxulu cinayətkar, qətl, narkotik maddələrin nəqli və fırıldaqçılıq kimi əməllərə bulaşmış mütəşəkkil cinayətkar şəbəkənin lideri adlandırması üçün kifayət qədər əsası olub".

"The Sunday Times" qəzetinin redaktor əvəzi Martin Ivens deyib ki, Londonda məşhur kriminal avtoritetə qarşı bu bahalı və riskli məhkəmə qələbəsi Michael Gillard-ın və bir neçə şahidin igidliyi nəticəsində mümkün olub.

Redaktor bildirib ki, jurnalist hakimiyyət orqanlarının 20 ildə edə bilmədiyini edib.
Cənab Hunt-ın öz adını "təmizləmək" cəhdi, əksinə, onun qaranlıq
keçmişinə, hələ 20 yaşlarında ikən "Snayperlər" adlanan kriminal qrupda cinayətkar əməllərə qoşulmasına işıq salıb.

QULDURDUR, QULDURBAŞI DEYİL

Maraqlıdır ki, jurnalist Gillard məqaləsini polis sənədləri əsasında yazıb. Bu sənədlərdən birində bələdiyyə polisi yerli icra hakimiyyətinə yazırdı ki, David Hunt-ın cinayətləri, sifarişli qətlləri törətmək və maliyyələşdirmək üçün imkanları və motivləri var.

Polis bunları bilə-bilə heç nə edə bilmirdi.

Hakim hökmü oxuyarkən jurnalistin mərdlikdən başqa, səriştəli olmasını və həssas informasiya ilə işləmək qabiliyyətini tərifləyib.

Lakin hakim bunu da qeyd edib ki, "The Sunday Times" Hunt-ın mütəşəkkil cinayətkar qrupun başçısı olduğunu sübuta yetirə bilməyib. Başqa sözlərlə, Hunt quldurdur, lakin onun quldurbaşı olduğunu isbat etmək mümkün deyil. Bu da tam təbiidir.

Çox vaxt "şərəf və ləyaqətini" təmizləməyə can atanların "şərəf və ləyaqəti" qorumaqda pərgar olan vəkilləri var. "Şərəf və ləyaqətlə" qazanıldığına şübhə olan puluna minnət.

mənbə: bakuinfo.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 587   Tarix: 08 iyul 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627
.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi

12.09.2021 5476
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424