"Taksi" əfsanəsi Peugeot 406 haradadır?

"Taksi" əfsanəsi Peugeot 406 haradadır?"Taksi" əfsanəsi Peugeot 406 haradadır?"Taksi" əfsanəsi Peugeot 406 haradadır?"Ey, bavariyalılar, hələ də traktorda gəzirsiz?!" taksist Danielin bu zarafatının "Taksi" filminə 2 milyon dollara başa gəldiyini bilirdiniz? Fransız emosional dizaynını alman praktikliyinə qarşı qoyan qəhrəmanın dedikləri Mercedes firmasının xətrinə dəysə də, tamaşaçılara zərrə qədər də təsir göstərmədi. Gözləri önündə 38 avtomobil "əzik-üzük" olan"Taksi" tamaşaçısı filmdən gözlədiyi emosiyanı ala bildi. Təkcə ilk seriyasına 100-dən artıq avtomobilin çəkildiyi film müxtəlif ölkələrin– alman, fransız, italyan, yapon, amerikan avtomobil sənayelərinin yarış meydanına çevrildi və tamaşaçı gülüşünə drayv həzzi qatdı.

Doğrudur, növbəti filmlərdə modellərin sayı 30-40-a endirildi. Amma bu, baş qəhrəmanın avtomobilinə şöhrətlənməyə mane olmadı. "Taksi"nin baş qəhrəmanı olan fransız brendi Peugeot-nun modelləri isə dünya şöhrəti qazandı. Birinci "Taksi"də radiator torunda oynaq şir təsviri olan 15 model çəkildi. Standart, 3 l mühərrik həcmli, 207 at gücü olan, 240 km/saat maksimal sürətli Peugeot 406 əfsanəvi avtomobilə çevrildi. Avtomobil obraza elə yapışdı ki, filmin əsas qəhrəmanlarından biri oldu. Yeri gəlmişkən, marsellilər aktyor Sami Naserinin Daniel obrazının turistlərə təsirindən xeyli narazıdırlar. Axı marsellilər özləri, xüsusilə də taksi sürücüləri yolda mədəni olduqları halda, turistlər yollarda avtoxuliqanlıq edirlər! Amma bu narazılıq Marsel şəhərinə "Taksi" filmi hesabına turistlərdən pul qazanmağa mane olmur. Marselə səyahət edənlərə filmin çəkildiyi hissələrə ekskursiya təklif edilir.Peugeot 406-ya gəldikdə isə, bu model artıq tarixi əfsanədir. O, 2000-ci ilin ortalarında realda da, filmdə də yerini Peugeot 407-yə verdi. 2010-cu ildən isə Peugeot həmin modelin ən gözəl xüsusiyyətlərini daha da modernləşdirərək 508-i yaratdı. Geniş ailə sedanı olan Peugeot 508 yüksək təhlükəsizliyə (Avropa Yeni Avtomobillərin Qiymətləndirilməsi Proqramı – Euro NCAP üzrə 5 ulduz), karbon qazının minimal emissiyasına, müasir multimedia və naviqasiya sisteminə, modern idarəetməyə və daha sanballı dizayna malikdir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 8511   Tarix: 20 iyun 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814