Biomimetika - təbiətdəki texnologiyanın təqlidi

Biomimetika - təbiətdəki texnologiyanın təqlidiHal-hazırda Yer kürəsinin ən mühüm problemlərindən biri qlobal istiləşmə və ekoloji tarazlıqların pozulmasıdır. Bunları nəzərə alaraq elm dünyası insanların diqqətini təbiətin və canlıların qorunmasına çəkməyə çalışmaqdadır. Milyonlarla il ərzində təbiətdəki ekoloji tarazlıqlar çərçivəsində yaşayan milyardlarla canlı yaradılışları etibarilə sahib olduqları texnologiyalar sayəsində həm həyatlarını davam etdirir, həm də təbiətə və ekoloji tarazlıqlara zərər vermirlər. Təbiətdəki dizaynlar ən az məmulat və enerjidən istifadə edərək maksimum səmərə verir, öz-özlərini təmir edə bilir, yenidən istehsala qayıdırlar. Eləcə də təbiət dostu olmaları, səssiz işləmə prinsipi, estetik, dayanıqlı və uzun ömürlü olmaları baxımından sənaye texnologiyasına nümunə təşkil edirlər. Amma insan əli ilə istehsal olunan texnologiyalar təbiətdəki hazır texnologiyalardan fərqlənir. Bu fərq yeni bir elm sahəsi olan Biomimetikanı yaratmışdır.
Biomimetika - təbiətdəki texnologiyanın təqlidiBiomimetika insanların təbiətdə olan sistemləri təqlid edərək əldə etdikləri maddələrin, alətlərin, mexanizm və sistemlərin hamısını ifadə edən termindir. Təbiətdəki dizaynlardan nümunə götürərək əldə edilən alətlərə xüsusilə nanotexnologiya, robot texnologiyası, süni intellekt (AI), tibbi sənaye və hərbi təchizat və s. sahələrdə ehtiyac var. Biomimetika təbiətdəki modelləri araşdıran, sonra da bu dizaynları təqlid edərək və ya bunlardan ilham alaraq insanların problemlərini həll etməyi məqsədinə çevirmiş yeni elm sahəsidir.

"Biomimikri" kitabının müəllifi Cenin M. Benyus təbiətdəki mükəmməl sistemlərin, modellərin təqlid edilməsinin vacibliyini nümunələrlə belə izah edir:
* Arı quşları 10 qramdan daha az "yanacaq" sərf edərək Meksika Körfəzini keçə bilirlər;
* İynəcələr ən mükəmməl vertolyotlardan belə daha yaxşı manevr edirlər;
* Termit qüllələrində olan temperatur və ventilyasiya sistemləri, təchizat və enerji sərfi baxımından insanların istifadə etdikləri texnologiyalardan daha üstündür;
* Yarasanın geniş-tezlikli ötürücüsü, insanların hazırladığı radarlardan daha
məhsuldar və həssas işləyir;
* Qütb balıqları və qurbağalar donduqdan sonra yenidən həyata qayıdır və orqanları buz səbəbiylə zədələnmir;
* Bukalemun və digər bəzi canlılar olduqları mühitə uyğun şəkildə dərilərinin rənglərini, naxışlarını dərhal dəyişdirə bilirlər;
* Arılar, çanaqlı bağalar və quşlar xəritələri olmadan uzaq məsafəyə səfərlər edə bilirlər;
* Balinalar və pinqvinlər oksigen balonu istifadə etmədən suya baş vura bilirlər;
* DNT molekulunun məlumat saxlama tutumu;
* Yarpaqlar fotosintez əməliyyatı nəticəsində ildə 300 milyard ton şəkər istehsal edərək dünyanın ən böyük kimyəvi əməliyyatını reallaşdırır.
Biomimetika - təbiətdəki texnologiyanın təqlidiYuxarıda yalnız bir neçə nümunəsinə diqqət çəkdiyimiz təbiətdəki heyranedici mexanizm və dizaynlar, texnologiyanın bir çox sahəsini zənginləşdirmə potensialına malikdir.İnsanların hələ yeni-yeni əldə etdikləri üstün texnologiyalara heyvanlar aləmi milyonlarla ildir ki sahibdirlər.Elm dünyasının üstün ağıl sahibi olan uca Allahın üstün xüsusiyyətlərlə yaratdığı bu canlılardan ilham alaraq, təqlid edərək qazanacağı hələ çox üstünlüklər var.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2808   Tarix: 05 avqust 2010  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz

BİG.AZ -a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir. İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhəti

11.09.2021 2055
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi

12.09.2021 5476
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051