Mənsum İbrahimov: Bu iş belə qalmayacaq – Müsahibə

Mənsum İbrahimov: Bu iş belə qalmayacaq – MüsahibəCəmiyyətdə çirkin insanlar var, onu-bunu ləkələməklə məşğuldurlar"

Xalq artisti, tanınmış muğam ifaçısı Mənsum İbrahimovun müsahibəsi:

-Mənsum müəllim, son günlər mətbuatda sizin haqqınızda xoşagəlməyən yazılar dərc olundu. Tələbənizin sosial şəbəkədə yazdığı qeyd ciddi qalmaqala səbəb oldu. Yazılanlara münasibətiniz necədir?

- Haqqımda yazılan yazıları sifarişli hesab edirəm. Deyir, "quru palçıq divara yapışmır". Hər kəs hamını yaxşı tanıyır. Bu iş belə qalmayacaq, nə vaxtsa üzə çıxacaq. Tələbəm də müsahibə verib. O deyilənlərin mənə aiddiyəti yoxdur. Boş şeydir. Cəmiyyətdə çirkin insanlar var, hansı ki, onu-bunu ləkələməklə məşğuldurlar. Mən belə bir tərbiyənin yiyəsi deyiləm. Şükür Allaha, mənim həyatım ictimaiyyət qarşısında üzdədir. Hamı məni tanıyır. Təbii ki, mənim özüm barəsində bu cür sözlər deməyim yaxşı deyil.

- Xanəndələr arasında sizinlə bağlı bir məlumat yayılıb. Deyilənə görə, "Muğam Mərkəzi"nə rəhbərlik etmək üçün namizədliyiniz irəli sürülüb…

- Mən bunu indi eşidirəm. Məlumatsızam.

- Yəni belə bir dəvət gəlsə, qəbul edərsiniz?

- Açığı, bu barədə düşünmürəm də. Müəlliməm, tələbələrim, teatrda işim çoxdur, xanəndə kimi səfərlərim də var. Bir söz deyə bilmərəm. Amma hər halda, belə bir təklif gəlsə, dəyərləndirərəm. Düşünməmişəm ki, mən hansısa vəzifəyə gedə bilərəm. Sənətimlə məşğulam. Dövlət münasib bilərsə, bu başqa məsələ.

- Yay aylarında hər hansı xarici səfəriniz gözlənilirmı?

- Bəli, hazırda iyulun 5-7-də baş tutacaq Dünya Musiqi Festivalına hazırlaşırıq. Festivaldan bizə dəvət gəlib.

- Bəs Azərbaycanda hər hansı konsert proqramınız gözlənilir?

- Biz buna həmişə çalışırıq. Amma bu günlərdə Heydər Əliyev Fondunun layihəsi olam "Muğam" müsabiqəsinə start verilib. Hazırda bu layihə üzərində böyük işlər gedir. Artıq müsabiqə ilə bağlı seçimlərə başlanılıb. Bir neçə rayonda olmuşuq. Demək olar ki, bütün günü bölgələrdə oluruq. Məqsədimiz muğam oxuyanların ən yaxşısını tapıb üzə çıxarmaqdır. Səs elə bir şeydir ki, hər gün yetişmir. Bunun üçün gözləmək lazımdır. Amma apardığımız seçimlər göstərir ki, yeni səslər var.

- Mütəxəssislər deyir ki, "Muğam müsabiqəsi" ən azı 5 ildən bir keçirilməlidir... Bu fikrə münasibətiniz necədir?

- Azərbaycan muğamının inkişafı üçün bu müsabiqə lazımdır. Uşaq məktəb bitirib, səsi də yetişib. Artıq onlar səhnəlikdir. Hesab edirəm ki, bu layihədə bir necə istedadlı uşaqları tapıb, üzə çıxararaq muğam sənətinə bəxş edəcəyik. Bundan əvvəl keçirilən müsabiqələrdə 10-dan çox muğam ifaçısı cəmiyyətə, musiqi dünyasına təqdim olundu. Onların hər biri xalq tərəfindən qəbul olundu.

- "Muğam" müsabiqəsinin budəfəki layihəsində münsiflər heyətində dəyişiklik olacaq?

- Yox, elə əvvəlki heyətdir.

- Mənsum müəllim, iddialar var ki, Muğam müsabiqəsinin keçmiş qalibi Elməddin İbrahimovun səhnəyə çıxmamağı üçün qadağa qoyulmuşdu. Bu, nə dərəcədə həqiqətdir?

- Qadağa söhbəti deyildi. Elməddinin səsi dəyişildi. Oğlanlarda 13-14 yaşından sonra səsdə problemlər yaranır. Buna keçid dövrü deyirlər. Yəni uşaq səsindən kişilik səsinə keçirlər. Ona görə, o uşaq istəsə də oxuya bilmir. 18 yaşından sonra səs yenidən açılır. Hazırda o, Heydər Əliyev Fondunun qayğısı ilə Müasir Təhsil Kompleksində təhsil alır. O, yenə də tələbəmdi, dərs keçirik, tədbirlərdə iştirak edir. Onun adı prezidentin qızıl kitabına düşüb. Yeri gəlmişkən bunu hökmən qeyd etməliyəm ki, muğam sənətinin inkişafında Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xidmətləri danılmazdır. Muğamın bu səviyyəyə gəlməsində, "Muğam" müsabiqələrinin keçirilməsində onun qayğısı misilsizdir.

mənbə: aznews.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Müsahibə   Baxılıb: 2859   Tarix: 06 iyul 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Küçə musiqiçisinə qız vermərəm"- Küçə musiqisi ilə məşğul olan Sərxan Əzizlə MÜSAHİBƏ

Hər bir ölkədə olduğu kimi son illər Azərbaycanda da küçə musiqisi inkişaf etməkdədir. Lakin bu sənətin inkişafına mane olanlar, dırnaqarası yanaşanlar var. Bu məqamda bir məsələni nəzərə almalıyıq ki, şəhərə gəzinti üçün çıxanda, yaxud da işdən yorğun evə qayıdanda qulağımıza gələn o həzin musiqi ruhumuz

25.01.2020 3632
.

Aytən Səfərova Yasamal İcra Hakimiyyətini tənqid etdi - Video

Aparıcı Aytən Səfərova Yasamal rayonu ərazisində yolun ortasına qurulan çadıra görə Yasamal Rayon İcra Hakimiyyətini tənqid edib. xəbər verir ki, o, bu çadıra görə insanların işə gecikdiyini vurğulayıb:. "Hər səhər "Space" TV-nin yanında yol bağlıdır. Yasamalın icra orqanları bu çadır

15.10.2019 2564
.

"Mənim ehtiyacım yox idi, aparmadım" - Xatun "Maşın Şou"da danışdı

Yeni mövsümü başlayan "Maşın Şou"nun iştirakçılarından biri olan Xatun maraqlı açıqlama verib. ölkə.az-a istinadən bildirir ki, ifaçı "Maşın Şou"nun daha öncəki mövsümü barədə bunları deyib:. "İstərdim ki, maşını layiq olan və ehtiyacı olan aparsın. Mənim ehtiyacım yox idi, aparmadım

02.10.2019 2215
.

"Efirə gəlib ayağını ayağının üstünə qoyub, divana yayılıb oturur" - tanınmış aparıcı Zaur Kamalla SƏMİMİ MÜSAHİBƏ

Onu efirdə çox sərt, hamının xətrinə dəyən biri kimi görürük. Fərqli taktikası var. Verilişə dəvət etdiyi qonaqlar ilə olan dialoqlara qulaq asanda çaşıb qalırsan ki, bunu şou xatirinə edir, yoxsa elə xasiyyəti belədir. Məncə, onun verilişlərini maraqlı edən də elə bu xüsusiyyətidir. Hərçənd buna gör

19.12.2019 6537
.

Ayan və qızından yeni - FOTO

Son günlər karantin rejimi ilə əlaqədar məşhurlar evlərindən, ailələrindən tez-tez paylaşımlar edirlər. xəbər verir ki, müğənni Ayan Babakişiyeva da mütəmadi olaraq qızı Selena ilə görüntülərini paylaşır. Ayanın son paylaşımı da Selena ilə fotosu olub. Onların fotosu diqqət çəkib. Samirə Qasımova

23.04.2020 5360
.

"Yüksək bal toplayan abituriyentlərin bizim Akademiyanı seçmələri sevindiricidir" - Zeynab Kazımova ilə MÜSAHİBƏ

Dövlət Gömrük Komitəsinin Akademiyasının İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Zeynab Kazımova -ın suallarını cavablandırıb. -Zeynab xanım, bilirik ki, bu il Dövlət Gömrük Komitəsinin Akademiyasına tələbə qəbulu artırılıb. Bundan əlavə, yeni bir ixtisas açılıb. Bu barədə məlumat verməyinizi istərdik

18.09.2019 2773
.

Günelin azərbaycanlı kişi müğənni ilə SƏMİMİ FOTOSU YAYILDI

Tanınmış müğənni Günel Zeynalovadan xəbər var. xəbər verir ki, müğənninin həmkarı Pərvin Lətifovla səmimi fotosu yayılıb. Fotonu Pərvin Lətifov instaqram hesabında paylaşıb. O fotoya belə şərh verib:. "Həqiqətən dəyərli insandır, oxumağı da heç də

05.03.2020 14411
.

İrina Şeykin büstqalterdə çəkdiyi "self"si 2 000-dən çox şərh topladı - FOTO

Rusiyalı supermodel İrina Şeyk "İntimissimi" markasından olan alt paltarında "selfi" paylaşıb. BİG.AZ-ın verdiyi xəbərə görə, "İnstagram" səhifəsinə yerləşdirilən makiyajsız fotoda 34 yaşlı model qara rəngli büstqalterdədir, boynunda isə "göz" formasında boyunbağ

08.07.2020 5471
.

"Hamımız hamilə olmalıyıq"

Əməkdar artist Elza Seyidcahan deputatlığa namizədliyindən bəhs edib. Axşam.az xəbər verir ki, "Hər şey daxil" verilişində qonaq olan müğənniyə aparıcı-prodüser Tarix Əliyev (Tolik) bunla bağlı suallar ünvanlayıb. Tolik bildirib ki, Seyidcahan artıq 500-dən çox imza toplayıb. Elza məsələ il

08.01.2020 2998