TQDK imtahan keçirir
Rus bölməsi abituriyentləri "Azərbaycan dili" fənnindən imtahan verirlər.Tələbə Qəbulu üzrə Dövlət Komissiyasın (TQDK) bu gün rus bölməsi abituriyentləri üçün "Azərbaycan dili" fənni üzrə imtahan keçirir. Komissiyadan verilən məlumata görə, imtahan Azərbaycanın 10 şəhərində- Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Şəki, Ağcabədi, Göyçay, Lənkəran, Şirvan və Quba şəhərlərində keçirilir.
İmtahanda iştirakı nəzərdə tutulan 8407 abituriyentdən 3611 nəfəri oğlan, 4796 nəfəri qızdır. 5779 abituriyent orta ümumtəhsil müəssisələrinin builki məzunu, 2628 nəfər isə əvvəlki illərin məzunlarıdır. 22 abituriyent ali təhsil müəssisələrinin məzunları, 281 abituriyent isə orta ixtisas təhsil müəssisələrinin məzunlarıdır. Ən yaşlı abituriyent 1970-ci il təvəllüdlü, ən gənc abituriyent isə 1998-ci il təvəllüdlüdir.
İmtahanın idarə olunması üçün 61 imtahan rəhbəri, 670 nəzarətçi müəllim ayrılıb.
Bakı şəhərində 5363, Naxçıvanda 36, Gəncədə 944, Sumqayıtda 539, Şəkidə 371, Ağcabədidə 98, Göyçayda 268, Şirvanda 177, Lənkəranda 141, Qubada isə 470 nəfər abituriyentin imtahan verməsi nəzərdə tutulub.
İmtahan Bakı şəhərində 9 , Naxçıvanda 1 , Gəncədə 2, Sumqayıtda 1, Şəkidə 1, Ağcabədidə 1, Göyçayda 1, Şirvanda 1, Lənkəranda 1, Qubada isə 2 binada keçirilir.
Mayın 19-da keçirilən "Azərbaycan dili" fənni üzrə imtahanda "Elektron ərizə"lərini 10 may saat 12:00-a kimi təsdiq etdirmiş rus bölməsinin abituriyentləri iştirak edirlər. "Elektron ərizə"lərini 10 may 2013-cü il tarixindən sonra təsdiq etdirən rus bölməsi abituriyentləri "Azərbaycan dili" fənni üzrə 2013-cü il iyunun 23-də keçiriləcək növbəti imtahanda iştirak edəcəklər.
İmtahan 45 dəqiqə ərzində aparılır və abituriyentlərə "Azərbaycan dili" fənnindən 30 test tapşırığı təqdim edilir. Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticələrinə təsir göstərmir. İmtahanın nəticəsi "məqbul" və ya "qeyri-məqbul"la qiymətləndirilir, məqbul" alanlar qəbul imtahanlarına buraxılırlar. Abituriyentin "məqbul" alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.
Mayın 19-da keçirilən imtahanda "qeyri-məqbul" qiyməti alan, həmçinin müxtəlif səbəblər üzündən imtahanda iştirak etməyən abituriyentlər 2013-cü il iyunun 23-də keçiriləcək növbəti "Azərbaycan dili" imtahanında iştirak edə bilərlər.
mənbə: anspress.com
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1778 Tarix: 19 may 2013
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İsrail ordusu Livanın cənubundakı hava hücumunda 15 Hizbullah terror təşkilatının üzvünü öldürüb
İsrail Müdafiə Qüvvələri Livanın cənubunda quru əməliyyatları zamanı həyata keçirilən hava hücumunda 15 Hizbullah terror təşkilatının üzvünü öldürdüyünü bildirib. BİG.AZ The Times of İsrael-ə istinadən xəbər verir ki, Livanın cənubunun qərb sektorunda 146-cı diviziyanın qoşunları əməliyyat zonalarınd
03.04.2026 232 Küveyt dövlət mediası İranın pilotsuz təyyarələrinin hücumuna görə neft emalı zavodunda yanğın baş verdiyini bildirib
Dövlət mediasının verdiyi məlumata görə, cümə günü Küveytin milli neft şirkətinə məxsus neft emalı zavoduna edilən dron hücumu nəticəsində bir neçə bölmədə yanğın baş verib. BİG.AZ The Times of İsrael-ə istinadən xəbər verir ki, rəsmi KUNA xəbər agentliyi bildirib ki, "Küveyt Neft Korporasiyas
03.04.2026 250 İran ABŞ-a məxsus F-35 təyyarəsini vurduğunu iddia edir
İran Silahlı Qüvvələrinin Baş Qərargahı ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-35 Lightning II qırıcı təyyarəsinin İranın mərkəzi səmasında vurulduğunu iddia edib. " xəbər verir ki, TASS-ın məlumatına görə, bu barədə İran dövlət televiziyası məlumat yayıb. Bəyanatda qeyd olunur: "ABŞ Hərbi Hav
03.04.2026 234 İntensiv yağış yağacaq
Aprelin 4-də intensiv yağış yağacaq, güclü külək əsəcək. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhərdən bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayr
03.04.2026 359 Elnarə Abdullayeva polisə müraciət etdi
"Bu gün "102"yə zəng etmişəm, sonra da polis bölməsinə gedib ərizə yazmışam". Bunu -a açıqlamasında Əməkdar artist Elnarə Abdullayeva deyib. O qeyd edib ki, sosial şəbəkədə tanımadığı bir xanım onun haqqında əsassız və həqiqətə uyğun olmayan fikirlər yazıb. "Kim olduğunu, n
03.04.2026 409 Yadplanetlilər bənövşəyi rəngədidirlər? - Yeni ARAŞDIRMA
Yer xaricində həyatın axtarışı alimləri onun necə görünə biləcəyi ilə bağlı ənənəvi fikirləri yenidən nəzərdən keçirməyə vadar edir. Yeni araşdırmalar göstərir ki, yadplanetli orqanizmlər Yer bitkiləri kimi mütləq yaşıl olmayacaq. xarici mediaya istinadən xəbər verir ki, alimlər Yer xaricində həyat formalarını
03.04.2026 238 Mirça Luçesku infarkt geçirdi
Bu yaxınlarda xəstəxanaya yerləşdirilən təcrübəli məşqçi Mirça Luçeskunun infarkt keçirdiyi açıqlanıb. Rumıniya milli komandasının məşq bazasında halı pisləşən və təcili xəstəxanaya aparılan Mirça Luçeskunun səhhətindəki problemlərlə mübarizə apardığı açıqlanıb. -ın xarici mediaya istinadən xəbərin
03.04.2026 236 Növbəti yarımfinalçı kim olacaq?
ATV-nin "Kəlmə-Kəlməyə" meyxana şousunda növbəti yarımfinalçının adı məlum olacaq. xəbər verir ki, Kərim Kərimov və Cəlil Əliyevdən sonra 3-cü yarımfinalçının adı bu həftənin şənbə günü keçiriləcək görüşdə məlum olacaq. Belə ki, ¼ mərhələnin 3-cü görüşündə Nəsimi Allahverdiyev və Fariz Zeynalo
03.04.2026 260 Azərbaycanın "Avroviziya"dakı çıxış nömrəsi açıqlandı
Avropa Yayım İttifaqı (EBU) Avstriyanın paytaxtı Vyanada keçiriləcək "Avroviziya-2026" mahnı müsabiqəsinin yarımfinalları üzrə çıxış ardıcıllığını elan edib. "Qafqazinfo" xəbər verir ki, püşkatmanın nəticələrinə əsasən, mayın 12-də baş tutacaq birinci yarımfinalda səhnəyə ilk olara
03.04.2026 286