"İnternet media da Mətbuat Şurasının "qara siyahı"sına salınacaq"(Müsahibə)

"İnternet media da Mətbuat Şurasının "qara siyahı"sına salınacaq"(Müsahibə)Əflatun Amaşov: "Evlərin kimlərə verilməsinin Milli Mətbuat Günü ərəfəsində elan olunacağı gözlənilir"

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovun Publika.Az-a müsahibəsi:

-Jurnalistlərə veriləcək evlərlə bağlı Prezident Administrasiyasına göndərilən siyahıya cavab verilib?
-İlk olaraq onu deyim ki, Mətbuat Şurasının redaksiyalara müraciəti əsasında təqribən 90-a yaxın qəzet iclaslar keçirib. Onlar öz nümayəndələrinim siyahısını Mətbuat Şurasına təqdim ediblər. Təqribən 150-dən çox jurnalistin adı müxtəlif redaksiyalardan Mətbuat Şurasına daxil olan məktublarda öz əksini tapıb. Təqribən 70-ə yaxın müraciət isə fərdi qayadada daxil olub. Artıq biz həmin sənədləri ümumiləşdirmişik. Yəqin ki, bununla bağlı məsələ Milli Mətbuat Günü ərəfəsində açıqlanacaq.

Burada Mətbuat Şurasının missiyası ondan ibarətdir ki, yerlərdə iclasları təşkil etmək və şəffaflığı təmin etmək üçün öz nümayəndəsini göndərsin. O ki qaldı evlərin kimlərə verilməsinə, əlbəttə ki, bütün bu kimi məsələlər Prezident Administrasiyasında öz həllini tapacaq. Hazırda siyahı da Prezident Administarsiyasındadır. Milli Mətbuat Günü ərəfəsində siyahının elan olunacağı gözlənilir.

-İyulun 12-də Azərbaycan jurnalistlərinin VI qurultayının keçirilməsi planlaşdırılır. Qurultayda hansı yeniliklər gözlənilir?
-Hazırda bu qurultaya hazırlıq işləri həyata keçirilir. Qurultayda diqqət cəlb edən əsas məqamlardan biri ondan ibarətdir ki, artıq internet jurnalistika Azərbaycanda da vətəndaşlıq hüququ qazanıb. Vətəndaşların informasiya əldə etməsində internet jurnalistikanın xidmətləri danılmazdır. Bütün bunları nəzərə alaraq biz 6-cı qurultayda bu məsələni də gündəmə gətirəcəyik.

Qurultayda həmçinin internet media ilə bağlı da geniş müzakirələr aparılacaq. Onu qeyd edim ki, hazırda 10-a yaxın internet xəbər portalı Azərbaycan Mətbuat Şurasının üzvüdür. Mətbuat Şurasına üzv olmaq istəyən internet mediaların sayı da artmaqdadır. Digər Kütləvi İnformasiya Vasitələrində (KİV) olduğu kimi, internet medialarla bağlı da Mətbuat Şurasına şikayətlər daxil olur. Ayrı-ayrı vətəndaşlar internet mediada özləri ilə bağlı yalan informasiyaların getməsi barədə Mətbuat Şurasına şikayətlər ediblər. Həmin vətəndaşlar özlərinin şərəf və ləyaqətlərinin alçaldılması və təhqir olunmaları bağlı narazılıqlarını bildirirlər. Bütün bunları nəzərə alaraq çalışacağıq ki, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətində interner medianı təmsil edən nümayəndələr də olsun. Biz Mətbuat Şurasının bu sahəsinə də diqqət ayırılmasını planlaşdırırıq.

Mahiyyətcə internet jurnalistika da klassik jurnalistika kimi eyni missiyanı daşıyır və cəmiyyəti məlumatlandırır. Bu sahələr yalnız hüquqi baxımdan fərqlənirlər. Hüquqi baxımdan klassik jurnalistikanın qanunvericilik bazası olsa da, ancaq internet jurnalistika yeni sahə olduğu üşün həmin qanunvercilik ona şamil edilmir. Bu məsələ bir çox dövlətləri və beynəlxalq təşkilatları narahat edir. Ayrı-ayrı yerlərdə müəyyən müzakirələr aparılır. Hətta, bəzi dövlətlərdə, o cümlədən ABŞ və Avropanın bir sıra inkişaf etmiş ölkələrində bu məsələyə çox ciddi diqqət ayrılır və internet mediasında hər hansı nöqsanlar baş verirsə, adekvat addım kimi ciddi ölçülür götürülür. Bu baxımdan da Azərbaycanda da internet media qurumları arasında ardıcıl ciddi qanun pozuntuları aşkarlanarsa, o zaman həmin qurumlar da qəzetlər kimi "qara siyahı"ya salına bilərlər.

-Qurultayda Mətbuat Şurasının Nizamnaməsinə də dəyişikliklər gözlənilirmi?
-Nizamnamədə dəyişikliyi Qurultay edir. Çox güman ki, bir sıra dəyişiklər də baş versin. Əlbəttə ki, bir sıra dəyişikliklərin və qurultaya təkliflərin verilməsi planlaşdırılır. Bu təkliflər bir sıra məsələlərlə bağlı olacaq. Bunlardan biri də odur ki, qurultaya Mətbuat Şurasının Nizamnaməsində qəzetlər, jurnallar və informasiya agentlikləri yazılan yerlərin yanına interner media sözlərinin yazılması da təklif olunacaq. Bundan əlavə, qurultayda Mətbuat Şurası İdarə Heyətinin tərkibi ilə bağlı da təkliflər oluna bilər. Hesab edirəm ki, indiki məqamda Mətbuat Şurası internet medianın işinmi daha ciddi izləmək üçün İdarə heyətinin tərkibinə müəyyən dəyişikliklər edilməlidir. Bu, İdarə Heyəti tərkibinin artırılması və ya ayrıca qrupun yaradılması kimi də ola bilər. Mətbuat Şurası İdarə Heyətinin tərkibində internet media nümayəndələri üçün də müəyyən yerlər ayrıla bilər. Yəqin ki. Təşkilat Komitəsi olaraq biz bu kimi məsələləri jurnalistlərin geniş müzakirəsinə və 6-cı qurultaya çıxaracağıq.

mənbə: publika.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Müsahibə   Baxılıb: 2269   Tarix: 05 iyul 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Gülbahar Şükürlünün VƏZİYYƏTİ PİSLƏŞDİ - Heç kimi tanımır

Əməkdar artist Gülbahar Şükürlünün vəziyyəti daha da pisləşib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, ailə üzvləri bir neçə gün bundan əvvəl başında onkoloji şiş tapılan qarmon ifaçısının nitqini itirməyə başladığını deyib. "Vəziyyətini stabil saxlaya bilmirik. Xəstəxanaya getmir. Qusmalar

14.09.2020 5898
.

"Qarabağ atları dünyanın ən qədim cinsə mənsub atları hesab olunur"-MÜSAHİBƏ

Hər il Rusiyada "Equiros" beynəlxalq atçılıq sərgisi keçirilir. Bu il "Unicorn Challenge" şirkəti "Equiros" şirkətinə Azərbaycan Atçılıq Federasiyasına dəvətnamə təşkil etmək üçün təşəbbüs etdi. Noyabrın 28-dən dekabrın 1-dək Rusiyanın paytaxtı Moskvadakı "Sokolniki"

28.12.2019 3817
.

"Vəzifəli adamların övladlarından yekəxanalıq öyrənmişəm"

Müğənni İlqar Xəyal AzTV-də yayımlanan "Gün başladı" proqramında qonaq olub. BİG.AZ xəbər verir ki, ifaçı veriliş zamanı dostluq münasibətlərindən söz açıb:. "Bəzi insanlar var ki, mənfəət güddükləri insana salam verirlər. Yaxud düşünürlər ki, həmin insanla ünsiyyətdə olsalar onun vasitəsil

13.11.2019 2270
.

"Nəsimini bərbad hala salan Afət"

Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızını ələ salıb. Axşam.az xəbər verir ki, bu haqda ifaçı "Zaurla Günaydın" verilişində danışıb. "Nəsimini bərbad hala salan Afət var. Demişdi ki, yatdım yuxuda Nəsimini gördüm. Dedi, bu şeirə mahnı oxu" deyə, Kərimova söyləyib

30.11.2019 3083
.

Azərbaycanlı model hovuzda istirahət görüntülərini yaydı - VİDEO

"Best fashion model 2017" və "Miss Europe 2018" gözəllik yarışlarının qalibi, gözəlliyi və cazibədarlığı ilə əks cinsin nümayəndələrini valeh edən Samirə Ağayeva istirahət görüntülərini yayıb. xəbər verir ki, o, görüntülərini "Instagram" hesabında paylaşıb. Bikinidə ola

07.07.2020 4695
.

Günelin azərbaycanlı kişi müğənni ilə SƏMİMİ FOTOSU YAYILDI

Tanınmış müğənni Günel Zeynalovadan xəbər var. xəbər verir ki, müğənninin həmkarı Pərvin Lətifovla səmimi fotosu yayılıb. Fotonu Pərvin Lətifov instaqram hesabında paylaşıb. O fotoya belə şərh verib:. "Həqiqətən dəyərli insandır, oxumağı da heç də

05.03.2020 14411
.

"Sosial şəbəkədə yoldaşımın qaşlarını müzakirə edirlər" - Aparıcı Aytəkinlə SƏMİMİ MÜSAHİBƏ - FOTOLAR

ın növbəti müsahibi, "Xəzər" televiziyasında yayımlanan "Evdəkilərə salam" proqramının aparıcısı Aytəkin Mərdanovadır. Aytəkin xanımla etdiyimiz səmimi müsahibəni təqdim edirik:. Aytəkin xanım, xoş gəlmisiniz. Təəssüf ki, ölkədəki vəziyyəti nəzərə alaraq, sizinlə uzun aradır görüş

27.04.2020 40043
.

Ciddi münasibətlər üçün ƏN YAXŞI tanışlıq saytları - REYTİNQ

"Mashable" portalı ciddi münasibətlər qurmaq istəyənlər üçün nəzərdə tutulan ən yaxşı tanışlıq saytlarının reytinqini tərtib edib. BİG.AZ-ın -ya istinadən verdiyi xəbərə görə, birinci yerdə saytıdır. 1995-ci ildə istifadəyə verilən sayt altı ay ərzində qeydiyyatdan keçən hər kəsin özünə həya

21.02.2020 23053
.

"Diktafona oxunub, sonra da aranjemanın gücü ilə ortaya çıxarılan mahnıların ömrü az olur"-Bəstəkarla MÜSAHİBƏ

Musiqi insanın psixikasına fəal təsir edən incəsənət növlərindən biridir. Bədii zövqü tərbiyə etmək üçün sağlam musiqi dinləmək vacibdir. Bu işdə dinləyicinin seçimi qədər, bəstəkar və ifaçıların da rolu böyükdür. Bu gün Azərbaycan musiqisində ömrü bir ay olmayan mahnılar olduqca çoxdur. Bəs niyə uzunömürl

05.02.2020 5601