Görün gecələr Bakıda nə biabırçılıqlar olur (Fotolar)

Paytaxtda keçirilən reyd zamanı sərxoş sürücü yol polisini vurub qaçmaq istədi

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları aprelin 20-də gecə saat 23:00-dan 02:00-dək Yasamal, Səbail və Nəsimi rayonları ərazisində kütləvi reyd keçirdilər.

Əməkdaşımızın da iştirak etdiyi reyd zamanı maraqlı anlar yaşandı. Reyd "5 mərtəbə" adlandırılan ərazidə başladı. Yol polisinin həmin ərazidə reyd keçirdiyini eşidən avtoxuliqanlar bir-bir görünməyə başladılar. Əvvəlcə "5 qazan" restoranının qarşısından yüksək sürətlə hərəkət edən xarici markalı avtomaşın "5 mərtəbə" dairəsində yol polisinin gözü qarşısında dövrə vuraraq qaça bildi.

Az sonra isə "Azdrama"nın yol tərəfindən üzü aşağı, yəni, yolun əksinə hərəkət edən, dövlət nömrə nişanı Az 10… 100 olan "Hundai" markalı avtoMaşının sürücüsü də dairəyə yaxınlaşıb müxtəlif hərəkətlər etdi və elə yolun əks istiqaməti ilə də oradan uzaqlaşdı. Hər iki avtomobilin nömrə nişanı qeyd olunduqdan sonra yol polisi onların axtarışına başladı. Lakin reydin sonuna kimi onlardan xəbər çıxmadı. Yəqin ki, onların səsi sonrakı günlərdə çıxacaq. Bizsə reydin davamı olaraq yol polisləri ilə birlikdə hərəkətə başladıq. Az sonra içkili vəziyyətdə sükan arxasında oturduğu ehtimal olunan sürücü saxlanıldı ki, o əvvəlcə tabe olmaq istəmədi. Maşını işə salıb saxlanıldığı yerdən uzaqlaşmaq istəyərkən isə yol polisi əməkdaşını vurdu. Düzdür, ciddi bir xəsarət olmasa da, hər həldə, sürücü öz vəziyyətini daha da ağırlaşdırdı. Onun barəsində tədbir görüldükdən sonra avtomobil duracağa aparıldı. Yəqin ki, bu sürücü barəsində içkili maşın sürməyə görə ən azı 800 manat cərimə tədbiri görüləcək. Hələ, tabe olmamaq və yol polisini vurub qaçmaq istəmək məsələsini demirəm…

Gecəyarısı eşitdik ki, Hüseyn Cavid parkının qarşısında piyada xidmət aparan yol polisi əməkdaşı isə "Mersedes"i saxlatdırmaq istəyərkən avtomaşın onu vurub. Polis yüngül xəsarət alıb. Sürücü isə qaçıb. Amma nömrəsi bəllidir. Elədirsə, yəqin ki, həmin sürücünün aqibəti də bəllidir.

Həmişə olduğu kimi, bu dəfə də yol polisinin saxladığı avtomaşınların əksəriyyəti Rusiya istehsalı olan avtomaşınlar idi. Səbəb isə budur ki, sürücülər həmin avtomşınların konstruksiyalarına dəyişiklik edərək həm maşının ön tərəfini qaldırırlar, həm də arxasını aşağı salırlar. Bu vəziyyətdə avtoxuliqanlıq edənlərin də sayı az olmadı. Yol polisinin saxlaya bildiyi avtoxuliqanların sayı 9 nəfər oldu. Polisin əmrinə tabe olmayıb qaçanların da sayı az deyildi. Məsələn, Rəşid Behbudov küçəsində avtomobilin önünü hədsiz dərəcədə qaldırıb avtoxuliqanlıq edən göy rəngli, nömrəsi 662 olan «VAZ-2106» markalı avtomobili saxlamaq mümkün olmadı. Üzərində taksi işarəsi olan bu avtomobilin sürücüsü gözümüzün önündə dəfələrdə qayda pozaraq canını yol polislərindən qurtara bildi. Amma bir gecəlik. Yəqin ki, ertəsi gün o sürücü avtomaşının üzərinə taksi işarəsi qoyub avtoxuliqanlıq etdiyinə görə ən azı 2 ay peşmançılıq hissi keçirəcək. Çünki cərimə və 15 sutka həbs onu gözləyir.

Reyd zamanı yolun hərəkət hissəsində saxlayıb müştəri gözləyən taksi sürücülərinə də rast gəlindi. Yol polisləri onların bəzilərinə cərimə yazdı, bəzilərini isə tənbeh edərək qaydaları pozmamaq barədə xəbərdarlıq etdi. Sən demə, gecələr taksilər tərəfindən qayda pozuntuları heç də az olmurmuş. «5 mərtəbə» dairəsində dayandığımız yerdə «Nizami» metrostansiyası tərəfdən bir avtomaşının yolun əks istiqamətinə çıxaraq yüksək sürətlə hərəkət etdiyini gördük. Yol polisləri yolu bağlayıb onu saxlaya bildilər. Sürücü yerə düşdükdə gözlərimizə inanmadıq. 60-dan çox yaşı olan sürücü «Reno» markalı avtomaşınla qayda pozduğunu etiraf etdi. Səbəb kimi də bunu göstərdi ki, qarşıdakı avtomaşın ona yol vermədiyi üçün əsəbləşib yolun əks istiqamətinə çıxıb: «Siqnal verdim, yol vermədi, işıqları söndürdüm, yenə yol vermədi. İndi belə tərbiyəsiz sürücülər çoxdur». 30 ildən çoxdur avtomaşın idarə etdiyini deyən 61 yaşlı sürücü indi taksi sürür. Amma avtomaşının üzərində taksi işarəsi yox idi. Çünki icazə talonunun vaxtı 2 gündür bitib. Yol verdiyi qayda pozuntusuna görə bu sürücüyə nə az, nə çox, 100 manat və 4 bal cərimə yazıldı.

Reyd zamanı avtomobilə pərdə vuranlara da rast gəlindi. Buna görə saxlanılan sürücülərin bəhanəsi bu oldu ki, pərdəyə icazə verilib. Amma onlara bir daha xatırladıldı ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi arxa yan şüşələrə pərdə-jalüz vurulmasına mayın 1-dən noyabrın 15-dək icazə verilib. Bəzi sürücülər bunu öyrəndikdən sonra pərdələri sökdülər. Bəziləri isə pərdə taxıb avtoxuliqanlıq etdiyi üçün cərimələndilər. Avtomobil isə duracağa aparıldı. Maraqlıdır, şəhərin mərkəzində avtoxuliqanlıq edən sürücülərin əksəriyyəti saxlanılan kimi «rəis, evdə xəstə var, burax gedim» deyirdilər. Görəsən, evində xəstəsi olan adam da 5 nəfərlik maşina 7 nəfər yığıb «avtoşluq» edərmi?

Reyd başa çatandan sonra Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirdi ki, bu tədbir təhlükəsizlik aylığı çərçivəsində yol hərəkətində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə həyata keçirilir. Onun sözlərinə görə, reyd zamanı içkili halda sükan arxasında əyləşən 5, yol polisinə tabe olmayaraq təhlükəli manevrlər edib qaçan 6, avtomobilin konstruksiyasını dəyişdirərək avtoxuliqanlıq edən 9, pərdə-plyonka ilə maşın idarə edən 11, dövlət nömrə nişanı olmadan avtomobil idarə edən 2, sürücülük vəsiqəsi olmadan sükan arxasına əyləşən 3 nəfər saxlanılaraq barələrində inzibati qaydada tədbir görülüb. Polisin əmrinə tabe olmayıb qaçanlara gəlincə, Vaqif Əsədov bildirdi ki, onların da aşkar olunub məsuliyyətə cəlb edilməsi qısa zamanda təmin ediləcək.

mənbə: publika.az

Görün gecələr Bakıda nə biabırçılıqlar olur (Fotolar)Görün gecələr Bakıda nə biabırçılıqlar olur (Fotolar)Görün gecələr Bakıda nə biabırçılıqlar olur (Fotolar)Görün gecələr Bakıda nə biabırçılıqlar olur (Fotolar)Görün gecələr Bakıda nə biabırçılıqlar olur (Fotolar)Görün gecələr Bakıda nə biabırçılıqlar olur (Fotolar)Görün gecələr Bakıda nə biabırçılıqlar olur (Fotolar)Görün gecələr Bakıda nə biabırçılıqlar olur (Fotolar)Görün gecələr Bakıda nə biabırçılıqlar olur (Fotolar)Görün gecələr Bakıda nə biabırçılıqlar olur (Fotolar)Görün gecələr Bakıda nə biabırçılıqlar olur (Fotolar)Görün gecələr Bakıda nə biabırçılıqlar olur (Fotolar)Görün gecələr Bakıda nə biabırçılıqlar olur (Fotolar)Görün gecələr Bakıda nə biabırçılıqlar olur (Fotolar)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 19941   Tarix: 22 aprel 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Blinken Çinə gedib

ABŞ-nin dövlət katibi Antoni Blinken Çinə gedib. BİG.AZ xəbər verir ki,o, Pekində çinli həmkarı Van İ ilə görüşüb. 2 dövlət arasındakı müzakirələrdə tərəflər Ukrayna məsələsində Çinin Rusiyaya dəstəyi, eləcə də gərgin beynəlxalq siyasi gündəmə baxmayaraq, münasibətlərdəki irəliləyişi müzakirə edilib

26.04.2024 151
.

Həcc ziyarəti ilə bağlı dünya zəvvarlarına müraciət edildi

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi zəvvarları saxta şirkətlərə inanmamağa çağırıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi məlumat yayıb. Bir sıra ölkələrdə sosial media saytlarının xidmətlərini reklam edərək, 1445/2024-cü il üçün Həcc mərasimlərini yerin

26.04.2024 147
.

Nigeriyada 8 silahlı dəstə üzvü öldürülüb

Nigeriyanın Bauçi ştatında keçirilən əməliyyatda silahlı dəstə üzvü zərərsizləşdirilib. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 8 nəfər saxlanılıb. Bu barədə Bauçi Dövlət Polisinin ictimaiyyətlə əlaqələr üzrə rəsmisi Ahmed Mohammed açıqlama yayıb. Faktla bağlı araşdırmalar davam edir

26.04.2024 107
.

Rusiya: "ABŞ Ukraynadakı münaqişəni bilərəkdən uzadır"

Rusiyanın müdafiə naziri Sergey Şoyqu ABŞ-nin Ukraynadakı münaqişəni bilərəkdən uzatdığını bildirib. xəbər verir ki, Şoyqu Qazaxıstanın paytaxtı Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin müdafiə nazirlərinin toplantısında çıxış edib. Şoyqu vurğulayıb ki, ŞƏT regionunda sabitli

26.04.2024 163
.

Çin Almaniya səfirini casusluqla bağlı həbs qərarından sonra nazirliyə çağırıb

Almaniyada Çin adına casusluq etdiyi iddia edilən 4 nəfər saxlanıldıqdan sonra Pekin səfiri Patrisiya Flor Çin Xarici İşlər Nazirliyinə çağırılıb. xəbər verir ki, səfir Flor X sosial media hesabından verdiyi açıqlamada, 4 Alman vətəndaşının casusluq ittihamı ilə saxlanılmasının ardından Çin Xarici İşlə

26.04.2024 146
.

Prorektoru öldürməkdə təqsirləndirilən şəxs məhkəməni daha iki həftə uzatdırdı

"Təfəkkür" Universitetinin prorektoru Tariyel Əhmədovun öldürülməsində təqsirləndirilən Müşviq Atakişiyev, Dəyanət Quliyev və Samir Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilə

26.04.2024 261
.

Rihannadan növbəti fotosessiya - FOTO

Dünyaca məşhur müğənni Rihanna yeni fotosessiya elətdirib. BİG.AZ xəbər verir ki, o popular brendlərin birinin modeli kimi yer alıb. O həmin çəkilişdə ağac olub. Onun görünüşü izləyiciləri təəccübləndirib

26.04.2024 346
.

Əhməd Əhmədovun qətlə yetirdiyi anasının yerinə yeni təyinat - FOTO

Fevralın 13-də qətlə yetirilən Bakı şəhəri 59 nömrəli tam orta məktəbin direktoru Pikə Əhmədovanın yerinə yeni təyinat olub. xəbər verir ki, bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, sözügedən məktəbin vakant olan direktor vəzifəsin

26.04.2024 714
.

Qəzzada yaralanan İsrail əsgərlərinin sayı 1584-ə çatıb

İsrail ordusu 27 oktyabrdan bəri Qəzza zolağına hücumlar davam edir. BİG.AZ xəbər verir ki, yaralanan əsgərlərin sayının 1584-ə çatdığını açıqlayıb. İsrail hərbçiləri açıqlamasında bildiriblər ki, Hizbullah gecə saatlarında İsrailin Har-Dov bölgəsinə tank əleyhinə istiqamətlənmiş raket hücumu həyat

26.04.2024 154