Türkiyə bu rəzalətə görə yayımı dayandırdı (Video)

Türkiyə bu rəzalətə görə yayımı dayandırdı (Video)"Eurovision 2013" mahnı müsabiqəsinin dünən baş tutan II yarımfinalında lesbi təbliğatı olub."Eurovision 2013" mahnı müsabiqəsinin dünən baş tutan II yarımfinalında lesbi təbliğatı olub. Finlandiya təmsilçisi Krista Sieqfrids çıxışının sonunda rəqqasə qızlardan biri ilə dodaq-dodağa öpüşüb.

Hətta Türkiyə efirdə yolverilməz görüntülərin yer alması səbəbindən ikinci yarımfinalın yayımını yarımçıq dayandırıb.

Krista Sieqfridsin təqdim etdiyi "Marry Me" (Evlən mənimlə) adlı mahnısında oğlanın ona evlənmə təklifi etməsi üçün hər şey edə biləcək bir qadının hisslərindən danışılır. Amma iki qadının öpüşməsi ilə mahnının məramının dəyişilir.

27 yaşlı müğənni final mərhələsinə keçərsə eynicinsli nikahları dəstəkləmək məqsədilə səhnədə bir qadın vokalçı ilə dodaq-dodağa öpüşməkdən savayı daha nələrsə edəcəyini deyib. "Eurovision" Mahnı Müsabiqəsinin qaydalarına görə iştirakçılar səhnədə siyasi mesajlar verə bilməzlər. Ancaq Finlandiya təmsilçisi Krista Siegfrids bu qadağanı keçməkdə qərarlıdır. O, ölkəsində eynicinsli nikahlara icazə verilməməsini "Eurovision"da protest etmək qərarındadır.

Müğənni, "Bu hərəkətim homofobik (eynicinslərə qarşı nifrət) insanları əsəbləşdirə bilər. Amma final performansımda daha bir sürpriz planlayıram. Yarışma canlı olduğundan kimsə məni durdura bilməyəcək", deyib. Kristanın bu addımı ilə İngiltərədəki eynicinsli dərnəklərin səslərini qazanmağı hədəfləyir.

Qeyd edək ki, İsveçin Malmö şəhərindəki "Malmö Arena" konsert zalında beynəlxalq "Eurovision-2013" mahnı müsabiqəsinin ikinci yarımfinalı keçirilib. Müsabiqənin ikinci yarımfinalında 17 ölkə – Latviya, San-Marino, Makedoniya, Azərbaycan, Finlandiya, Malta, Bolqarıstan, İslandiya, Yunanıstan, İsrail, Ermənistan, Macarıstan, Norveç, Albaniya, Gürcüstan, İsveçrə, Rumıniya təmsilçiləri çıxış ediblər. Finala Macarıstan (ByeAlex), Azərbaycan (Fərid Məmmədov), Gürcüstan (Sofo Qelovani və Nodiko Tatişvili), Rumıniya (Çezar), Norveç (Marqaret Berger), İslandiya (Eytour İnqi Günnlöygsson), Ermənistan ("Dorians"), Finlandiya (Krista Sieqfrids), İsveçrə ("Takasa"), Malta (Canluka Bezzina) və Yunanıstan ("Koza Mostra" və Aqafonas İakovidis) müsiqiçiləri finala vəsiqə qazanıblar.

mənbə: anspress.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 15004   Tarix: 17 may 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390
.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740