Rəqsanə klip çəkilişini təxirə saldı

Rəqsanə klip çəkilişini təxirə saldı

Müğənni Rəqsanə İsmayılova Türkiyədə növbəti layihələrə hazırlaşır.

Artıq albomu hazır olan sənətçi hələlik klip çəkilişini təxirə salıb. Türkiyədəki məlum durum səbəbindən bu addımı atan sənətçi çəkilişlərin yaxın həftələrdə baş tutacağını söyləyib.

Albom həm Türkiyə telekanallarında, həm də Bakıda təqdimata çıxarılacaq:

“Bu Ramazan ayında baş verəcək. Hazırda yeni fotosessiyamdan ibarət çarx hazırlanır. Klip hazır olan kimi albomla birlikdə həmin çarxla birlikdə ekranlara anons şəklində çıxarılacaq. Bunun ardınca Türkiyənin maqazin verilişlərində sujetlər hazırlanacaq. Eyni zamanda Azərbaycanda da təqdimat keçiriləcək”.

Rəqsanə Türkiyədə aparıcılıq edəcəyini də deyib. Sənətçi həftənin 4 günü efirdə olacaq:

“Bir gün İstanbuldan” adlanan verilişdə qonaq siyahısını türkiyəli və bizim yerli ulduzlar təşkil edəcək. Hələlik verilişin yayımlanacağı telekanalın adı açıqlanmır. Verilişdə canlı orkestr sənətçiləri müşayiət edəcək”.


mənbə: axsam.az

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 1157 Tarix: 13.06.2013



Unvan.az - elanlar sayti


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər