Ən yaşlı abituriyentin 43 yaşı var

Ən yaşlı abituriyentin 43 yaşı varTələbə Qəbulu üzrə Dövlət Komissiyası 2013-cü il mayın 19-da Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Şəki, Ağcabədi, Göyçay, Lənkəran, Şirvan və Quba şəhərlərində rus bölməsi abituriyentləri üçün "Azərbaycan dili" fənni üzrə imtahan keçirəcək.

Qurumun mətbuat xidmətindən verilən məlumata görə, abituriyentlər "İmtahana buraxılış vərəqəsi"ni mayın 13-dən etibarən TQDK-nın internet saytına daxil olaraq çap edə bilirlər.

İmtahanda iştirakı nəzərdə tutulan 8407 abituriyentdən 3611 nəfəri oğlan, 4796 nəfəri qızdır. 5779 abituriyent orta ümumtəhsil müəssisələrinin bu ilki məzunu, 2628 nəfər isə əvvəlki illərin məzunlarıdır. 22 abituriyent ali təhsil müəssisələrinin məzunları, 281 abituriyent isə orta ixtisas təhsil müəssisələrinin məzunlarıdır. Ən yaşlı abituriyent 1970-ci il təvəllüdlü, ən gənc abituriyent isə 1998-ci il təvəllüdlüdir.
İmtahanın idarə olunması üçün 61 imtahan rəhbəri, 670 nəzarətçi müəllim ayrılmışdır.

Bakı şəhərində 5363 , Naxçıvanda 36 , Gəncədə 944, Sumqayıtda 539, Şəkidə 371, Ağcabədidə 98, Göyçayda 268, Şirvanda 177, Lənkəranda 141, Qubada isə 470 nəfər abituriyentin imtahan verməsi nəzərdə tutulmuşdur.

İmtahan Bakı şəhərində 9 , Naxçıvanda 1 , Gəncədə 2, Sumqayıtda 1, Şəkidə 1, Ağcabədidə 1, Göyçayda 1, Şirvanda 1, Lənkəranda 1, Qubada isə 2 binada keçiriləcəkdir.

Abituriyentlər imtahana gələrkən mütləq aşağıdakı sənədləri özü ilə gətirməlidirlər:
- İmtahana buraxılış vərəqəsini;
- Şəxsiyyəti təsdiq edən sənədin əslini:

- İmtahan bütün şəhərlərdə eyni vaxtda- saat 13:00-da başlanır.

Mayın 19-da keçiriləcək "Azərbaycan dili" fənni üzrə imtahanda "Elektron ərizə"lərini 10 may 2013-cü il saat 12:00-a kimi təsdiq etdirmiş rus bölməsinin abituriyentləri iştirak edəcəklər. "Elektron ərizə"lərini 10 may 2013-cü il tarixindən sonra təsdiq etdirən rus bölməsi abituriyentləri "Azərbaycan dili" fənni üzrə 2013-cü il iyunun 23-də keçiriləcək növbəti imtahanda iştirak edəcəklər.

İmtahan 45 dəqiqə ərzində aparılır və abituriyentlərə "Azərbaycan dili" fənnindən 30 test tapşırığı təqdim edilir. Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. İmtahanının nəticəsi "məqbul" və ya "qeyri-məqbul"la qiymətləndirilir, məqbul" alanlar qəbul imtahanlarına buraxılırlar.bituriyentin "məqbul" alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.

Mayın 19-da keçirilən imtahanda "qeyri-məqbul" qiyməti alan, həmçinin müxtəlif səbəblər üzündən imtahanda iştirak etməyən abituriyentlər 2013-cü il iyunun 23-də keçiriləcək növbəti "Azərbaycan dili" imtahanında iştirak edə bilərlər.

mənbə: xeber24.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1625   Tarix: 14 may 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Bu barədə Ermənistan parlamentinin deputatı Qarnik Danielyan məlumat verib. Ermənistan Müdafiə Nazirliyindən bildirilib ki, hərbçi mina partlayışı nəticəsində xəsarət alıb. Onun həyatı üçün heç bir təhlükə yoxdur. Hərbçini

25.04.2024 329
.

Suren Papikyan Avropa Şurasının Yerevan ofisinin rəhbərinin başçılıq etdiyi nümayəndə heyətini qarşılayıb

Ermənistanın müdafiə naziri Suren Papikyan Avropa Şurasının Yerevan ofisinin rəhbəri Maksim Lonqanqenin başçılıq etdiyi nümayəndə heyətini qarşılayıb. xəbər verir ki, bu barədə erməni mətbuatı bildirib. Görüş zamanı AŞ-nin İrəvandakı ofisi tərəfindən "Ermənistan Silahlı Qüvvələrində insan hüquqlarını

25.04.2024 207
.

Dünyanın ən gənc həkimi: 17 yaşında

Ümumiyyətlə, həkim peşəsinə yiyələnən şəxsin çox gənc yaşda ola bilməyəcəyini hər birimiz bilirik. Axı əvvəlcə məktəbi bitirməli, 5-6 il tibb universitetində oxumalısan. Ali tibb təhsili diplomu alan insanlar ən azı 22-23 yaşda olurlar. xarici KİV-ə istinadən xəbər verir ki, ancaq bu qaydanın istisnalar

25.04.2024 592
.

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib. Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqlarında toz və kir olduğunu qeyd edir. Onlar bu kimi halların xəstəlik mənbəyi olduğunu bildirərək məsələnin tezliklə həll edilməsini istəyiblər. Məsələ ilə bağl

25.04.2024 276
.

İsrail əsgərləri 12 fələstinlini əsir götürüb

İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilində 12 fələstinlini əsir götürüb. xəbər verir ki, İsrail ordusunun İordan çayının qərb sahilinin Tulkərim, Ramallah, Hebron və Qüdsdə keçirdiyi basqınlarda biri uşaq və keçmiş məhbusların da olduğu ən azı 12 fələstinlini nəzarətə götürdüyü bildirilib

25.04.2024 207
.

O, 24 ildən sonra Aygün Kazımova ilə GÖRÜŞDÜ - VİDEO

Xalq artisti Aygün Kazımova 24 il əvvəl "Şəklimi çəkə-çəkə" mahnısının klipindəki tərəf müqabili Şamil Muradovla bir araya gəlib. bizim.media-ya istinadən bildirir ki, ikilinin görünüşü el şənliklərinin birində baş tutub. Toyda səhnə alan Aygünə aparıcı tərəfindən gözlənilməz sürpriz olunub

25.04.2024 908
.

Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - Video

Xəbər verdiyimiz kimi, 24 il əvvəl ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, Minsk Qrupunun həmsədri Keri Kavano tərəfindən ulu öndər Heydər Əliyevə təsəlli olaraq təqdim olunan Ağdam Cümə məscidinin bir parça daşı məscidə qaytarılıb. "Qafqazinfo"nun məlumatına görə, həmin həssas anlar

25.04.2024 560
.

Fenomenlərin həbsi məktəbdə səhnələşdirildi, tənqid olundu - Video

Türkiyədə 23 aprel - Milli Suverenlik və Uşaq Bayramında məktəblərdən birində lentə alınan görüntülər müzakirələrə səbəb olub. Axşam.az xəbər verir ki, məktəbdə kiçik siniflərdə təhsil alan uşaqlarla "Enerci" mahnısı sədaları altında həbs olunan fenomenlər canlandırılıb. Belə ki, məktəblilə

10:15 148
.

Qazaxıstanda zəlzələ olub

Qazaxıstanda zəlzələ olub. BİG.AZ xəbər verir ki,zəlzələ 4,4 maqnitudalı zəlzələ baş verib. Bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Zəlzələ Almatı şəhərindən 760 km şimal-şərqdə yerləşib. Hadisə zamanı xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb

25.04.2024 165