Real Madrid 2-1 Barselona (Məlumat video)
Martın 2-də dünya futbolunun diqqəti yenidən İspaniyaya yönəlib.
Əzəli rəqiblər – "Real" və "Barselona" bu dəfə La Liqanın 26-cı turunda Madriddə qarşılaşıblar.
Son dəfə bu həftə - fevralın 26-da Kataloniya üz-üzə gələn bu komandaların bugünkü oyunu da az maraq doğurmurdu.
Xatırladaq ki, bu, cari mövsümdə "Real"la "Barselona" arasında dördüncü qarşılaşma olub.
Buna qədər La Liqadakı bir görüş heç-heçə yekunlaşmışdı – 2:2. İspaniya Kral kubokunda keçirilən ilk matçda da qalib müəyyənləşməmişdi – 1:1. Cavab görüşündə isə "Real" səfərdə 3:1 hesabı ilə qələbə qazanmışdı.
Hazırda carı mövsüm üçün üstünlük Joze Mourinyonun komandasının tərəfindədir.
Bakı vaxtı ilə saat 19.00-da start götürəcək bugünkü oyunda "Real" uğurlu seriyanı davam etdirərək "Barselona"ya yenə qalib gəlib.
Qeyd edək ki, oyunun sonlarında hakimin "Real"ın cərimə meydançasındakı qayda pozuntusunu penalti kimi qeydə almaması "Barselona"lı futbolçularln narazılığına səbəb olub. 90 4-cü dəqiqədə hakim "Barsa"nın qapıçısı Viktor Valdesə qırmızı vərəqə göstərib.
19.00. "Real" - "Barselona" - 2:1 Qollar: Benzema, 6, (1:0), Messi, 17, (1:1), Ramos, 82, (2:1)
Xatırladaq ki, 26 turdan sonra "Barselona 68 xalla turnir cədvəlində birinci, "Atletiko" 25 oyundan 56 xalla ikinci, "Real" isə 55 xalla üçüncü pillədədir.
mənbə: xeberci.com
BiG.Az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş