"Dilbər" 200 milyon avroya başa gəlib (Fotolar)

"Forbes" Rusiya milyarderlərinin yaxtalarını açıqlayıb. Əsasən Almaniya, Hollandiya,İtaliya və Xorvatiya istehsalı olan yaxtalar göz oxşayır.

Qeyd edək ki, bu siyahıya da "Mail.ru Group", "Metalloinvest", "Megafon", DST Global-ın sahibi, özbək əsilli rus milyarderi Əlişir Usmanov rəhbərlik edir. Milyarderin yaxtasının adı isə "Dilbər"di. 2008-ci ildə Almaniyanın "Lürssen" şirkəti tərəfindən istehsal edilən "Dilbər"in uzunluğu 110 metrdir. "Forbes"in dəyərləndirməsinə görə, yaxta 200 milyon avrodur. Lakin "İzvestiya" qəzeti özbək əsilli milyarderin yaxtaya 100 milyon saydığını yazıb.

Bu arada Usmanov yaxtasını anasının şərəfinə "Dilbər" adlandrıb. Gəmi 47 ekipaj üzvü və 21 qonaq üçün nəzərdə tutulub. Yaxtada üzgüçülük hovuzu, vertolyot üçün eniş meydançası, idman və yemək otaqları, eləcə də son texnologiya ilə təchiz olunan lüks kabinələr var. "Dilbər"in texniki göstəricilərini "Lürssen" sirr kimi saxlasa da, yaxtanın dizaynı ilə məşhur rəssamlar məşğul olub.

İkinci sırada "Avroxim"in rəhbəri Andrey Melniçenko qərarlaşıb (Rusiyanın 6-cı varlı adamı).Uzunluğu 119 metr olan "A" Almaniyanın Blohm & Voss şirkəti tərəfindən istehsal edilib. Melniçenko yaxtanı "A" adlandırmaqla Rusiya milyarderlərinin yaxtaları arasında ən avanqard, lüks yaxtaya sahib olduğunu göstərməyə çalışıb."A"nın dizayneri Filiks Starkdır. Yaxta 14 qonaq və 42 ekipaj üzvü üçün nəzərdə tutulub. Bu yaxtada da vertalyot meydançası, avtomobil qarajı, 3 hovuz var. Əsas kayuta hans ki, yaxtanın sahibi səyahət edir 240 kb.metrdir.Şüşələr əl bombasına davamlı hazırlanıb. Yaxtanın bazar dəyəri 300 milyon dollardır.

Üçüncü sırada "Anastasiya"dı. Uzunluğu 75,5 metr olan yaxta Niderlandın "Oceanco" şirkəti tərəfindən istehsal edilib. "Norilski nikel", "Profmedia"nın sahibi Vladimir Potninə (milyarderlərin reytinqində 7-cidir.) aid olan yaxta qızının şərəfinə "Anastasiya" adlandırılıb. 2012-ci ilin yayında "Edmiston & Company" tərəfindən "Anastasiya" 125 mln. avroya satışa qoyulmuşdu. Lakin yaxtaya alıcı hələ də tapılmayıb.

Növbəti yerdə "Rusal", "İnterqeo", Bank MFK , "New Jersey Nets"-in sahibi Mixayıl Proxorova aid "Palladium" yaxtası gəlir. Bu yaxta Almaniyanın "Blohm & Voss" şirkəti tərəfindən hazırlanıb. "Forbes"ə görə, onun bazar dəyəri 200 milyon avrodur.
M. Proxorovun daha bir yaxtası isə "Solemar"dı. Uzunluğu 61,5 metr olan "Solemar" Niderlandın "Amels" şirkəti tərəfindən istehsal edilib. "Slomer" "Palladium"la müqayisədə sadədir.2011-ci ildə modernizə edilib. Dəyəri 45 milyon dollardır.

6-cı sırada "Evraz Plc", "Chelsea FC" –in sahibi Roman Abromoviç özünün "Eclipse" si ilə qərarlaşıb. Uzunluğu 162,5 metr olan yaxta Almaniyanın Blohm & Voss şirkəti tərəfindən hazırlanıb. "Eclipse"in bazar dəyəri 400 milyon 1,2 milyard dollar arasında qiymətləndirlir.

Abromoviç bu reytinqdə 7-ci sıranın da sahibidir.Onun daha bir yaxtası "Luna" Almaniyanın "Lloyd Werft" və "Stahlbau Nord Shipyards" şirkəti tərəfindən istehsal edilib. 115 metr uzunluğunda yaxtada 2 vertalyot meydançası, rabitə qülləsi, hovuz var.

Digər özbək əsilli rusiyalı milyarder İsgəndər Mahmudovun yaxtası isə "Predator" adlanır. 73 metr uzunluğunda yaxta Niderlandın "Feadship" şirkəti tərəfindən istehsal edilib. 100 milyon avro dəyərində qiymətləndirlib.

"Rusal", "Evrosibnerqo", "İnqosstrax", "Qlavstroy" şirkətlərinin sahibi Oleq Deripaskanın "Queen K" yaxtası siyahıda 9-cudur. Yaxtanın qiyməti 70 milyon avro dəyərləndirilib.

10-cu sıra "Polyus Gold", "Uralkaliy"-in sahibi , dağıstanlı Süleyman Kərimova məxsus "Ice" yaxtası gəlir. 90,1 metr uzunluğunda yaxta Almaniyanın "Lürssen" şirkəti tərəfindən 2005-ci ildə istehsal edilib. 2006-cı ildə "İzvestiya" qəzetinin yazdığına görə Kərimov yaxtaya 150 mln dollar sayıb. Kərimovun "Millenium"adlı da yaxtası var. Milyarder yaxtaya 8,9 milyon avro verib.

mənbə: publika.az

"Dilbər" 200 milyon avroya başa gəlib (Fotolar)"Dilbər" 200 milyon avroya başa gəlib (Fotolar)"Dilbər" 200 milyon avroya başa gəlib (Fotolar)"Dilbər" 200 milyon avroya başa gəlib (Fotolar)"Dilbər" 200 milyon avroya başa gəlib (Fotolar)"Dilbər" 200 milyon avroya başa gəlib (Fotolar)"Dilbər" 200 milyon avroya başa gəlib (Fotolar)"Dilbər" 200 milyon avroya başa gəlib (Fotolar)"Dilbər" 200 milyon avroya başa gəlib (Fotolar)"Dilbər" 200 milyon avroya başa gəlib (Fotolar)"Dilbər" 200 milyon avroya başa gəlib (Fotolar)"Dilbər" 200 milyon avroya başa gəlib (Fotolar)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3286   Tarix: 16 may 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424