Yeni təhlükə: nəhəng ağcaqanadlar yayılır (Foto)

Adi ağcaqanadlardan fərqli olaraq, bu "meqa" ağcaqanadlar hətta paltarın üstündən də qan sümürə bilirlər.Cənubi Amerika ölkələrindəki tropik meşələrdə, xüsusilə də Amazon çayının sahillərindəki selvalarda yaşayan bu ağcaqanadlar artıq Mərkəzi Amerika ölkələrini keçiblər və indi sürətlə ABŞ ilə Kanadaya yaxınlaşırlar.

Adi ağcaqanadlardan dəfələrlə böyük olan, aqressivliyi ilə ad çıxarmış "Psorophora ciliata" və ya Gallinipper ağcaqanadları ən qorxulu yoluxucu xəstəlikləri də yayan həşəratlar sayılır.
Florida Universitetinin alimlərinin dediklərinə görə, bu ağcaqanadlar artıq bir həftə sonra Floridanın cənub əyalətlərində peyda olacaqlar.

Gallinipperlər adi ağcaqanadlarla müqayisədə insandan 20 dəfə artıq qan sorur.
Bu nəhəng ağcaqanadların erkəkləri çiçək nektarları ilə qidalanır və adamlara hücum etmir.
Dişilər isə tam əksinə, çox qaniçən və aqressiv olduğundan doymayınca sakitləşmirlər.

Ağcaqanad, moskit və həşəratlara qarşı adi, ənənəvi preparatlar meqa ağcaqanadlara ciddi təsir etmir.

Florida Universitetinin nəzdindəki Aqrar Elmlər və Ərzaq İnstitutunun (University of Florida’s Institute of Food and Agricultural Sciences) adyunkt-professoru, tanınmış entomoloq Fil Kaufmanın dediyinə görə, meqa ağcaqanadlar olduqca böyük risk və təhlükə mənbəyidir.

"Tropik meşələrdən gələn həmin ağcaqanadlar sürətlə çoxalırlar. Onların az sonra ABŞ-ın şimal ştatlarına qədər çatacağını düşünürük. Eyni zamanda, bu ağcaqanadlar təyyarə və gəmilər vasitəsilə Avropaya da miqrasiya ediblər. Təxminən iki həftə sonra onlar Avropada da yayılacaqlar. Bir ay sonra Şərqi Avropa, dörd ay sonra Asiya ölkələrində meqa ağcaqanadların yayılmasıı ehtimal etmək olar", - Kaufman deyib.

Onun sözlərinə görə, Gallinipper ağcaqanadlarının dişlədiyi yerdə çox kəskin ağrılar yaranır.

Həmin ağcaqanadlar xortumları ilə paltarı da asanlıqla dəldikləri üçün Gallinipper-lərlə mübarizədə güclü repellentlərdən istifadə edilməsi məsləhət bilinir.
Yeni təhlükə sayılan ağcaqanadların ölçüləri 6-7 millimetrdir.

mənbə: phys.com

Yeni təhlükə: nəhəng ağcaqanadlar yayılır (Foto)Yeni təhlükə: nəhəng ağcaqanadlar yayılır (Foto)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2370   Tarix: 08 mart 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz

BİG.AZ -a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir. İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhəti

11.09.2021 2055
.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164