BiG.Azda QonaQ
Özünüzü Təqdim Edin?
Qafarov Murad İlham o.
Niyə məhz bu nik?
Bildiyiniz kimi mənim köhnə nikim razin_qaqas_judo idi.Bəzi səbəblərə görə nikimi dəyişəsi oldum.Bir gün Vasiflə(VasiFQuliyeV) danışanda belə qərara gəldim ki,bu niki seçim.
Həyata Nə Üçün Gəlmisən?!
Yaşayıb yaratmaq üçün
Həyatda Ən Kədərli Günün?
12.07.2009
Oglan (Qiz) Dostunuz var ?
Var o qədəəəəər :)
Oğlan dostluqda etibarlıdı yoxsa Qız ?
Qız
Oğlana (qıza) dostluqda etibar etmirsiz ?
Oğlana o qədər də yox amma qıza çox
Ən Yaxın Bildiyin Dosta Ürək Sözün?
Əziz dostum,Allah səni bütün pis əməllərdən çəkindirsin
İlk məhəbbətinizi xatırlayırsınızmı?
Hə
Qızlarda (oğlanlarda) ən çox nəyi qiymətləndirirsiniz?
Sirr saxlamağı
Sevgilin Var?
Bəli
Sizcə sevgi əl çatmaz olmalıdır yoxsa açıq aydın??
Sevgi azaddır
Sevgidə əsas nədir sizcə?
Qızın oğlanı çox sevməsi
Küsüb qəmli qəmli gedən məhəbbət peşman paşman geri dönərmi?
Xeyr
Heç böyük sevgi yaşamısan?
Hal-hazırda hə
Həyatınızdan razısınızmı?
Min şükür
Həyatınızın kədərli anı?
Sevdiklərimin yanımda olmadığı bir an
Səncə insanlar niyə xəyanət edər??
Bilmirəm
Xəyanət etmisən?
Yox desəm yalan olar
Bağışlayarsanmı xəyanəti?
Hə
İnsanı ən çox hansı yaralayar: dost xəyanəti yoxsa Sevgi xəyanəti?
Əlbəttə ki,dost xəyanəti
Dostluq ya Sevgi? Hansını daha üstün tutardın dost sözünü yoxsa sevgi hissini?
Dostluğu
Kumiriniz?
Unudulanlar unudulanları heç vaxt unutmur....Unutma
Zəif cəhətiniz?
Ürəyimin kövrək olması
Qısqancsan?
Həddindən artıq çox
Özünüzdə bəyəndiyiniz və bəyənmədiyiniz xüsusiyyət?
Bəyəndiklərim bunlardı ki,qəddar deyiləm.Bəyənmədiklərim budur ki,qəddar deyiləm
Özünüzü hansı qəhrəmana bənzədirsiniz (film, roman, əsər)
Hüsey Cavidin "İblis" romanındakı "Arif" sujetinə
Həyatda Özünə Ən Böyük Arzun?
Arzularıma çatım
Qızla Oğlanın Dostuna Necə Baxırsan?
Qız oğlanla dostluq edə bilər.Amma oğlan yox.Niyə?Çünki oğlanın dostluğu sevgiyə çevrilə bilər
Həyatdan Bezdiyin An?
Tənha qaldığım an
Kimsəsizə Əl Tutmusan?
Yalan deyə bilmərəm.Xeyr heç vaxt əl tutmamışam.Amma qoca bir dilənçi görəndə onlara sədəqə verirəm.Məgər bu əl tutmaq deyil?
Allahın bağışladığı bir günahı elə olub ki,bağışlaya bilməyəsən?
Allah olan yerdə mən kiməm ki?
Namaz Qılırsız?
Bəli
Ən gözəl gününü bir günahının bağışlanması yolunda qurban verərsən?
Xeyr
Namaz qılan zaman ürəyindən hansı hisslər keçir?
Mənən rahatlayıram.Amma elə hiss edirəm ki,Arxadan kimsə mənə baxır
Deyirlər ki,insan unutduqlarını namaz qılarkən xatırlayırlar.Başına belə bir şey gəlib?
Çox olub
Müsəlman ola-ola başqa dinləri qəbul edənlərə fikrin?
İslam dini elə bir dindir ki,bütün gözəlliklər bu dində toplaşıb.Heç bir din bunun yerini tuta bilməz.Belələrinə isə yazığım gəlir
Əgər saytda 1 günlük admin olsaydın nə(lər) edərdin?
İlk öncə bazaya daxil olardım(görüm orda nə var nə yox?!)Sonra Hamıya aktiv user verərdim(adi istifadəçilərə).Axırda isə bəzi istifadəçiləri ban edərdim saytdan
Virtual dostluq ya da virtual sevgi.Hansı real həyatda gerçəkləşə bilər?
Virtual dostluq
BiG.AZ saytının istifadəçilərini şoka sala biləcək etirafın(əgər varsa)?
Mən əslində "mən" deyiləm
Həyatına maraq gətirən insan kimdir?
Sevdiyim
Bu dəqiqə hansı mahnıya qulaq asırsan?
Mahnıaya qulaq asmıram hal-hazırda
Bu Həyatda Kimə İnanmaq Lazımdır?
Güzgüdə baxdıqda gördüyünə və göyə baxdıqda görmədiyinə
Həyat Fanidir Yoxsa İnsanlar?
Hər ikisi
Qəlbinə dəyiblərmi? (dəyiblərsə nə vaxt? Kim?)
Çox.Vaxtını dəqiq bilmirəm amma dostlarım dəyib
Qəlbinin dərinliyində saxladığın bir sirr varmı??
Var
Cəsarət edib hansısa sirrini bizim ilə bölüşə bilərsənmi?
Atam uşaqlıqdan bizi,məni atıb getdiyindən atama qarşı bir nifrət hissi duyuram.Hamı elə bilir ki,mənim ataya ehtiyacım yoxdu.Amma ata qayğısı üçün burnumun ucu göynüyür :(
Qarşılıqsız Sevgi yaşamısanmı?
Bəli
Bəs Platonik?
Bəli
Qarşılıqsız Sevənlərə məsləhətin?
Səbrli olun
Sevdiyin İnsan uğrunda nəyi qurban verə bilərsən?
Nəyimi istəsə onu
Kiçik bir şer parçası söyləyə bilərsənmi?
"….Hər kəs bəni dinlər,fəqət eylər yenə nifrət,
Hər kəs bana ciz qul ikən bəslər ədavət…"
Həyatda Elə Bil Hərəkət Etmisiz ki,hələdə peşmançılıq Çəkirsiz? ( Səmimi Ol)
Hə etmişəm.Çox uzağa getmiyək.Saytdakı ən yaxın dostum Miluokİ(Əhməd)-nin qəlbini qırmışam.Amma Əhməd bilmir ki,mən nə eləmişəmsə onun yaxşılığı üçün eləmişəm
Həyatda Elə Bir İnsan Varki Nümunə Götürəsən ondan?
Var.Anam
Həyatda Ən Yaxın Dostunuz?
Şamo
Bəs Saytda Ən Yaxın Dostunuz? (Oğlan Və Qız)
Oğlanlardan ən yaxın dostlarım 0504708787,8800,VasiFQuliyeV,_TuNaR_ və ZeYNaL4iK,qızlardan isə Black_Angel
Hansı useri real həyatda görmək istərdin?
Admin və Adminkanı
BiG.AZ Saytına Necə Gəldin? Gəlməyivə Peşmansan?
Təsadüfən BiG.AZ saytına gəldim.Bu sayta gəlməyimə çoooox peşmanam.Çünki bu sayta dəlicəsinə bağlanmışam.Bir gün internetə girməyəndə,Sayta girməyəndə dəli oluram
BiG.AZ Saytında Ən Maraqlı Xəbəri Hansı İstifadəçi Yerləşdirir?
Nergiz
BiG.AZ da Qonaq Rublikasında Hansı Useri Görmək İstərdiz?
Black_Angel və Jiqan
BiG.AZ Saytına Ürək Sözləriviz!
Həmişə belə uca zirvələrdə ol.İnşallah hər kəs bir gün BiG.AZ-çı olar…
BiG.AZ-da nəyi bəyənmirsiz ? İrad və Təklifləriniz ?
Hər şey superdi amma bir şey pisdiki saytda VİP userlilər azdı.
Sonda.Bəyəndiyiniz Və Bəyənmədiyiniz Sual?
Məni kövrəltməsinə baxmayaraq "Cəsarət edib hər hansısa bir sirrinizi bizimlə bölüşə bilərsinizmi?" sualını çox bəyəndim
Sualınız varmı?
Mən admin ola bilərəm? :)
Son sözünüz..
Allahı sev,onun yolu ilə get.Və namaza tələs ki,cəhənnəm atəşində əbədiyən yanmayasan.
Qonağımız Olduğumuz Üçün Təşəkkür
Əsas mən sizlərə təşəkkür edirəm.Əsasənda Nərgiz sənə.Allah səni saytımızdan əksik eləməsin...
BiG.Az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş