"Son 40 ilin ən güclü zəlzələsinin Azərbaycana təsiri olacaq" (Müsahibə, Eksklüziv)

"Son 40 ilin ən güclü zəlzələsinin Azərbaycana təsiri olacaq" (Müsahibə, Eksklüziv)İranda baş verən zəlzələ Azərbaycanada təsir edə bilər.

Xəbər verildiyi kimi, dünən İranla Pakistan sərhədində 7,8 bal gücündə zəlzələ baş verib.

Zəlzələnin ocağı təxminən 90 kilometr dərinlikdə olub. Zəlzələ digər qonşu ölkələrdə, xüsusilə, Hindistanın paytaxtı Nyu-Dehlidə hiss edilib.
Yeraltı təkanlar İranın daha yeddi vilayətində - Buşəhr, Məşhəd, Kirman, İsfahan, Tehran, Yəzd və Semnanda hiss olunub. Mütəxəssislərin məlumatına görə, bu, son 40 ildə İranda baş vermiş ən güclü zəlzələdir.

Hazırda hər kəsi maraqlandıran bir sual var: İrandakı zəlzələnin Azərbaycanda zəlzələ ocaqlarına təsiri olacaqmı?

Bu sualı əməkdaşı Seysmologiya və Yer Fizikası Mərkəzinin direktoru, professor Oqtay Babazadəyə ünvanladıq.
O.Babazadə verdiyi açıqlamada zəlzələnin digər ölkənin zəlzələ ocaqlarına təsiri olacağını bildirdi.

- İranda baş vermiş zəlzələ Azərbaycana necə təsir edəcək?

- Hər bir şey bir-birinə bağlıdır. Yəni İranda baş verən zəlzələ Azərbaycana da təsir edə bilər. Vanda baş verən zəlzələ İrana və Şərq ölkələrinə böyük təsir etmişdi. Yəni hər zaman digər ölkələrdə baş verən zəlzələnin bizə təsiri olub.

İranda baş vermiş zəlzələnin gücü 8 bala qədərdi. Yəqin ki, bunun təsiri qonşu ölkələrə mütləq olacaq. Baş verən zəlzələlər hər zaman bağlı olublar. Lakin elmi cəhətdən sübut olunmayan və ya araşdırılmayan bir şey haqda danışmaq düzgün olmazdı. İndi heç kim deyə bilməz ki, sabah Azərbaycanda zəlzələ olacaq və ya olmayacaq.

Bildiyiniz kimi, mən Azərbaycanda ilk dəfə zəlzələ yerlərini özüm çəkib göstərmişəm. Və dediyim yerlərin hər birində zəlzələ baş verir. Söhbət güclü zəlzələdən gedir. Bu isə 6 baldan yuxarı deməkdir.

Düşünürəm ki, İranda baş vermiş zəlzələ şərq və şimal ərazilərinə təsir edəcək, sonunda gəlib Bakıya da toxuna bilər. Bu səbəbdən də, monitorinq keçirtmək mütləqdir.

- İranda baş verən zəlzələ İranın nüvə obyektlərinə təsir edə bilər? Bildiyiniz kimi İranda nüvə obyektlərinin mövcud olması zəlzələ ocağı üçün təhlükə mənbəyidir.

- İstənilən zəlzələ əgər güclüdürsə, yəni dediyim kimi 6 baldan yuxarıdırsa, mənfi nəticələrə gətirir. Yəni digər zəlzələlər və ya başqa hadisələr ilə nəticələnir. Güclü zəlzələ heç vaxt nəticəsiz qalmır, arxasınca digər hadisələrə səbəb olur.
O ki qaldı nüvə obyektlərinə, bu haqda danışmaq çətindir. Çünki İranda vəziyyətin nə yerdə olduğunu bilmək lazımdır. Yəni nüvə obyektlərinin 8 bala dözümlü olub-olmaması və ya zəlzələnin ona təsir edib-etməməsi hələ məlum deyil. Bizdə belə informasiya yoxdur ki, bu haqda nəsə danışa bilək.

- İranda baş verən zəlzələnin süni yaradılması versiyası varmı? İranda bundan əvvəl baş vermiş zəlzələnin nüvə obyektlərinə təsiri məsələsi müzakirə olunarkən İran rəsmisi bildirmişdi ki, bizim nüvə obyektlərimiz 8 bal gücündə zəlzələyə qədər davamlıdır. Və bunun ardınca, yəni son zəlzələnin gücü də 8 bala qədər oldu. Burada nəsə gizli bir bağlılıq ola bilərmi?

- Belə bir praktika dünyada mövcuddur. Bu, tektonik silah adlanır. Yəni süni zəlzələ yaratmaq mümkündür. Bunun üçün şəraitlər mövcuddur. Amma yenə də deyirəm ki, bu haqda heç kim danışa bilməz. Çünki bizdə dəqiq məlumat yoxdur.

Nə vaxtsa, İkram Kərimov adlı şəxs bu işlə məşğul olurdu. O, belə mövzular üzrə mütəxəssis idi. Lakin mən bir şeyi qeyd edim ki, süni zəlzələ yaratmaq üçün, onun ocağı olmalıdır. Yəni zəlzələ ocağı olmasa, süni zəlzələni yaratmaq çətindir. Ocağı isə təbiət yaradır. Vulkan prosesləri buna səbəb ola bilər.

Qeyd edək ki, İranın Sistan və Bəluçistan əyalətinin Saravan şəhərində bu gün səhər yenidən 5,6 bal gücündə zəlzələ baş verib. Zəlzələ 07:45-də qeydə alınıb.

mənbə: bakuinfo.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Müsahibə   Baxılıb: 3821   Tarix: 18 aprel 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Qaralmaq üçün krem çəkdi - YAŞILLAŞDI - FOTO

İnsanların çoxu, xüsusən də qadınlar bürünc dəri rəngini sevirlər. Bu səbəbdən çoxları havanın isinməsiylə hovuza, dənizə qaçıb, günəş vannası qəbul edir, bəziləri isə mövsümə baxmayaraq, solyariyə gedib arzuladığı dəri rənginə qovuşur. BİG.AZ-ın -ya istinadən verdiyi xəbərə görə, məhz bu "zaqar"

29.04.2020 4051
.

"Vəzifəli adamların övladlarından yekəxanalıq öyrənmişəm"

Müğənni İlqar Xəyal AzTV-də yayımlanan "Gün başladı" proqramında qonaq olub. BİG.AZ xəbər verir ki, ifaçı veriliş zamanı dostluq münasibətlərindən söz açıb:. "Bəzi insanlar var ki, mənfəət güddükləri insana salam verirlər. Yaxud düşünürlər ki, həmin insanla ünsiyyətdə olsalar onun vasitəsil

13.11.2019 2270
.

"Dağda ən təhlükəli heyvan dağ keçisidir" - Azərbaycanlı alpinistlə MÜSAHİBƏ

Çoxları qarlı zirvələri fəth etməyə səy göstərir. Bunu arzulayır. Lakin sərt küləkdə, 30 dərəcə şaxtada dağların hər saniyə uça bilən buz bağlamış çıxıntılarından, yumşaq qarla örtülü təhlükəli yamaclarından keçə bilmək hər kəsin bacara biləcəyi bir iş deyil. Bəs kimlər alpinist ola bilər?. Alpinizimi

20.02.2020 6876
.

Dəqiqənin 59 saniyəyə salınması təklif olunub

Alimlər planetimizin hazırda son 50 ilin ən sürətli tempi ilə dövr etdiyini bildiriblər. Bununla əlaqədar olaraq dəqiqəni bir saniyə qısaltmaq və dəqiq zaman axınını Yerin fırlanmasına uyğunlaşdırmağın məntiqli olub-olmadığı barədə xronometristlər müzakirələrə başlayıblar. -a istinadən bildirir ki, b

11.01.2021 2922
.

Azərbaycanlı model hovuzda istirahət görüntülərini yaydı - VİDEO

"Best fashion model 2017" və "Miss Europe 2018" gözəllik yarışlarının qalibi, gözəlliyi və cazibədarlığı ilə əks cinsin nümayəndələrini valeh edən Samirə Ağayeva istirahət görüntülərini yayıb. xəbər verir ki, o, görüntülərini "Instagram" hesabında paylaşıb. Bikinidə ola

07.07.2020 4695
.

"Diktafona oxunub, sonra da aranjemanın gücü ilə ortaya çıxarılan mahnıların ömrü az olur"-Bəstəkarla MÜSAHİBƏ

Musiqi insanın psixikasına fəal təsir edən incəsənət növlərindən biridir. Bədii zövqü tərbiyə etmək üçün sağlam musiqi dinləmək vacibdir. Bu işdə dinləyicinin seçimi qədər, bəstəkar və ifaçıların da rolu böyükdür. Bu gün Azərbaycan musiqisində ömrü bir ay olmayan mahnılar olduqca çoxdur. Bəs niyə uzunömürl

05.02.2020 5601
.

"BİG GROUP"un rəhbəri Emil Əkbərovla SƏMİMİ MÜSAHİBƏ

Həyat hər bir insana uğur qapılarına doğru yollar göstərir, lakin bir çoxları o yolları çətin bilib, daha rahat yolun ardınca qaçır, sonda isə uğursuzluğun səbəbini başqalarında axtarmağa başlayır, daim kimisə nədəsə günahlandırırlar. Halbuki insan həyatının bütün məsuliyyətini öz üzərinə götürüb va

08.07.2020 1152
.

"Vəhşi təbiətə olan sevgim məni Afrika cəngəlliklərinə apardı"-Məşhur fotoqrafla MÜSAHİBƏ

Tanzaniyanın Tarangire qoruğunda çəkdiyi bir foto "National Geographic"in onlayn versiyasında "Redaktorun seçimi" olan məşhur fotoqraf Arif Ələkbərin -a müsahibəsini təqdim edirik:. Tanınmış səyahətçi-fotoqraf, Azərbaycan Fotoqraflar Birliyinin üzvü Arif Ələkbər. Bəs siz özünüzü nec

17.01.2020 3720
.

"Qarabağ atları dünyanın ən qədim cinsə mənsub atları hesab olunur"-MÜSAHİBƏ

Hər il Rusiyada "Equiros" beynəlxalq atçılıq sərgisi keçirilir. Bu il "Unicorn Challenge" şirkəti "Equiros" şirkətinə Azərbaycan Atçılıq Federasiyasına dəvətnamə təşkil etmək üçün təşəbbüs etdi. Noyabrın 28-dən dekabrın 1-dək Rusiyanın paytaxtı Moskvadakı "Sokolniki"

28.12.2019 3817