BMW-ni bəzədilər (Foto)

"Vorsteiner" atelyesi yeni nəsil kompakt sedan F30 banında „BMW 3-Series"-in satışdan sonrakı tamamlanması proqramının ilkin məlumatları ilə bölüşdü.Hal-hazırda tüner tüninq-paketin son aksessuarları üzərində işi başa çatdırır və yaxın günlərə öz əsərini rəsmi surətdə təqdim etməyə hazırlaşır. Təqdim olunan rəsmlər tüninq olunmuş avtomobilin yalnız eksteryerinin dizaynı ilə tanış olmağa imkan verir. Lakin "Vorsteiner" texniki qovşaqların məhsuldarlığını yaxşılaşdırmaq üçün də paket hazırlamağa söz verib.

Seriya modelini eksklüziv dördqapılı sportkara çevirmək üçün "Vorsteiner" şirkətinin dizaynerləri qabaq bamperin aşağı dodağı, astanaların yan qoymaları, arxa bamperin diffuzoru və yük yerinin kiçik spoyleri daxil olan yeni bodi-kit hazırlayıblar. Aerodinamik asmanın karbon lifindən hazırlanmış detalları avtomobilin kütləsini demək olar ki, artırmayıb, lakin onun aerodinamikasını xeyli yaxşılaşdırıb.

"BMW 3-Series" sahiblərinə həmçinin 19 və 20 düymlük Flow Forged diskləri, dördborulu paslanmayan qazçıxma borusu və asılqanı aşağı salmaq üçün detal dəsti əlverişli olacaq.

mənbə: auto.az

BMW-ni bəzədilər (Foto)BMW-ni bəzədilər (Foto)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Foto   Baxılıb: 2207   Tarix: 13 iyun 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti