Elza Seyidcahanla Sevinc qırğına çıxdı

Elza Seyidcahanla Sevinc qırğına çıxdı

Müğənni Sevinc Ağaşirinova əməkdar artist Elza Seyidcahanı ələ salıb.

Sevinc “ATV” telekanalında yayımlanan “Onlar” verilişinə açıqlamasında ilanlara konsert verəcəyini bildirib:

“Elza xanım itlərə, balıqlara konsert verir. Mən də qərara gəldim ki, səhradakı ilanlara oxuyum. Elza gedib dərman içsin”.

Əməkdar artist isə müğənninin sözlərini cavabsız qoymayıb:

“Elə müğənni tanımıram. Onun kimilərə ədəbsiz baxıram. O tip müğənnilər sənətdə çox qalmayacaq”.


mənbə: axsam.az
f Paylaş
Bölmə: Şou biznes Oxunub: 2385 Tarix: 14.04.2013
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol