Məleykə Əsədova: Məni o qalmaqala dartırlar

Məleykə Əsədova: Məni o qalmaqala dartırlar"Mən indiyə qədər heç bir plastik əməliyyat etdirməmişəm, yalnız burnumu kəsdirmişəm"

Xalq artisti Məleykə Əsədovanın müsahibəsi:

- Məleykə xanım son zamanlar mahnı ifa etmirsiniz. Bunun səbəbi sizə qarşı olan qınaqlar ola bilərmi?
- Yox, ifa edirəm. Hazırda "Gülər" mahnımın efirlərdə klipi yayımlanır. Mən onsuz da hər iki ildən bir mahnılar lentə alıram. İnşallah yeni xoşuma gələn mahnı olarsa ifa edəcəyəm.

- Azərbaycanda yeni teleseriallar çəkilir, bir çox telekanallarda yayımlanır. Vaxtilə siz də seriala çəkilmisiniz. Bu serialları izləyirsinizmi, münasibətiniz necədir?
- İnanırsız, bu çəkilən seriallara dəvətlər də alıram. Amma mən professional nöqteyi-nəzərdən baxanda öz fikirlərimi demək istərdim. Mən inanıram ki, bu seriallar bir-iki ilə daha yaxşı olar. Hələ təzədir. İnanıram ki, vaxtı gələndə bizim seriallar da türk filmləri kimi baxımlı olacaq.

- Deyəsən, hazırdakı serialları bəyənmirsiniz?
- Yox, bəyənirəm. İnanırsınız "İtkin gəlin" serialına bu gün də baxırlar. Orada çox gözəl rejissor işi var idi. Ssenarisi gözəl idi, aktyorlar işlərini bilən insanlar idi. İndi bizim çəkdiyimiz seriallar da belə çəkilsə, çox yaxşı olacaq. O, vaxt "İtkin gəlin" çəkiləndə ev kamerası ilə lentə alındı. Buna baxmayaraq, çox sevildi. İllər keçib, bir çox filmlər çəkilir amma "İtkin gəlin" hələ də satışda satılır və baxılır…

- Sənətə yeni aktyorlar, aktrisalar gəlir. Onların işlərini izliyirsiniz?
- Əslində, bu gün Lütfiyar İmanovun yeri görünür. Yeni istedadlı gənclər gəlməlidir sənətə bu normaldır. Amma onların sənəti olsa daha yaxşı olar. Çəkilişlərə baxıram, qüsurlar görürəm. Bəyəndiklərim də var. Amma mən çox xahiş edərdim rejissorlardan, professional, işini bilən insanlara rol versinlər. İsdedadı, təhsili olanlara üstünlük versinlər. Türkiyə serialları bu gün niyə qabağa gedir, çünki, əvvələr onlar da modelləri çəkirdilər filmlərə. İndi isə onlar yalnız teatrda çalışan insanlara rol verirlər. Dünyada belədir.

- Nəyə görə siz çəkilmirsiniz, yeni çəkilən seriallardan imtina edirsiniz ?
- Mənə iki gün bundan öncə təklif gəldi. Amma mənim üçün ssenari yaxşı olmalıdır. Mən bəyənməliyəm. Bəyəndiyim rejissor, ssenari olsa niyə də çəkilməyim.

- İllər keçir Məleykə Əsədova necə var elədə qalıb. İnsanlar yəqin ki, sizin əməliyyat elətdirdiyinizi düşünür?
- Mən indiyə qədər heç bir plastik əməliyyat etdirməmişəm. Bunu məni tanıyan insanlar bilir. Bir 1993-ci ildə "İtkin gəlin" serialından sonra burnumu kəsdirdim. Amma ehtiyac olsa zamanı gələndə etdirərəm. Mən yenə demək istərdim ki, gözəl qalmaq istəyən insanın ruhu, ürəyi təmiz olmalıdır. İnsanların yaxşı işlərinə sevinmək gərəkdir. Məleykəni gözəl saxlayan sevgidir. Qızıma, insanlara, vətənimə olan sevgimdir. Məleykənin zamanı yoxdur boş dedi-qodulara. Evdə qızımın dərsləri ilə məşğul oluram, iki teatrda çalışıram, ora bura işlərim çox olur. Allah mənim ürəyimi gözəl verib.

- "Facebook" sosial şəbəkəsində sizin adınızda səhifə var. Hər gün fotolarınız paylaşılır. Bir deyir bu səhifədə siz özünüzsünüz digərləri isə yox. Buna aydınlıq gətirədiniz?
- Mən demək istərdim orada mənim adımda bir neçə səhifə var. Onların heç biri mən deyiləm. Məndə olmayan şəkilərimi qoyurlar ora. Düzdür mən də "facebook"da özümə səhifə açmışam, amma istifadə etmirəm. Mən yalnız internetdə xəbərlər oxuyuram.

- Siz hər zaman sənətinizlə gündəmə gəlirsiniz. Amma son zamanlar da qalmaqallarda adınız hallanır?
- Mən heç bir qalmalaqda yoxam. Məni o qalmaqala çəkirlər, amma mən başqa tərəfə gedirəm . Yenə məni dartıb gətirirlər. Çünki, Məleykə var deyə.

- Qısqanclıqdandır sizcə?
- Bəli, Meləykə var. Var olan bir şeyi qısqanarlar.

- Son zamanlarda Məleykə Əsədovanın qalmaqal yaşadığı İlhamə xanımla barışdığı xəbərləri yayılır?
- Məleykə yalnız obrazları ilə yadda qalır. Belə suallara mən cavab vermirəm.

- Türkiyəyə axın çoxdur. Sizin necə, getmək fikiriniz var?
- Mənə Türkiyədən bir neçə il öncə təkliflər olub. Amma mən seçiciyəm. Mənim oynadığım hər bir obraz yadda qalan olub. Həmişə də klassik obrazlar ifa etmişəm. Bunun üçün gərək isdedadlı olasan. Şirin, Gültəkin, Kleopatra, obrazlarım indiyə kimi də yadda qalıb. Odur ki, mən Türkiyəyə gedib hər hansı bir filmdə rol alıramsa gərək o, yadda qalan olsun. Türkiyədə və ya Azərbaycanda fərq etməz əgər mən o, filmdə rol alaramsa, o baxımlı olmalıdır. Yoxsa tamaşaçı serial efirə veriləndə kanalı dəyişməməlidir. Ona görə mən çox seçim edirəm. Mən bu gün yalnız yaxşı işlərimlə efirlərdə görünməliyəm. Onu da deyim ki, xarici ölkələrə gedib yaxşı işlər görənlərin də uğurlarına çox sevinirəm.

mənbə: qafqazinfo.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 4482   Tarix: 22 aprel 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu da Pərvinin MAKİYAJSIZ HALI - FOTOLAR

Aktrisa Pərvin Abıyevadan xəbər var. xəbər verir ki, aktrisa "Instagram" hesabında canlı yayımda olub. Canlı yayım zamanı Pərvin makiyajsız və saçları dağınıq halda görünüb. İzləyiciləri onun bu halını bəyənməyib. Həmin fotoları təqdim edirik:

16.09.2021 4042
.

Koronavirus bəlası sənət adamları arasında - Kimlər peyvənd olunub?

Son günlər bir neçə yerli sənət adamının koronavirusa yoluxma xəbəri medianın gündəminə çevrildi. Bütün dünyanı cənginə alan bu xəstəliyə yoluxub sağalanları görsək də, çox təəssüf ki, gözlənilməz şəkildə həyatını itirən sənətkarlar da oldu. Belə bir məqamda həmin sənətçilərin xəstəlikdən öncə peyvən

16.09.2021 1870
.

Sənubər İsgəndərlidən XOŞ XƏBƏR

Əməkdar artist Sənubər İsgəndərli bu mövsüm tamaşaçıların qarşısına aparıcı kimi çıxacaq. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa "Xəzər TV" ilə anlaşıb. Onun proqramının adı "Sənətdən kənar" adlanır. Bu haqda S.isgəndərli özü məlumat yayıb. Verilişin çəkilişləri bir neçə gündü

17.09.2021 4207
.

"Bütün dünya bizim toyumuzdan danışacaq"

Sosial şəbəkə fenomeni Şeyma Subaşının misirli sevgilisi Mohammed Alsaloussi ilə evlilik planlarından danışıb. Axşam.az-a istinadən xəbər verir ki, Şeyma hazırda hər hansı tarix müəyyən etmədiklərini açıqlayıb: . "Bir gün mənə dedi ki, elə bir toy edəcəyəm ki, bütün dünya bir il boyunca bizim haqqımızd

16.09.2021 2225
.

"Polislər bizi mühasirəyə alıb, şöbəyə apardı"

"Yaxşı maşınım, gəlirim, evim, yaşayışım var. Çox yaxşı yaşayıram. Pulunu yaxşı şeylərə xərcləməsən, heç vaxt yerinə gəlməyəcək. Mən də yaxşı şeylərə, xeyriyyəyə xərcləyirəm. Eləsi olur ki, pulu var, amma xeyriyyəçilik etmir. Kimsə yaxşılığa xərcləmirsə, canına xərcləyəcək". Axşam.az xəbə

16.09.2021 3763
.

Hacı Nuranla bu fotosunu paylaşdı, gündəm oldu

Tanınmış klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun Hacı Nuran ilə paylaşdığı foto böyük maraqla qarşılanıb. -a istinadən xəbər verir ki, o Hacı Nuranla foto çəkdirərkən üzünü bağlayıb. Klarnet ifaçısı fotonu bu başlıqla paylaşıb: "Diqqət! Diqqət!. Əziz Dostlarım, Hacı Nuranın 4-cu dalğasi başlayıb

17.09.2021 7467
.

Özcan Dəniz hakim qarşısına çıxdı

Keçmiş həyat yoldaşı Feyza Aktana şiddət göstərməsi səbəbi ilə məhkəməlik olan türkiyəli aktyor Özcan Dəniz hakim qarşısına çıxıb. Axşam.az-a istinadən xəbər verir ki, 1 il 6 ay həbsi tələb olunan aktyor Feyza Aktanın yalan dediyini bildirib:. "Övladımın qəyyumluğunu istədiyim üçün məni çətin vəziyyət

16.09.2021 1271
.

Mina Hüseynin arxiv fotosu ORTAYA ÇIXDI

Müğənni Mina Hüseyndən xəbər var. xəbər verir ki, Mina sosial media hesabında arxiv fotosunu paylaşıb. Uşaqlıq fotosu ilə izləyicilərin marağına səbəb olan müğənni paylaşımı ilə xoş rəylər alıb. Həmin fotonu təqdim edirik:

17.09.2021 6686
.

Beyonsun 500 milyonluq özəl günü - Fotolar

Amerikalı məşhur müğənni Beyons yeni yaşını lüks yaxtasında həyat yoldaşı Cey-Z və övladları ilə birlikdə qeyd edib. Axşam.az xarici mediaya istinadən xəbər verir ki, ifaçının 40 yaşı tamam olub. O, 500 milyon dollarlıq yaxta ilə səyahətə yollanaraq özəl gününü qeyd edib. Kirayəsi həftəlik 4 milyon dollar

16.09.2021 2230