Müəllimənin dəhşətli intihar anı (Video)

Müəllimənin dəhşətli intihar anı (Video)Argentinanın Braziliya ilə sərhədində yerləşən "İquasu" milli parkını ziyarət edənlər bir qadının faciəli ölümü ilə qarşılaşıblar.

Sağalmaz xəstəlikdən əziyyət çəkən yerli sakinlərdən biri hamının gözü qarşısında özünü şəlaləyə atıb. Hadisə o qədər ani olub ki, heç kim ona kömək edə bilməyib.

Hadisə əslində 5 martda baş verib. Lakin sosial şəbəkədə video paylaşılandan sonra aktuallaşıb. İntihar edən qadın orta məktəb müəlliməsi, Puerto Esperansa şəhərinin sakini Monika Patrisiyadır. Məlumata görə, 38 yaşlı qadın depressiyaya düşdüyü üçün intihar edib. O dəfələrlə psixiatra müraciət etsə də, sağala bilməyib. Ölümündən əvvəl isə sosial şəbəkədə intihar edəcəyini yazıb. Lakin heç kim bunu ciddi qəbul etməyib. Şahidlərdən biri deyib ki, qadın özünü tələsik atıb, çünki heç kimin ona kömək etməsini istəməyib.

Xatırladaq ki, qadının özünü atdığı şəlalə "Şeytanın boğazı" (Garganta del Diablo) İquasudakı ən dərin şəlalələrdəndir və dərinliyi 50 metrdir. İki günlük axtarışlardan sonra qadının cəsədi tapılaraq ailəsinə təhvil verilib.

mənbə: publika.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 4694   Tarix: 16 mart 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390
.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740