21-ci əsrin ən bahalı toy mərasimləri (Fotolar)

Hazırda çoxları toy ənənələrinin getdikcə keçmişin bir səhfəsində ilişib qaldığını düşünür. Xüsusilə müasir gənclər toyu əhəmiyyətsiz xərc hesab edərək pulu daha ağıllı xərcləməyə üstünlük verirlər. Lakin cəmiyyətdə bir təbəqə var ki, toy, ad günləri onlar üçün güc nümayişidir. Bu həmişə olub və yəqin belə də davam edəcək.

Həftəlik nikah mərasimi və 5000 ədəd Château Mouton-Rothschild şərabı

Birinci sırada Vanişa Mitall və Amit Bxatia gəlir. Onların toyu nə az nə çox 60 milyon dolara başa gəlib. 2005-ci ildə gerçəkləşən bu toyun gəlini Vanişa Mitall hər kəsin arzu etdiyi bir gəlin namizədi idi. Belə ki, Hindistanın metal maqnatı Lakşmi Mittallın qızı olan Vanişa cehiz kimi milyardlarla dollar aldı. Onun əri bankir Amit Bxatianın Vanişa ilə evliliyinə isə Lakşmi 2004-cü ildə xeyir dua verib. Cütlüyün nikah mərasimi dünyanın ən romantik şəhərində - Parisdə keçirilib. Mərasim düz 1 həftə davam edib.

Toya bəy və gəlinin minə yaxın dostu, qohumu dəvət olunub. Dəvətnamələr gümüş sandıqçalarda göndərilib. Qonaqların Tyulers bağında gəzintisinə qədər təşkil olunub. Həmin ərəfədə bağa kənar şəxs buraxılmayıb. Ən ilginci isə mərasimdə 5000 ədəd Château Mouton-Rothschild şərabının içilməsi, onlarla kiloqram kürünün yeyilməsidir.

Şəhzadənin 34 milyon dollarlıq sadə toyu

Şəhzadə Ulyam və Keyt Middlton - 2011-ci ildə reallaşan toy 34 mln manata başa gəlib. Britaniya taxt tacının gələcək sahibi ilə gəlin San Andryus Universitetində tanış olub. Düzdür, Birləşmiş Krallığın sakinlərinin əksəriyyəti mərasimin xərclərinin dövlət büdcəsindən ödənilməsindən narazı olublar. Lakin dövlətin iqtisadi problemlər yaşamasına baxmayaraq, kral ailəsi təkcə toy gülləri üçün bir neçə yüz min funt-sterlinq xərcləyib. Eləcə də qonaqların təhlükəsizliyinə bir neçə milyon sərf edilib.

Rusiyalı milyarder və "Miss Yuqoslaviya"

Andrey Melniçenko və Aleksandra Nikoliç - 2005-ci ildə gerçəkləşən nikah mərasiminin xərci 30 milyon dollar olub. Bu toy bütün oliqarx "ovçularının" ümidlərini puç edib. Çünki Rusiyalı iş adamı olan A. Melniçenko uzun illər idi ki, "Forbes"in siyahsından subay milyoder kimi əksik olmurdu.

"Miss Yuqoslaviya" ilə evlənən Melniçenkonun nikah mərasimi özəlliyi ilə tarixə düşüb. Cütlüklər rəsmi nikahdan başqa kilsədə xeyir dua alıblar. Kilsədəki bütün avadanlıqları isə Antib şəhərindəki "Lazurnıy bereq"(lacivərd sahil) ətrafına daşıyıblar. Toya 3,5 milyon qonorara dünya ulduzları Kristina Aqilera, Uitni Hyuston, Hulyo və Enriki İqlesas da dəvət ediliblər. Müğənnilər xüsusi təyyarə ilə mərasimə gətiriliblər. Toyun yeməkləri məşhur fransız aşpazı Alen Dyukass hazırlayıb.

Kim Kardaşyanın 2,5 milyon dollarlıq nişan üzüyü

Kim Kardaşyan və Kris Xamfris - Cütlüyün toy xərcləri 10 milyon manat təşkil edib. Dəbdəbəni sevən Kim Kardaşyanın sabiq əri basketbolçu Kris Xamfris bu evlilik üçün çoxlu xərc töküb. Belə ki,gəlinin 20,5 karatlıq brilyant nişan üzüyü basketbolçuya 2,5 milyon dollara başa gəlib.

Toy mərasimi Kaliforniya ştatındakı Montesitoda minlərlə Afrika qızılgülü ilə (güllər "Baccarat" şirkətinin istehsal etdiyi xrustal güldanlara yerləşdirilib) bəzədilən çadırda keçirilib. Dəvətlilərdən ağ və qara paltar geyinmək tələb olunub. Deyilənlərə görə, toyun xərclərinin bir hissəsi Kimin anası tərəfindən ödənilib.

Havaya buraxılan tropik kəpənəklər və yaxta əyləncəsi

Siyahının 5-cisi Ueyn Runi və Kolin MakLaflindir. Cütlüyün 2008-ci ildə keçirilən toyları 8 milyon dollara başa gəlib. Runi "Mançestr Yunayted"in digər futbolistlərindən fərqli olaraq nə aktirsa, nə foto modellə evlənib. Uşaqlıq dostu ilə ailə qurmağa üstünlük verən Runi gəlinə evlilik təklif etməyə tələsməyib. Cütlüklər 6 il görüşdükdən sonra nikah haqqında qərar veriblər. Mərasim çox sadə olmaqla bərabər 20 dəqiqə çəkib. Lakin toy qonaqlığı möhtəşəmliyi ilə diqqət çəkib.

Çütlük qonaqları İtaliyanınn Riveri sahilində 3 yaxtada qəbul ediblər. İştirakçılara qutularda tropik kəpənəklər hədiyyə olunub. Minlərlə kəpənək eyni vaxtda havaya buraxılıb. Runi və MakLafin hədiyyələrdən imtina ediblər. Qonaqlardan hədiyyələri xeyriyyə fondlarına bağışlamalarını istəyiblər.

Prezident qızı hava nəqliyyatını belə bağlatdırıb

Çelsi Klinton və Mark Mezvinski - Keçmiş ABŞ prezidentinin yeganə qızının toyu 2010-cu ildə reallaşıb. Mərasimə 5 milyon dollar xərc çəkilib. Toy tam məxfi keçirilib. Çelsi Klinton və bankir Mark Mezvinski Nyu-York ştatının Raynbek şəhərində nikaha giriblər. Paparasilərin toya gəlməməsi üçün şəhərin bütün əsas nəqliyyat, hava yolları qapadılıb.Qonaqlar isə mərasimə xüsusi xüsusi identifikasiyalı bilərziklərlə buraxılıblar.

Gəlinin paltarı dizayner Veri Vonq tərəfindən hazırlanıb. Yeməklər 3 şirkət tərəfindən hazırlanıb. Təkcə bu istiqamətdə xərclər 750 min dollar təşkil edib.

Sürücü Maykl Cekson, gəlinin rəfiqəsi roluna isə Elzabet Teylor

Layza Minelli və Deyvid Qest – 2002-ci ildə keçirilən nikaha 3,5 milyon dollar xərclənib. Nyu Yorkun seçilən otellərindən olan "Regent"ə dünyanın kino, musiqi sahəsindəki məşhurları dəvət edilib. Qonaqları Tonu Bennett əyləndirib. Bəy və gəlinin mətasimə gəldiyi maşının sürücüsü Makl Cekson, gəlinin rəfiqəsi isə Elizabet Teylor olub. Mərasimdə təkcə tortun qiyməti 40 min dollar təşkil edib. Dəvətlilərə üzərində "Liza və Deyvid həmişəlik" sözləri yazılan atlas qutularda konfet paylanıb. Lakin bu dilək realaşmadı. Qest və Minelli ilyarımdan sonra boşandılar.Sərvətin bölüşdürülməsi səbəbindən onların məhkəmə prosesi çox gərgin keçdi.

Orta əsrlərə aid qəsrdə nikah

Xizer Mills və Pol Mak Kartin – 2002-ci ildə keçirilən toy mərasiminə 3 milyon dollar sərf edilib.

Pol MakKartinin Xizer Milleslə anidən evlilik qərarı fanatları və ailəsi tərəfindən birmənalı qarşılanmayıb. Çoxları gəlinin hislərinin sevgi deyil, eqoizm olduğunu düşünürdü. Lakin Polu fikrindən döndərmək mümkün olmadığından 2002-ci ildə onlar İrlandiyada orta əsirlərə aid qəsirlərin birində nikaha girdilər. Mərasimin özəlliyinə gəlincə, toyda hind üslubunda "The Beatles"ın hitləri səsləndirilməklə yanaşı, 100 min dollar dəyərində atəş fəşanlıq keçirildi. Nikah müqaviləsi bağlamaqdan imtina edən MakKartin sonradan peşman olur. Belə ki, boşandıqları zaman heç vaxt sevilmədiyi həyat yoldaşı ondan külli miqdarda pul qoparmağa çalışır.

Qonaqlara "Kamasutre" hədiyyə edən gəlin

Elizabet Herli və Arun Nayr –Bu iki şəxsin toyu 2007-ci ildə reallaşıb. Toya 2,5 milyon dollar xərclənib. Britaniyalı aktrisanın və hind iş adamının nikah mərasimi 8 gün çəkib. Əvvəlcə onlar İngiltərənin katolik kilsəsində evləniblər. Elizabet Herlini qurbangaha Elton Con gətirib. Daha sonra cütlük 200 nəfər qonaqla Codxpura gedərək hind adət-ənənəsinə uyğun orada da nikah mərasimi keçirib. Mərasim üçün Umaid Bhawan Palace ( keçmişdə Maxaradjenin iqamətgahı olub) hoteli seçilib.

Herli toyun bütün təşkilatçılığında yaxından iştirak edərək dəvətlilərin cibinə hindlilərin seksual münasibətlərə aid tarixi bədii abidəsi olan "Kamasutra" qoyulması kimi özəlliklərə imza atıb.

Cenifer Lopes, Bruk Şilds, Cim Kerrinin sağlıq dediyi toy

Tom Kruz və Keti Holms – 2006-cı ildə evlənən məşhurların toyu 2 milyona başa gəlib. Mətbuat hələ də boşanma səbəblərini araşdırdığı bu iki şəxsin nikah mərasimi İtaliyada Odeskalki malikanəsində reallaşıb.

Qonaqlara "Dal Bolognese" restoranın bahalı italyan yeməkləri təklif olunmaqla bərabər Anrde Boçellinin ifasında bir-birindən gözəl musiqilər səsləndirilib. Cenifer Lopes, Bruk Şilds, Cim Kerri kimi məşhurlar isə sağlıqlar deyiblər. Bu toyun təşkilatçısı isə "Armani" şirkətinin ikinci siması Roberta Armani olub.

mənbə: publika.az

21-ci əsrin ən bahalı toy mərasimləri (Fotolar)21-ci əsrin ən bahalı toy mərasimləri (Fotolar)21-ci əsrin ən bahalı toy mərasimləri (Fotolar)21-ci əsrin ən bahalı toy mərasimləri (Fotolar)21-ci əsrin ən bahalı toy mərasimləri (Fotolar)21-ci əsrin ən bahalı toy mərasimləri (Fotolar)21-ci əsrin ən bahalı toy mərasimləri (Fotolar)21-ci əsrin ən bahalı toy mərasimləri (Fotolar)21-ci əsrin ən bahalı toy mərasimləri (Fotolar)21-ci əsrin ən bahalı toy mərasimləri (Fotolar)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 10359   Tarix: 18 mart 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

II Ramzesin heykəlinin bir parçası İsveçrədən Misirə qaytarılıb

2023-cü ilin iyulunda Misirin Berndəki səfirliyinə təhvil verilən firon II Ramzesin heykəlinin bir parçası vətəninə qaytarılıb. "Report" xəbər verir ki, bu barədə Misir Xarici İşlər Nazirliyi məlumat yayıb. Misirin Berndəki səfirliyi azı 3,4 min il yaşı olan qədim artefaktı ölkəyə qaytarıb

21.04.2024 253
.

"WhatsApp"da yeni funksiya

Məşhur "WhatsApp" mesencerinin istifadəçiləri "Instagram"da statusların surətini çıxarmağa imkan verən yeni funksiyadan istifadə edə biləcəklər. Ekspertlər bildiriblər ki, servis tərtibatçıları "Instagram"la "WhatsApp" uyğunluğunu aktiv şəkildə tətbiq edirlər

14.04.2024 285
.

NASA: "2024-cü ildə insanlar nadir kosmik fenomenin şahidi olacaqlar"

"2024-cü ildə Yer kürəsinin sakinləri nadir kosmik fenomeni müşahidə edə biləcəklər". Bunu ABŞ-nin Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) Ətraf mühit departamentinin rəhbəri Bill Kuk deyib. Kuk bildirib ki, bu il Yerdən üç min işıq ili uzaqlıqda ulduzda partlayış baş verəcə

20.04.2024 283
.

Kral ailəsinin ən sevilən üzvü odur

Keyt Middleton 22 mart 2024-cü ildə xərçənglə mübarizə apardığını elan etdikdən sonra xalq arasında sevilən ən məşhur kral ailəsi üzvünə çevrilib. -ın xarici mediaya istinadən xəbərinə görə, Uels şahzadəsi xərçəng xəstəliyinə tutulduğunu elan etdikdən sonra britaniyalıların 76 faizi Keyt Middleton haqqınd

14.04.2024 277
.

Yatmadan əvvəl 11 zeytun yeyin

Zeytunun insan sağlamlığına, o cümlədən toxumlarına və yarpaqlarına olan faydaları inanılmazdır. Xüsusilə Aralıq dənizi bölgəsində yetişən və ləzzətli dadı olan zeytunu səhərlər deyil, yatmazdan əvvəl istehlak etmək tövsiyə olunur. Bunun həm iman, həm də sağlamlıq baxımından faydaları var. Gənc qızları

18.04.2024 495
.

Oxumaq, yoxsa dinləmək? - Hansı daha faydalıdır?

Belə bir fikir var ki, oxumaq dinləməkdən daha faydalıdır. Amma əhalinin bir hissəsi kitab oxumaqla onu dinləmək arasında fərq görmür. -ın xarici mediaya istinadən xəbərinə görə, Kaliforniya Universitetinin tədqiqatçıları bu məsələni araşdırıblar. Araşdırmaya görə, dinləmək insanı real vaxtda anlam

14.04.2024 252
.

İnsanlar ilk dəfə marallar arasında yayılan "zombi" xəstəliyinin qurbanı oldular

Amerikalı həkimlər ilk dəfə maralları "zombi"yə çevirən xroniki prion xəstəliyinin (CWD) qurbanı olduğu güman edilən iki nəfəri müəyyən ediblər. Onlar öz fərziyyələrini "Neurology" elmi jurnalında açıqlayıblar. Hər iki hal 2022-ci ildə qeydə alınıb. Qurbanlardan biri dəfələrlə CWD-ni

20.04.2024 291
.

Braziliyada qadın ölmüş qohumunu banka gətirdi: İmzası ilə kredit almaq istədi - VİDEO

Braziliyanın Rio-de-Janeyro şəhərində qadın ölmüş dayısını banka gətirib və onun imzasından istifadə edərək kredit əldə etmək istəyib. Kişinin solğun və hərəkətsiz görüntüsü bank işçilərinin diqqətini cəlb edib. Qadından bunun səbəbini soruşduqda o, kişinin başını dik tutaraq, onun əli ilə öz adına kredi

21.04.2024 865
.

Natiq Şirinovun qızının müzakirələrə səbəb olan gəlinliyi neçəyə başa gəlib?

Uzun müddət sonra şou-biznesdə günlərlə müzakirə olunan toy baş tutub. Bir neçə gün öncə ailə quran Xalq artisti Natiq Şirinovun qızı Sevilin gəlinliyi sosial şəbəkələrdə geniş müzakirə olunub. Kimisi libası bəyəndiyini yazsa da, kimisi həddən artıq qapalı olduğunu bildirib. Gəlinliyi tərzlərinə uyğu

14.04.2024 1280